Nida.az
AXCP “Düşüncə Mərkəzi”ni əhəmiyyətsiz saydı: “Daha vacib işlərimiz var”
“Bu AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət
ayırmağa nə vaxtımız var, nə də həvəsimiz”.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini
Fuad Qəhrəmanlı açıqlamasında fəaliyyətinə xitam verilmiş İctimai
Palata üzvlərinin yaradacağı “Düşüncə Mərkəzi”nə münasibət
bildirərkən deyib.
F. Qəhrəmanlı qeyd edib ki, İP də AXCP üçün əhəmiyyət daşımır: “Çünki Milli Şura yaranarkən İP-in fəaliyyətinə faktiki olaraq son qoyulmuşdu. İP bizim üçün tarixin bir mərhələsidir. Biz bu gün tarixdə qalmış bir məsələ ilə deyil, ölkə gündəminə adi olan daha vacib məsələlərə məşğul oluruq. Daha vacib işlərimiz var. AXCP-nin bu cür məsələlərə vaxt ayıraraq özünü gündəmdə saxlamağa ehtiyacı yoxdur. Çünki AXCP kifayət qədər diqqət mərkəzində olan təşkilatdır. Hər kəs görür ki, əsas mübarizə hakimiyyətlə AXCP arasında gedir. Təzyiqlər də bizə olur. Bütün bunların fonunda bizim vaxtı ötmüş, tarixdə qalmış bir məsələni gündəmə gətirməyə, yaxud buna vaxt ayırmağa ehtiyacımız yoxdur”.
Qeyd edək ki, dünən İctimai Palatanın Koordinasiya Şurasının
sonuncu toplantısı keçirilib. Toplantıda qurumun fəaliyyətinə xitam
verilib. Daha sonra orda təmsil olunanlar formalaşmış təcrübədən
gələcəkdə də istifadə etmək üçün “Düşüncə Mərkəzi”nin yaradılmasına
qərar veriblər.
Asif
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU