Nida.az
Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu təsdiq edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil
naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və
tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair
Niyyət Məktubunun təsdiq edilməsi haqqında Sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının təhsil
naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və
tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair
2015-ci il aprelin 25-də Bakı şəhərində imzalanmış Niyyət Məktubu
təsdiq edilsin.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən Niyyət Məktubunun müddəalarının həyata
keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Niyyət Məktubunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Hökumətinə bildiriş göndərməlidir. (AZƏRTAC)
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO