Nida.az
Azərbaycanlılar Londonda aksiya keçirdilər - FOTO
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərimizdə girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi və ədalətin bərqərar olması tələbi ilə həmvətənlərimiz Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Aksiyada azərbaycanlılarla yanaşı, ermənilərin heç bir hüquqi əsası
olmayan iddialarını qınayan əcnəbilər də iştirak ediblər.
Əllərində həmvətənlərimizin qanunsuz olaraq girov götürülməsi və
uydurma məhkəmə prosesi ilə bağlı faktların əks olunduğu plakatlar
tutan aksiya iştirakçıları “Biz ədalət istəyirik”, “Həmvətənlərimiz
azad olunsun!”, “Qarabağ Azərbaycanındır” şüarlarını
səsləndiriblər.
İki saat davam edən aksiyadan sonra iştirakçılar Bakıda yaşayış
binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini
yad ediblər. Onlar Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin
binasının qarşısına güllər düzərək şam yandırıblar. Həmvətənlərimiz
mərhumların ruhuna dualar oxuyub, xəsarət alanlara şəfa
diləyiblər.
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO