Nida.az
“Stratfor” Azərbaycan qazı uyğunda gedən savaşdan yazdı
“Yunanıstan iqtisadi cəhətdən borc içindədir, lakin bu ölkənin coğrafi yerləşməsi onun əhəmiyyətini artırır. Bu gün Yunanıstan iki rəqib qaz layihələrinin tranzit ərazisidir: Rusiya tərəfindən maliyyələşdirilən “Türk axını” və Azərbaycanın maliyyələşdirdiyi və Avropa Birliyinin dəstəklədiyi Cənub Qaz Dəhlizi layihəsi”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu beyin mərkəzi
olan “Stratfor” yazıb.
Mərkəzin rəhbəri Corc Fridman qeyd edir ki, Yunanıstan da Ukrayna
kimi maliyyə yardımını siyasi məqsədlərlə tez-tez əlaqələndirir:
“Birləşmiş Ştatlar Afinada Qərbyönümlü hökumətin olmasını istəyir.
Yunanıstan isə artıq Rusiyadan maliyyə yardımı ala biləcəyinə işarə
vurub. Afina Rusiya təbii qazına və bunu daha ucuz qiymətə ala
biləcəyinə güvənir. Ağ Ev isə buna heç cür imkan vermək niyyətində
deyil. Birləşmiş Ştatlar regionda Rusiyanın genişlənməsinə
müqavimət göstərmək üçün hələ 1950-ci illərdə Yunanıstanı NATO-ya
qəbul etmişdi. İndi də Vaşinqton Yunanıstanda Rusiya enerji
layihələrinin genişlənməsinin qarşısını almaqda israrlıdır. ABŞ
həmçinin, Yunanıstanda daxili və xarici terrorçu qrupların ayaq
açacağından ehtiyatlanır. Hansı ki, 1970-90-cı illərdə Yunanıstan
ABŞ obyektlərinə hücum edən terror qruplarında böyük paya sahib
idi. Ağ Ev indi Yunanıstanda sol və sağ radikal qruplarının,
həmçinin, Yaxın Şərqdən gələn terrorçuların möhkəmlənəcəyindən
ehtiyat edir. Avropa Birliyinin liderlərindən olan Almaniya da
burda söz sahibidir. Berlin Afinaya qarşı sərt mövqe tutur.
Çünki almanlar qorxurlar ki, hazırki Afina hökumətinə güzəştə getsələr, bu birliyin digər ölkələri üçün pis nümunə ola bilər. Beləliklə, tranzit Yunanıstanda ABŞ-la Rusiya savaş aparır. Birləşmiş Ştatlar Azərbaycan qazını müdafiə edir və onun Avropa bazarına çıxışı üçün bu yolda əngəl olan hər şeyi aradan qaldırır. Rusiya isə israrla “Türk axını” layihəsini reallaşdırmaq istəyir. Hələlik, Birləşmiş Ştatlar bir addım öndədir. Lakin Qərb rəhbərliyi ələ alan radikal yunan solçularına inanmır”.
Asif Nərimanlı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü