Nida.az
Fətullah Gülənlə şəkli olan komitə sədri kimdir? - Açıqlama
Jurnalist Eynulla Fətullayevin “2007-ci ildə Gülər Əhmədova Milli Məclisin komitə rəhbərlərinin birinin Fətullah Gülənlə fotosunu mənə gətirdi” açıqlamasından sonra sosial mediada həmin komitə sədrinin Nizami Cəfərov olması haqqında fikirlər səsləndirilməyə başlandı.
Bununla bağlı Publika.Az -a açıqlama verən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə bildirib ki, o, Fətullah Gülənlə bu günə qədər görüşməyib: “Mən o kişi ilə heç vaxt görüşməmişəm. Əgər görüşsəydim, şəklim də olardı və mən bunu gizlətmədən şəkili mətbuata da verərdim. Amma təəssüf edirəm ki, o kişi ilə mənim şəklim yoxdur”.
N. Cəfərov deyib ki, Fətullah Gülən kifayət qədər böyük adamdır:
“Onu belə müzakirə, münaqişə obyektinə çevirməyə ehtiyac yoxdur.
Ümumiyyətlə, dünyada nə qədər belə böyük adamlar varsa, gərək
hamısı tanıyasan, fikirlərini öyrənəsən. Onu öyrənirik, baxırıq,
kitablarını oxuyuruq, disklərini dinləyirik, bu, ayrı məsələdir.
Amma mənim heç kimə xüsusi ehtiyacım yoxdur. Əgər mənim onunla
şəklim olsaydı, məmnuniyyətlə deyərdim. Görüşmədiyim üçün şəklim də
ola bilməz”.
Asif
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO