Nida.az
Obamanın qəbul etmədiyi Sərkisyan Vaşinqtonda Rusiyanı “qumara qoyur”
Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-da səfərdədir. Senatda və Dövlət Departamentində görüşlər keçirən Sarkisyan Holokost muzeyini ziyarət edib, Konqresin kitabxanasında erməni mədəniyyət nümunələri ilə tanış olub.
Maraqlı olansa erməni prezidentin ABŞ-ın birinci şəxsi tərəfindən qəbul olunmamasıdır.
Keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin
eksperti Arzu Nağıyev Sarkisyanın ABŞ səfərini
Publika.az-a şərh edib.
Ekspert qeyd edib ki, birinci şəxslər tərəfindən qəbul edilməsi
nəzərdə tutulmayan Sarkisyanın əsas məqsədi Rusiyaya nəzərdə
tutulan səfərindən öncə müəyyən təlimatlar almaq və proseslərin
Rusiyadan fərqli olaraq müzakirəsini aparmaqdır: “Eyni zamanda,
Sarkisyan iqtisadiyyatının tənəzzül dövrünün pik nöqtəsini yaşayan
ölkəsi üçün müəyyən ianələr almaq istəyir. Məhz bu məqsədlə erməni
lobbisi və ermənipərəst dövlət məmurları ilə görüşlərə can atan
Sarkisyan “Vaşinqton post” qəzetinin redaksiyasında da erməni
yalanları ilə bağlı müsahibə vermək fikrindədir. Bundan başqa,
Sarkisyan ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Uorlik ilə
görüşüb. Son vaxtlar Rusiya ilə çox da isti münasibətləri olmayan
Sarkisyan ABŞ-dan maddi kömək də umur”.
A. Nağıyev bildirib ki, Sarkisyan Holokost muzeyinə baş çəkməklə
yəhudilərlə münasibət qurmağı planlaşdırır.
“Ölkəsində müxalifət tərəfindən son zamanlar lənətlənən Sarkisyan
özünü, necə deyərlər, müəyyən qədər təmizə çıxarmaq üçün Konqresin
kitabxanasına baş çəkib erməni eksponatları ilə tanış olmaq,
kilsədə mərasimdə iştirak etmək fikrindədir. Bu da özünü
reabilitasiya etmək üçün bir gedişdir. Bütün bu səfərin adını isə
erməni tərəfi ABŞ-la sərmayə qoyuluşu və korrupsiya mübarizə
sahəsində əlaqələrin möhkəmlənməsi kimi qoysa da, əsas məqsəd
təlimatlar alınmasıdır. Bu fakt görüşüləcək şəxs və təşkilatların
siyahısından da məlumdur”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO