Nida.az
Kleq: “Dünən 30 minə yaxın tamaşaçı oyunları izlədi”
Bakı 2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq ənənəvi mətbuat konfransında çıxış edib.
Publika.az-ın məlumatına görə, o, çıxışında yarışlara biletlәrin tapılmaması, lakin stadionlarda boş yerlәrin qalması mәsәlәsinә də aydınlıq gәtirib:
“İyunun 18-də yarışlar da çox uğurlu keçib. Dünәn gülәş üzrә son yarışlar oldu. Dünən 14 məkanda 7 idman növü üzrə yarış oldu. 30 minə yaxın tamaşaçı oyunları izlədi. Hətta düşünürəm ki, dünən suya tullanmanın ilk günü olsa da, çox uğurlu alındı.
Artıq Bilgəh çimərliyi ənənəvi funksiyalarına qayıdacaq. Hətta Suya tullanmada tamaşaçılar üçün əlavə sektorlar açılıb. Belə ki, suya tullanma məkanında 1600-dan çox əlavə yer təmin olunmuşdu.
Bu gün velosipedçilər gün ərzində yolla tanış olacaqlar. Ona görə də bəzi yollar bağlanacaq.
Qadınlar arasında velosipedçilərin yarışı sabah baş tutacaq. Bakıda sabah üçün küləkli hava proqnozlaşdırılır. Bu da velosipedçilərə təsir edə bilər. Təbii ki, yollardakı məhdudiyyət müəyyən vaxtı əhatə edəcək”.
O, Olimpiya stadionunda keçiriləcək atletikaya böyük maraq gözlədiyini söyləyib: “Olimpiya stadionu 68 min yerlikdir. Sözsüz ki, bunun tam dolmasını gözləmirik. Ancaq marağın böyük olacağını düşünürük”.
S.Kleq yarışlara biletlәrin tapılmaması, lakin stadionlarda boş yerlәrin qalması mәsәlәsinә də aydınlıq gәtirib: “Televiziyaya baxanda görürlәr ki, boş yerlәr var. Mövcud biletlәri tәkrar sata bilmәrik. Açıq hava yarışlarında insanlar çox qalmırlar. Hәmin yerlәr üçün tәkrar bilet satmaq imkanı yoxdur. Bәzәn bilet alırlar vә gәlmirlәr. Bәzәn qısamüddәtli qatılırlar. Kimsә bilet almaq istәyir, amma mümkün olmur. Tәəssüf ki, biletlәr satılmış olur”.
Baş direktor bildirib ki, bu gün 12 idman növü üzrə yarışlar təşkil olunacaq: "Bu gün həm stolüstü tennis, həm də taekvondo üçün son gündür. Oyunlar bitdikdən sonra həmin məkanlar badminton və digər idman növləri üçün hazırlanacaq".
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu