İdman
Dünyanın ən yaxşı 100 stadionu: BOS neçəncidir?
Nüfuzlu "FourFourTwo" nəşri dünyanın ən yaxşı stadionlarının siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, sıralama klub və milli komandaların ev oyunlarının keçirildiyi arenalara uyğun hazırlanıb. Siyahıda planetin ən yaxşı 100 ən stadionu yer alıb.
Reytin siyahısında Bakı Olimpiya Stadionu da yer alıb. Azərbaycanın ən böyük idman qurğusu nəşrin açıqladığı siyahıda 41-ci yerdə qərarlaşıb.
Arenaların reytinqinə Argentinada yerləşən və "Boka Xunyors"a məxsus olan "La Bombonera" başçılıq edir. İkinci sırada Braziliyanın qədim tarixə malik olan "Marakana" ("Vasko da Qama") stadionu yer alıb. "İlk üçlüy"ü Dortmund "Borussiya"sına məxsus "Siqnal İduna Park" qapayır.
"Onluq"da müvafiq olaraq "Aybroks" ("Reyncers", Şotlandiya), "Estadio Monumental" ("River Pleyt", Argentina), "Asteka" ("Klub Amerika", Meksika), "Kamp Nou" ("Barselona", İspaniya), "Tottenhem Hotspur" ("Tottenhem", İngiltərə), "Uembli" (İngiltərə millisi) və "San-Siro" (red - başqa adı "Cüzeppe Meatsa") ("Milan", "İnter", İtaliya) qərarlaşıb.
Türkiyədəki arenalardan "Şükrü Saracoğlu"(Fənərbağça) 33-cü, "Yeni Ali Sami Yen Stadion"u ("Qalatasaray") 47-ci, Atatürk Olimpiya Stadionu isə 69-cu sıradadır.
Heybət
-
Səhiyyə00:30
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
-
Dünya00:15
Modidən qalmaqallı açıqlama: "Məni Allah bu məqsəd üçün göndərib"
-
Qoroskop00:00
Günün ULDUZ FALI: əks təqdirdə zərbə ala bilərsiniz
-
Hadisə28 May 23:45
ATV-nin aparıcısı dəhşətli qəzaya düşdü - FOTO
-
Hadisə28 May 23:00
Falçı bələdiyyə sədrinin xeyli pulunu alıb: Atasının ruhu ilə danışdırırmış
-
Sosial28 May 22:48
Dövlət bu şəxslərə görə ailəsinə 840 manat ödəyə bilər - AÇIQLAMA
-
Dünya28 May 22:36
Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO
-
Region28 May 21:48
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi