Nida.az
General: “Avropa Oyunlarında dünya Azərbaycana heyran olacaq”
“Azərbaycan I Avropa Oyunları zamanı öz təşkilatçılığı ilə dünyanı heyran qoyacaq. Biz buna inanırıq və keçmişdəki təcrübə bunu deməyə əsas verir”.
Bunu Publika.az-a açıqlamasında Krımdakı Azərbaycan diasporunun
üzvü, general Fəzail Həsənov deyib.
Onun sözlərinə görə, bu oyunlar zamanı Azərbaycan öz gücünü bütün
dünyaya təqdim edəcək: “Tədricən bütün ölkələr Azərbaycanın nəyə
qadir olmasına bələd olur. Bu gün ölkəmiz olduqca iri addımlarla
irəliləyir. Qısa dövr ərzində ölkəmizin idman infrastrukturu müasir
standartlara uyğun yenidən qurulub, çoxlu sayda beynəlxalq miqyaslı
idman obyektləri yaradılıb, təhlükəsizlik, nəqliyyat, qonaqların və
idmançıların yerləşdirilməsi və digər məsələlər uğurla həll
olunub”.
F. Həsənov oyunlar zamanı Bakıda olmaq arzusunda olduğunu qeyd
edib.
“Əminəm ki, Azərbaycan dünyanı heyran qoyacaq. Xaricdə yaşayan
azərbaycanlılar belə gözəl tədbirlər zamanı vətəndə olmağı həmişə
istəyirlər. Hesab edirəm ki, Azərbaycanın oyunlarla bağlı
təşkilatçılığı bütün dünyanı idmana hörmət bəsləməyə səsləyəcək.
Biz hər zaman Azərbaycanımızın irəliləməsini istəyirik. Bu gün
ölkəmiz inkişaf edir, uğurlar qazanır. Bu, bizi çox sevindirir”, -
deyə o bildirib.
Asif Nərimanlı
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO