Nida.az
Arif Hacılıdan Milli Şuraya: “Rusiya vətəndaşının sədrlik etdiyi qurumda ola bilmərik”
Müsavat Partiyası Məclisinin iyunun 4-də növbəti sessiyası keçirilib.
Publika.az xəbər verir ki, sessiyada çıxış edən
Müsavat başqanı Arif Hacılı partiyanın Milli Şuradan ayrılmağının
səbəblərini bir daha açıqlayıb: “Müsavat Partiyası Rusiya
vətəndaşının sədr olduğu qurumda qala bilməzdi. Biz əvvəlcə Rüstəm
İbrahimbəyovun prezidentliyə namizədliyini dəstəklədik. Lakin
görəndə ki, o, Rusiya vətəndaşıdır və Azərbaycana qayıtmayacaq,
onda qurumdan uzaqlaşmaq qərarını verdik. Rusiya vətəndaşının
Azərbaycan müxalifətini birləşdirən quruma sədrlik etməsi, hətta
simvolik də olsa fəxri sədri olması gələcək fəsadlara yol açacaqdı
və Müsavat bunu öncədən görə bildi.
Bu gün Rüstəm İbrahimbəyov Krımın Rusiya torpağı olduğunu deyir. Bəlkə də, adi bir ssenaristin, yaxud yazıçının bunu deməsi normal qarşılana bilər. Lakin bu şəxs Milli Şuranın fəxri sədridir və belə bir bəyanat tarixi və siyasi baxımdan doğru deyil. Krım tatarların torpağıdır və siyasi baxımdan Ukraynanın tərkibindədir. Dünya bunu belə qəbul edir. Krımın Rusiya torpağı olduğunu demək Azərbaycanın da mənafelərinə ziddir. Çünki Azərbaycanın da Dağlıq Qarabağ problemi var”.
Başqanın qardaşına vəzifə verildi
Sessiyada Məclisin daimi komissiyaları yaradılıb. Gizli səsvermə
nəticəsində Elnur Babayev Yerli Özünüidarəetmə Komissiyasının,
Dilşad Nağıyeva Elm və Təhsil Komissiyasının, Mustafa Hacıbəyli
Analitik Mərkəzin, Nemət Kərimli Hüquq Siyasəti Komissiyasının,
Misir Məhəmmədoğlu İqtisadiyyat və Sosial Siyasət Komissiyasının,
Elman Fəttah İnsan Haqları Komissiyasının, Şakir Abbasov Qarabağ
Komissiyasının, Könül Əliyeva Gender Məsələləri Komissiyasının
sədri seçilib.
Müsavat “Seçki Platforması Qrupu”
Parlament seçkilərinə hazırlıqla bağlı Mərkəzi İcra Aparatının
rəhbəri Gülağa Aslanlı çıxış edib. O, Müsavat Partiyasının seçkiyə
hazırlıqla bağlı gördüyü işlər barədə məlumat verib: “İndiyə qədər
70-dən artıq seçki dairəsindən Müsavat Partiyasının namizədi olmaq
istəyən şəxslərin siyahısı ilkin olaraq müəyyənləşib”.
G. Aslanlı çıxışında “Seçki Platforması Qrupu” yaradılmasını təklif edib. Müzakirələrin yekunu olaraq, başqan müavini Elman Fəttahın rəhbərliyi ilə “Seçki Platforması Qrupu” yaradılıb.
Asif Nərimanlı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ