Nida.az
Natali Quli I Avropa Oyunlarına qarşı aparılan kampaniyanı ifşa etdi – ŞOK MƏQALƏ
“İyunun 12-dən 28-dək Azərbaycanın paytaxtı Bakıda I Avropa oyunları keçiriləcək. Lakin bu oyunlara hazırlıq fonunda Azərbaycana qarşı ikiüzlü məqalələr, informasiyalar yayılır. Xüsusilə bu qara piar kampaniyası ölkədə insan haqları, korrupsiya məsələləri üzərindən aparılır. Lakin heç kim Azərbaycanda əsl vəziyyətin necə olduğu ilə maraqlanmır”.
Publika.az xəbər verir ki, Fransanın “Le
Huffington Post” nəşrində Natali Qulinin (Nathalie Goulet) müəllifi
olduğu I Avropa Oyunlarına hazırlıq və bu oyunlar üzərindən
aparılan anti-Azərbaycan kampaniyasına həsr olunan məqalə
yayımlayıb.
“Azərbaycan demokratiyaya sadiqlik nümayiş etdirir, lakin
bunu heç kim xatırlamır, yaxud xatırlamaq istəmir”
Məqalədə bildirilir ki, Azərbaycan yaxın dövrlərdə güclü ölkə kimi
meydana çıxdı: “Bu ölkə Cənubi Qafqazda bizim müttəfiqimizdir.
Halbuki Ermənistanın Rusiyanın marionetkası olaraq fəaliyyət
göstərir. Lakin Azərbaycan lap çoxdan, hələ nasizmlə mübarizə
illərindən bizim müttəfiqimizdir. Bu ölkə 20 il öncə ərazilərinin
20 faizinin işğalı ilə üzləşib. Qonşu Ermənistan Dağlıq Qarabağı,
həmçinin Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və
Füzulini işğal etdi. Bu beynəlxalq hüququn pozulması deməkdir. Ötən
həftə Fransa da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini
təsdiq etdi. Nəhayət, Azərbaycan beynəlxalq terrorizmə qarşı
mübarizədə, eləcə də Qafqazın təhlükəsizliyi məsələsində strateji
müttəfiqdir. Bu kiçik neft ölkəsinin ətrafı qorxulu kabuslarla
doludur.
Şimaldan Rusiya, cənubdan qorxulu İran. Bununla belə, bizim müttəfiqimizə qarşı ikili standart yanaşmaları sərgilənir, pis münasibət göstərilir. Lakin heç kim bu ölkədə dini azadlığı, dövlətin dünyəvi prinsiplərinə diqqət yetirmir. Hansı ki, bu amillər bir ölkənin siyasi yetkinliyini nümayiş etdirir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, eyni zamanda, İsraillə diplomatik və iqtisadi əlaqələrə malikdir. Ermənistanla açıq silahlı münaqişə şəraitində Avropa Şurasının demokratik dəyərlərinə sadiqlik nümayiş etdirir. Lakin bütün bunları heç kim xatırlamır, yaxud xatırlamaq istəmir”.
“Bizim paxıl və xırda cəmiyyətimiz belə düşünür: əgər nəsə
pulsuz hazırlanırsa, deməli, burda başqa məqsəd var”
Müəllif vurğulayır ki, bu kiçik ölkənin xaricdə onu dəstəkləyəcək
güclü lobbisi, yaxud məşhur müğənnisi yoxdur.
Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün gördüyü işlərə də toxunulur: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəni və humanitar layihələrin reallaşması ilə məşğuldur. Fond bütün dünyada muzeylərə dəstək verir, Pakistanda və kasıb ölkələrdə məktəb və xəstəxanalar açır. Lakin dünya bütün bu işləri görmək istəmir. Bizim paxıl və xırda cəmiyyətimiz başqalarının hərəkətləri haqda ümumi fikrə malikik. Əgər nəsə pulsuz hazırlanırsa, deməli, burda başqa məqsəd var”.
“Belə bir absurd fikir var: əgər Azərbaycanın dostları
varsa, deməli, onu pulla alıb”
“Le Huffington Post” Azərbaycanın demokratiya yolundan böyük işlər
görməyinin vacibliyi fikrini müdafiə edir. Lakin “bu regionda yaxud
dünyada təkcə ona aiddir?” sualını da önə çıxarır.
“Belə bir absurd fikir var: əgər Azərbaycanın dostları varsa,
deməli onu pulla alıb. Mən özümü bu ölkənin dostu hesab edirəm. Mən
onun xalqının tanıyıram. Mən ermənilərin öz doğma yurdlarından
qovduğu bir milyon azərbaycanlı qaçqını geri qayıtmasına çalışıram.
Mən bilirəm ki, Bakının parıltısından uzaqda yaşayan yüz minlərlə
sadə və ləyaqətli azərbaycanlı ölkə prezidentinin ərazi bütövlüyünü
bərpası üçün apardığı siyasəti dəstəkləyir. Bizdə də bu ölkə və
xalqa möhkəm dostluq yaranıb. İstərdim ki, bizim qeyri-obyektiv
jurnalistlərimiz bütün bunları görsün, anlasın. Onlar bu inkişaf
edən müttəfiq dövlətin yeganə məqsədinin dünyada daha rahat
yaşaması olduğunu bilməlidir. Çünki Azərbaycan həqiqətən də
sabitliyə çalışır və öz ərazi bütövlüyünün bərpası çərçivəsində
regionun inkişafına töhfə vermək istəyir”, - deyə N. Quli
vurğulayıb.
Asif Nərimanlı
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO