Qarabağda QƏLƏBƏ ANONSU: İrəvanı qorxuya salan AĞ EV... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağda QƏLƏBƏ ANONSU: İrəvanı qorxuya salan AĞ EV... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Aprel müharibəsindəki məğlubiyyət Ermənistanın itkilərinin başlanğıcıdır:

ABŞ prezidenti Donald Trampla Avstraliyanın baş naziri Malkolm Ternbull arasındakı telefon danışığı zamanı qalmaqal baş verib. Trampın meksikalı həmkarı Enrike Penya Nyeto ilə telefon söhbətinin detalları məlum olub. Türkiyə və Yunanıstan arasında gərginlik davam edir. İrana qarşı yeni sanksiyalar paketi hazırlanıb. Suriya münaqişəsinin həlli üzrə növbəti danışıqların vaxtı açıqlanıb.

Bu gün Bakıda bir qrup gənc Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib. Etirazçılar Müsavat Partiyası rəhbərliyinin apardığı qızışdırıcı siyasətə, ümummilli lider və ölkə haqqında səsləndirdiyi qeyri-etik fikirlərə etirazlarını bildiriblər.

“Armenianreport” saytında yayımlanan məqaləsində Ramella Mnaçakanyan yazıb ki, aprel müharibəsindəki məğlubiyyət Ermənistanı oğrular və satqınların idarə etdiyini göstərdi.

Erməni jurnalist qeyd edir ki, aprel müharibəsindəki məğlubiyyət Ermənistanın itkilərinin başlanğıcıdır: “Heç nə başa çatmayıb. Biz gələcək itkilərin cığırına daxil olduq. Lakin burada yeganə günah satqın hakimiyyətdə deyil. Hakimiyyət öz satqınlığını, oğurluğunu gizlətmir. Günahkarlardan biri də erməni xalqıdır. Çünki insanlar satqınlığı və oğurluğu görür, lakin susurlar. Bizim camaat hakimiyyətə təzyiq etməyi bacarmır. Sonuncu prezident və parlament seçkiləri də göstərdi ki, insanlar öz səslərini müdafiə edə bilmirlər. Əgər camaat müqavimət göstərə bilmirsə, onda məğlubiyyətlərin ardı gələcək”.

ABŞ senatorları Robert Menendez və Eda Markey Dövlət katibi Reks Tillerson və BMT-də daimi nümayəndə Nikki Heyliyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb.

Senatorlar R.Tillerson və N.Heyliyə sualı yanvarın 23-də, onların namizədlikləri üzrə dinləmələrin aparıldığı vaxt veriblər. Hansı ki, həmin gün Konqres hər iki şəxsin vəzifəsini təsdiqləmişdi. Bir gün sonra isə senatorlar cavab alıblar.

“Asbarez.com” saytında yayımlanan cavabda Reks Tillerson Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan tərəfi ilə fəal işləməyə hazır olduğunu bildirib. “Mən Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərlə işləyəcəm. İlk addım etibarın yaradılması və bütün razılaşmalara hörmət edilməsi haqda zəmanət olmalıdır”, - deyə o bildirib.

Dövlət katibi qeyd edib ki, Qarabağ münaqişəsi regionda sabitlik üçün təhlükədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın meksikalı həmkarı Enrike Penya Nyeto ilə telefon söhbətinin detalları məlum olub. Tramp həmkarını Meksikaya Amerika qoşunlarını yeritməklə hədələyib.

“Associated Press” agentliyinin yazdığına görə, Tramp telefon söhbəti zamanı Meksikada “pis oğlanlar”la savaş üçün ABŞ ordusunu bu ölkəyə göndərməyə hazır olduğunu deyib. Amma ABŞ prezidentinin “pis oğlanlar” deyəndə kimləri nəzərdə tutduğu dəqiqləşmir.

Agentlik qeyd etdiyi kimi, telefon söhbətinin oxşar hissəsinin daha əvvəl Meksika KİV-i dərc edib. Meksika Xarici İşlər Nazirliyi isə söhbətin bu hissəsini saxta adlandırıb. “Associated Press” xatırladır ki, Tramp “pis oğlanlar” ifadəsini daha əvvəl də açıq çıxışlarda istifadə edib.

Xatırladaq ki, prezidentlər arasında telefon söhbəti yanvarın 27-də baş tutub.

Tramp daha bir ölkə ilə “soyuq müharibə”yə başlayıb. ABŞ prezidentinin Avstraliyanın baş naziri Malkolm Ternbulla telefon söhbəti olduqca soyuq keçib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İrana münasibəti yaxşı olmayan Ağ Evin yeni administrasiyası bu ölkəyə qarşı yeni sanksiyalar paketi hazırlayıb. ABŞ-ın respublikaçı senatorları Marko Rubio, Todd Yanq və Con Kornin İrana qarşı yeni sanksiyaların tətbiqi barədə qanun layihəsini Konqresin gündəliyinə daxil ediblər.

"Bir neçə illik birtərəfli güzəşt və əvvəlki administrasiyanın uyuşqanlığından sonra İranın terrorizmi dəstəkləməsinə qarşı müqavimət göstərməyə qayıtmağın vaxtı çatıb. İranın əvvəlki kimi terrorçuluğu dəstəkləməsi və ballistik raket proqramını təcavüzkarcasına inkişaf etdirməsi müttəfiqlərimiz, qoşunlarımız və ən nəhayət vətənimiz üçün təhlükə mənbəyi olaraq qalır", - deyə senatorlar qeyd edirlər.

Yeni sanksiyalar İran İnqilabı Keşikçiləri Korpusu (İİKK), "Mahan Air" aviaşirkəti, həmçinin İranın ballistik raket proqramında iştirak edən şəxslər və onunla bağlı olan iqtisadiyyat sahəsinə qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tutur.

Tehran isə geri çəkilmək niyyətində deyil. İran şəxsi istehsalı olan “Sumar” qanadlı raketinin müvəffəqiyyətli sınaqlarını həyata keçirib. Bu haqda xüsusi xidmət orqanlarına istinadən Almaniyanın “Die Welt” qəzeti bildirib.

Nəşrin məlumatına görə, genişmiqyaslı raket sınaqları ötən bazar günü həyata keçirilib. Orta mənzilli “Sumar” raketi nüvə yükünü daşımaq qabiliyyətinə malikdir. Raket sınağın gedişatında 600 kilometr uçub. Amma raketin uçuş məsafəsi 2-3 min kilometr təşkil edir.

İranın müdafiə naziri Hüseyn Dehqan ballistik raketin sınağının keçirilməsi faktını təsdiqləyib. Amma bildirib ki, keçirilmiş sınaqların nüvə silahı ilə əlaqəsi yoxdur.

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı referendum keçirmək niyyətindədir. Dövlət başçısı bu haqda Almaniyanın “Berliner Morgenrost” qəzetinə müsahibəsində deyib.

“Dörd il əvvəl əhalinin 16 faizi NATO-ya üzvlüyü dəstəkləyirdi. İndi isə bu göstərici 54 faizdir. Mən prezident kimi xalqın rəyinə arxalanaraq NATO-ya üzvlüklə bağlı referendumu keçirəcəyəm. Əgər ukraynalılar bunun üçün səs verəcəklərsə, mən ölkənin Şimali Atlantika İttifaqına üzvlüyü üçün bütün səyləri göstərəcəyəm”, - deyə Poroşenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski NATO-ya qoşulmaq istəyən Ukraynanı hədələyib. Siyasətçi “Rossiya 1” telekanalının birbaşa efirində çıxışın deyib ki, prezident seçkilərində qələbə qazanacağı halda Ukraynanı məhv edəcək.

Jirinovski söz verib ki, Kremlə girişdən üç gün sonra bütün Ukrayna hökumətini həbs edəcək.

“Hələ Putini xatırlayacaqsınız ki, o, xeyirxah idi. Hər şeyi məhv edəcəyəm! Heç bir Ukrayna olmayacaq! Hamı həbs ediləcək! Və yalnız hərbi yolla! Prezident seçiləcəyim halda bunu edəcəyəm!”, – deyə Jiriniovski bildirib.

Xatırladaq ki, Jirinovski daha əvvəl “Avropanı məhv etmək” ehtiyacını dilə gətirib.

Rusiyanın ən yaxın müttəfiqlərindən biri hesab olunan Belarus isə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa hazırlaşır. Bu barədə informasiyanı “Regnum” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik Minskin həmçinin Rusiya ilə İttifaq dövlət razılaşmasından da çıxmaq istədiyini bildirib.

Qeyd edək ki, Belarus Avrasiya İttifaqının əsas yaradıcılarından biridir. Belarusla yanaşı, bu təşkilata Rusiya, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.

Türkiyə, Rusiya və İran fevralın 6-da Qazaxıstanın Astana şəhərində Suriya münaqişəsinin həlli üzrə danışıqları davam etdirəcək. Bu haqda məlumatı Qazaxıstanın Xarici İşlər Nazirliyi açıqlayıb.

Qeyd edək ki, yanvarın 23-23 tarixlərindən Astanada Suriya üzrə danışıqlar keçirilmişdi.

Almaniya baş kansleri Angela Merkel Ankaraya gəlib. Merkelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həmkarı Binəli Yıldırımla görüşüb.

Türkiyə və Yunanıstan arasında münasibətlər Kardak adası ətrafındakı vəziyyətlə əlaqədar son günlər pisləşib. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstan müdafiə naziri Panos Kamennosu ağlını başına yığmağa çağırıb.

Qeyd edək ki, Yunanıstanın müdafiə naziri Türkiyənin davranışlarını “kovboy hərəkətləri” adlandırıb.

Yunanıstan müdafiə nazirinin bəzi hərbi səlahiyyətlilərlə 21 il əvvəl ölən 3 yunan əsgərinin xatirəsinə Kardak qayalıqlarına dünən vertolyotdan çələng atdığı məlum olub. Eyni saatlarda Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları Kardak qayalıqları üzərində uçub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rumıniyada hökumətin istefası tələbi ilə aksiyalar keçirilib. Ölkənin yüz minlərlə sakini minlərlə məhbusun əfvini və bəzi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin təsdiqinə etiraz olaraq küçələrə çıxıb.

Etiraz aksiyaları bütövlükdə ölkənin 56 şəhərində keçirilib. Dövlət əleyhinə etirazların indiki dalğası 1989-cu ildə kommunist hakimiyyətinin devirilməsindən sonra keçirilən ən genişmiqyaslı aksiyalardır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm