Nida.az
İlham Əliyev Etnik Anlaşma Fondunun sədrini qəbul edib
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayeri qəbul edib.
Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer Azərbaycanda gedən ümumi inkişaf proseslərinin maraqla izlənildiyini, Bakıda gördüklərinin onda dərin təəssürat yaratdığını bildirdi. O, Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi təşkilatın maraqlı olduğunu diqqətə çatdırdı.
Söhbət zamanı Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada multikulturalizm ənənələrinin yaşadılmasına mühüm töhfə olduğu bildirildi, onun mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyəti vurğulandı. Bu tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığın güncləndirilməsi işinə töhfəsi kimi qiymətləndirildi. (AZƏRTAC)
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO