Nida Təhlil
Dənizlərə nəzarət, Qarabağda... - Putinin Qafqaza qoşun yeritməsinin 8 SİRRİ
Rusiyanın Qafqazda Ermənistan və Abxaziya ilə vahid
hərbi birləşmə yaratmasının 8 hədəfi var.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “politike”
saytı yazıb.
“Putin Qafqazda kimə qarşı ordu yaradır?” sualını araşdıran sayt
hədəfləri bir-bir sıralayıb.
Birinci: Qafqaz Xəzər və Qara dəniz arasında
əlaqələndirici rol oynayır. Burada kim güclüdürsə, hər iki dənizə
nəzarəti ələ ala bilər. Cənubi Qafqaz İranın, Qazaxıstanın,
Özbəkistanın və Türkmənistanın neft və qazının Avropaya
daşınmasında marşrut potensialına sahibdir.
İkinci: Rusiyanın sərhədlərində Cənubi Qafqaz
xüsusi yer tutur. Çünki bura Şimali Qafqaza, həmçinin, Volqa
ətrafına yaxındır. Bu baxımdan, Ukraynada olduğu kimi, Cənubi
Qafqazdakı vəziyyət də Rusiyanın diqqətini cəlb edir. Yerli
gəlmişkən, Cənubi Qafqazla Ukraynanın hərbi əlaqələri Kremli
narahat edir. Xüsusilə Azərbaycan və Gürcüstanın Kiyevlə
əlaqələrini Moskvada sevmirlər.
Üçüncü: Cənubi Qafqaz Türkiyə və İran baxımından
da əhəmiyyətlidir. Rusiya bu iki ölkəyə məhz bu bölgədən hücuma
keçə bilər.
Dördüncü: Məsələ təkcə Türkiyə və İranla
məhdudlaşmır. Rusiya Cənubi Qafqaz vasitəsilə Hind okeanına tərəf
irəliləyə bilər. Hansı ki, rus çarlarının əsrlər boyu ən böyük
arzusu bu olub. Lakin bu, uzaq hədəfdir.
Beşinci: Rusiya Cənubi Qafqaza karbohidrogen
ehtiyatlarının mənbəyi və nəqliyyat arteriyası olaraq baxır.
Altıncı: Vahid ordu terrorçuların Cənubi Qafqaza
girişinin qarşısını almalıdır.
Yeddinci: NATO-nun genişlənməsinin qarşısını
almaq. Güman ki, Şimal Alyansının Gürcüstanda addımlarına cavab
olaraq Rusiya Ermənistanda hərəkətə keçəcək.
Səkkizinci: Dağlıq Qarabağ münaqişəsinə nəzarəti
gücləndirmək və prosesləri öz istədiyi məcraya yönəltmək.
Asif
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək