Nida.az
Azərbaycan sərhədlərində amansız terror: Şimali Qafqaz İŞİD-in nəzarətinə keçdi
Şimali Qafqaz döyüşçüləri tam heyətdə “İslam dövləti” (İŞİD) terror qruplaşması və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər.
Publika.az “Kavkazskiy uzel” saytına istinadən verdiyi xəbərə görə, “YouTube” video paylaşım saytında bununla bağlı videoçarx yerləşdirilib.
Video iyunun 21-də yerləşdirilib. Məlumata görə, İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün regionlarını - Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir. Videoçarxda göstərilir ki, “Qafqaz Əmirliyi”nin bütün döyüşçülər bu qərarda vahid fikrə malikdirlər.
Bu, Şimali Qafqaz döyüşçülərinin İŞİD-ə sədaqət andı içməsi ilə bağlı birinci hadisə deyil. Bu vaxta qədər Şimali Qafqaz döyüşçülərinin ayrı-ayrı liderləri İŞİD-ə sədaqət andı içdiyini elan ediblər. 2014-cü ilin noyabrında Dağıstanın Xasavyurt rayonunda hərəkət edən döyüşçülərin lideri, Çeçenistan Respublikasının sakini Suleyman Zaylanabidov terror təşkilatının liderinə biət edib. O, 6 iyun 2015-ci il Xasavyurt rayonun Komsomol kəndinin ərazisində öldürülüb.
2014-cü ilin payızında “Xəzər” qrupunun rəhbəri Muqutdin Mazanov İŞİD-ə sədaqət andı içib. 19 dekabr 2014-cü ildə Mahaçqala sektorunun lideri Arslanali Kambulatov eyni addımı atıb. O, 24 aprel 2015-ci ildə Dağıstanın Yeni Paraul kəndində xüsusi əməliyyatın gedişatında öldürülüb.
Rəsmi məlumatlara görə, MDB ölkələrindən təxminən 1,5 min nəfər İŞİD-in sıralarında vuruşur. İŞİD-in sıralarında vuruşan 850 nəfərin əksəriyyəti Şimali Qafqaz, xüsusilə Çeçenistan Respublikasının sakinləridir. Hələ 2014-cü ilin sentyabrında sosial şəbəkələrdə videomüraciət yerləşdirən döyüşçülər Rusiya prezidenti Vladimir Putini Qafqaza “azadlıq” yürüşü ilə hədələyiblər.
Bu il aprelin 20-də Dağıstanda keçirilən xüsusi əməliyyatın gedişatında “Qafqaz Əmirliyi”nin başçısı, Doku Umarovun varisi Əliaşxab Kebekov öldürülüb. Həmin vaxt bəziləri bildirdilər ki, Kebekovun ölümü başsız qalan döyüşçülərin İŞİD-in təsiri altına keçməsini sürətləndirəcək. Bəziləri isə hesab edirdilər ki, Kebekovun qətli Şimali Qafqazdakı vəziyyətə, həmçinin İŞİD və “Qafqaz Əmirliyi” arasındakı münasibətlərə təsir etməyəcək. Amma 3 gün əvvəl edilən videomüraciət birincilərin haqlı olduğunu göstərdi.
Ekspertlər həmçinin qeyd edirlər ki, daha əvvəl Əliaşxab Kebekovun elan etdiyi taktika İŞİD-in taktikasından əhəmiyyətli dərəcədə fərqlənir. Əliaşxab Kebekov dinc əhaliyə qarşı terror aktlarının həyata keçirilməsi və kamikadze qadınlardan silahlı əməliyyatlarda istifadə olunmasına qarşı çıxırdı. “Əgər “Qafqaz Əmirliyi”nin döyüşçüləri dövlət qulluqçuları və təhlükəsizlik orqanlarının əməkdaşlarına qarşı terrorla ixtisaslaşmışdısa, İŞİD-də bu, ümumi və çox amansız terrordur”, - Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun Etnopolitik Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Əhməd Yarlıkapov bildirib.
Qeyd edək ki, “Qafqaz Əmirliyi” Rusiya və ABŞ-la yanaşı bir çox ölkələrdə terror təşkilatı kimi tanınır.
Ömər Dağlı
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO