Nida Təhlil
Əliyev ordunu döyüşə hazırlayır, Sarkisyan “oğurluq” edir – İRƏVANDA QALMAQAL
Ermənistanda həlak olmuş, yaxud yaralanmış hərbiçilərin
ailələrinə yardım məqsədilə hər kəsin 1000 dram ödəməsi haqda qanun
layihəsi ciddi rezonansa səbəb olub.
Publika.az xəbər verir ki, bu layihə əsasında
xüsusi kompensasiya fondunun yaradılması və vətəndaşlarından alınan
pulların ora köçürülməsi nəzərdə tutulur. Lakin sadə vətəndaşlar öz
ciblərindən orduya pul vermək istəmirlər. Bunun üçün “1000 dram”
adlı etiraz kampaniyaları başlanıb.
Etirazlarçılar hakimiyyət rəhbərliyindəki şəxsləri korrupsiyada
ittiham edir, onları ordunun maliyyəsini oğurlamaqda
günahlandırırlar.
Maraqlı məqamlardan biri odur ki, yeni qanun layihəsində nəzərdə
tutulan kompensasiyaların ödənişi 2017-ci ilin yanvar ayından
etibarən yaralanan və ölənlər üçün nəzərdə tutulub. Ondan əvvəl
yaralanan, yaxud ölənlərə şamil edilmir. Sadə ermənilər də bunu
əsas gətirərək, yığılan pulların hakimiyyət rəhbərliyinin cibinə
axdığını vurğulayırlar.
Qanun layihəsini parlamentdə təqdim edən Ermənistanın yeni müdafiə
naziri Viqen Sarkisyan bunun əhəmiyyətindən danışaraq, əsas
məqsədin insanların qayğısına qalmaq olduğunu bildirib. Lakin sadə
vətəndaşlar buna inanmırlar və yeni müdafiə nazirini bacarıqsız
olmaqda ittiham edirlər.
Ermənistanın “lragir” saytı isə “1000 dram” məsələsini yeni müdafiə
nazirinin “döyüşdə ilk iştirakı” olaraq təqdim edib. Sayt yazıb ki,
kompensasiyalar üçün yaradılan fond hərbiçilərin maraqlarına xidmət
etmir.
Məqalədə həmçinin, Ermənistanın siyasi və hərbi rəhbərliyi sərt
tənqid olunur.
“Azərbaycan 60 min şəxsi heyət və güclü hərbi texnika ilə hərbi
təlimlər keçirir, Ermənistan isə vətəndaşların ciblərinə girərək,
onlardan 1000 dramı necə oğurlamağın yollarını axtarırlar”, - deyə
sayt yazıb.
Asif
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...