Nida.az
Əliyev - Putin - Ərdoğan danışıqları
“Rusiyanın istəkləri ilə Azərbaycan vəTürkiyənin istəklərinin uzlaşdırılması istiqamətində işlər gedir”.
Axar.az xəbər verir ki, bu haqda “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yazıb. O, danışıqların hazırkı gedişatından prosesin olduqca mürəkkəb xarakter aldığını yazıb: “Beləliklə, Rusiya Prezidenti Vladimir Putin Bakıda ayrılıqda həm azərbaycanlı, həm də türk həmkarı ilə görüşdü. Bu görüşlərdən konkret nəticə çıxmadı. Sadəcə Moskva-Ankara və Moskva-Bakı dialoqu davam edir. Rusiyanın istəkləri ilə Azərbaycan və Türkiyənin istəklərinin uzlaşdırılması istiqamətində iş gedir. Mürəkkəb prosesdir. “Türk axını”, Xəzərin dibi ilə boru xəttinin çəkilməsi və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli - bunların hər birini razılaşdırmaq lazımdır. Mövqelər hələ ki, fərqlidir”.
Qeyd edək ki, bu gün Bakıda Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə ayrılıqda görüşləri baş tutub.
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...