Nida.az
Elgizin verilişi Milli Məclisdə tənqid olundu
Bu gün Milli Məclisin plenar iclasında “Vətəndaşların
müraciətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi
ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Publika.az-ın məlumatına görə, qanun layihəsi barədə Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
məlumat verib. O deyib ki, bu qanun Azərbaycan Respublikasının
Konsitutsiyanın 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin
1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının
müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi
münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması
qaydasını müəyyən edir.
Vətəndaşların qəbul edilməsi qaydalarına əsasən, müraciətə baxan
subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu
cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin
etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və
saatlarda qəbul edilməlidir.
Bununla yanaşı, vətəndaşlar canlı yayım vasitəsi ilə də şifahi
yolla subyektlərə müraciət edə bilərlər. Həmin subyektin proqramda
iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı
yayımda cavablandırmaq hüququna malikdir.
“Vətəndaşların müraciətləri haqqında" qanun layihəsində pozuntu
hallarına görə məsuliyyət də nəzərdə tutulub. Belə ki, bu qanunun
tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Milki,
İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil
Mustafa bildirib ki, burada boşluqlar var. Onun sözlərinə görə
qanunun adı “Müraciətlərə baxılması haqqında” olması daha
məqsədəuyğundur.
Deputatın fikrincə, qanun layihəsində müraciətlərin ana dilində
ünvanlanması ilə bağlı tələb də düzgün deyil. “Çünki ölkədə başqa
ölkə vətəndaşları da var və onlar bizim dili bilmirlər. Bu baxından
məsələnin diqqətə alınması gərəkdir”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev
isə deyib ki, sözügedən qanun layihəsində müraciətləri oxunaqlı
dildə yazılması tələb edilməsi başa düşülən deyil:
“Bu kitab deyil ki, hamı savadlı yazsın. Ona görə də sabah hansısa
məmur qanunun maddəsini əsasa gətirərək deyəcək ki, müraciət
oxunaqlı dildə yazılmayıb. Bundan başqa bəzi televiziya
verilişlərində müraciətlər səslənir. Kimlərsə kimisə evləndirir,
kimisə axtarırlar və sair. Bu, onların səlahiyyətinə daxil olan
məsələ deyil”.
Deputat Aqil Abbas qeyd edib ki, insanlar nicatı televizyadan yox,
hüquq-mühafizə orqanlarından tapmalıdırlar: “Vəkillər,
hüquqşünaslar insanları maarifləndirməlidir ki, insanlar öz
problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər.
Bununla bağlı İctimai Televiziyada maarifləndirici verilişlər
verilməlidir”.
Əli Hüseynli vurğulayıb ki, müraciətlər Azərbaycan dilində
olmalıdır və bunun dəyişilməsi gözlənilmir. O, deputatların
təkliflərini dinlədikdən sonra bildirib ki, bu qanun layihəsi
Azərbaycan vətəndaşları üçündür: “Amma xarici vətəndaşlar da bundan
yararlana bilərlər”.
Qanun layihəsi müzakirə edildikdən sonra ikinci oxunuşda səsverməyə
qoyulub və qəbul edilib.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi