Nida.az
İŞİD-in “Ölüm batalyonu” Qafqazda: “Dünyanı dilim-dilim doğrayacağıq” - FOTOLAR
İŞİD-in əsas liderlərindən olan Ömər Şişaninin yaratdığı
“Ölüm batalyonu" Qafqaza gəlir.
Publika.az xəbər verir ki, bu barədə informasiya
çeçen mücahidlərinə yaxın saytlarda yayılıb.
Məlumata görə, “ölüm batalyonu” İŞİD-in ən seçmə əsgərlərinin
olduğu tağımdır. Bu tağıma birbaşa Şişani rəhbərlik edir və burda
qafqazlı döyüşçülərlə yanaşı, Mərkəzi Asiyadan olanlar da var. Bu
batalyon İraqda bir sıra “uğurlu əməliyyat” yerinə yetirib.
Əl-Qaidəyə bağlı “Qafqaz əmirliyi”nin lideri Əbu Məhəmməd
Dağıstaninin ölümündən sonra İŞİD-in qafqazlı mücahidləri öz təsiri
altına almaq istəyinin artdığı deyilir. Məhz buna görə də bölgədəki
cihadçılar üzərində böyük təsir qüvvəsi olan Şişaninin Qafqaza gələ
biləcəyi ehtimalları artıb. Məlumatlara görə, Şişani öncə xüsusi
təyinatlı hesab olunan “ölüm batalyonu”nu regiona göndərmək
niyyətindədir.
“Ölüm batalyonu” döyüşçülərinin müraciəti də yayılıb. Onlar
müsəlmanlara müraciət edir və İŞİD-ə qoşulmağa çağırırlar.
“Əbu Bəkr Əl Bağdadi bu həyatda və o biri həyatda sizə xeyir-dua
verir. Bu yola ölənə qədər sədaqətliyik. O biri dünyada Allah
şəhidlərə 200 huri hədiyyə edir. Əl Bağdadi bu yolda bizimlədir.
Ona Allahın xeyir-duası var. Biz, inşallah, onun rəhbərliyi ilə
dünyanı dilim-dilim doğrayacağıq”, - deyə müraciətdə
bildirilir.
Asif Nərimanlı
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO