Nida.az
Federasiya prezidenti: “Avropa Oyunlarını Olimpiada adlandıra bilərik”
“Bakıda keçirilən I Avropa Oyunları tarixi hadisədir.
Biz faktiki olaraq bu tarixi anların şahidi
oluruq”.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq
Sambo Federasiyasının prezidenti Vasili Şestakov “Vestikavkaz”
saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, samboçular ilk dəfə belə böyük yarışlarda
iştirak edir: “Bu Oyunları Olimpiada da adlandıra bilərik. Biz
müxtəlif turnirlərdə çıxışlar edirik. Lakin Avropa Oyunları kimi
böyük səviyyəli turnirdə çıxış etməyimiz, artıq sambonun Olimpiya
səviyyəsinə çıxması deməkdir. Bu həm də sambonun belə böyük
səviyyəli yarışlarda çıxış etməyə hazır olduğunu göstərdi. Hesab
edirəm ki, Avropa Oyunlarından sonra sambonun reytinqi daha da
artacaq”.
V. Şestakov Avropa Oyunlarında 21 ölkənin samboçularının
mübarizə apardığını bildirib: “Əlbəttə, biz daha çox çəki
kateqoriyasının qatılmasını istəyərdik. Lakin hazırkı vəziyyətdə də
samboçular yaxşı çıxış etdi. Azərbaycan dörd gümüş medal qazandı.
Bu, təqdirəlayiq haldır”.
Federasiyanın prezidenti sambonun Olimpiya proqramına daxil
edilməsi istiqamətində iş aparıldığını diqqətə çatdırıb.
“Avropa Oyunlarında iştirak hədəfimizə çatmağa kömək edəcək. Mən
Bakıda samboya olan azarkeş marağına da toxunmaq istəyirəm.
İnsanlar və KİV tərəfindən diqqət böyükdür. Hətta idmançının hansı
ölkəni təmsil etməsinə baxmayaraq, tamaşaçılar böyük dəstək
göstərdi. Prezident İlham Əliyevin ailəsi ilə birgə sambo yarışını
birbaşa izləməsi çox qürurverici hal idi. Biz bununla fəxr edirik”,
- deyə V. Şestakov vurğulayıb.
Asif Nərimanlı
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ