Nida.az
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Mayın 21-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.
Azərbaycan Respublikasının Prezidenti başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.
Dövlətimizin başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. (AZƏRTAC)
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq