Nida.az
“The Hill”: “Atılmış və erməni işğalının qurbanı olan Şuşa...”
“8 may Şərqdə ilk operanın yarandığı və Azərbaycanın klassik musiqi mərkəzi sayılan Şuşa şəhərinin işğal və dağıdılmasının 23-cü ildönümüdür”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The
Hill” nəşrində “Azərbaycanı heç vaxt unutmayın” başlıqlı məqalədə
deyilir.
Məqalədə qeyd olunur ki, Şuşa musiqiçiləri, müğənniləri və
bəstəkarları ilə məşhur idi: “İndi bura atılmış şəhər və erməni
işğalının qurbanıdır. 1992-ci ilə kimi Şuşa Azərbaycanın Dağlıq
Qarabağ regionunda ən vacib və məşhur şəhər idi. Əhalisinin 92
faizi azərbaycanlı olan Şuşa işğal olunmamışdan cəmi üç ay öncə
erməni hərbi birləşmələri tərəfindən Xocalıda 613 Azərbaycan mülki
vətəndaşının qırğınına şahid olmuşdu”.
Nəşr Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması haqda BMT Təhlükəsizlik Şurasının 4 məşhur qətnaməsini xatırladır.
“Bu qətnamələrin icrası üçün ABŞ hökuməti də hərəkət etməlidir.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu qərarların yerinə
yetirilməsi üçün bir çox addımlar zəruridir:
1) Təhlükəsizlik Şurasını bu qərarların icrasına məcbur etmək.
2) Ermənistanın qeyri-qanuni hərbi işğalını dayandırmaq.
3) Azərbaycan torpaqlarında qeyri-qanuni yerləşdirilən erməni
silahlı qüvvələrini burdan uzaqlaşdırmaq.
4) Azərbaycanlıların öz evlərinə qayıtmasına şərait yaratmaq.
5) Naxçıvanın erməni blokadasından çıxarılmasını təmin etmək.
6) bütün hərbi və mülki əsirləri geri qaytarmaq”, - deyə məqalədə
vurğulanır.
Qeyd olunur ki, erməni işğalı milyonlarla insana zərər vurur.
Asif Nərimanlı
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun