Nida.az
“İrəvanda çevriliş Qarabağı təhlükəyə ata bilər”
“Qarabağ klanının hakimiyyətdən getmə ehtimalı çox güclüdür”.
Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağla bağlı son iki ilin danışıqlarına dair bəzi razılaşmaların üstündən xətt çəkə bilər:
“Belə görünür ki, proseslərə Rusiyadan dəstək var. Elektrik enerjisinin tariflərini qaldıran şirkətlər də Rusiyaya məxsusdur. Sərkisyan isə həmin şirkətin qərarını geriyə oxuyub tarifləri aşağı sala bilmir. Üstəlik, Sərkisyana əvvəlki illərdə olduğu kimi Rusiyanın hərbi və ya xüsusi xidmət orqanlarından dəstək gəlmir. Beş ilə bundan əvvəl prezident seçkilərindən sonrakı xalq ayaqlanmasında “Alfa” qrupunun iştirak etdiyi haqqında faktlar var. İndi isə Rusiyanın İrəvandakı qoşunları səssiz dayanır, Kremldən isə heç səs çıxmır. Bəzi merlər və hakimiyyəti müdafiə edən partiyalar tamamilə üsyançıların tərəfinə keçib. Rusiya mətbuatı isə hazırkı prosesləri rəsmi inqilab kimi qələmə verərək bunun Qərb tərəfindən törədildiyini yazır. Ancaq bəllidir ki, Qərbin Ermənistanda rəngi inqilablar törətməyə imkanı yoxdur və proseslər tamamilə Rusiyanın nəzarətindədir”.
Politoloq bütün baş verənlərin kökündə Qarabağ məsələsinin dayandığını bildirib:
“Görünən odur ki, son zamanlar finala yaxınlaşmaqda olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bir geriyə dönüş var. Düzdür, ermənilər torpaqlarımızın geri qaytarılması istiqamətində Rusiya dəstəyinə nəinki qarşıdırlar, hətta bu, ölkədə ciddi etirazlara da səbəb oldu. İndiki vəziyyət də göstərir ki, Moskva İrəvandakı etirazlara dəstək verməklə və ya biganə münasibət bəsləməklə, istər Ermənistanın daxilində hakimiyyət dəyişikliyinə, istərsə də Dağlıq Qarabağ danışıqlarına öz loyallığını nümayiş etdirmiş oldu. Məsələ kifayət qədər qəlizdir. Qarabağ klanının hakimiyyətdən getmə ehtimalı çox güclüdür. Hakimiyyət dəyişikliyi Qarabağa dair son iki ilin danışıqları nəticəsində əldə edilmiş bəzi razılaşmaların üstündən xətt çəkə bilər”.
Qeyd edək ki, Ermənistanda elektrik enerjisinin tariflərinin qalxması ilə başlanan nümayişlər get-gedə böyüməkdədir. Dünən sözügedən məsələ ilə bağlı Moskva erməniləri də hərəkətə keçiblər. Ən son məlumata görə isə Ermənistanın “İrs” partiyası da ölkədəki vətəndaş hərəkatını dəstəkləyib.
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO