Qarabağ üçün TÜRK PLANI: ərazilərin azad olunması üçün... - ASTANA FORMATI
Bizi izləyin

Nida Təhlil

Qarabağ üçün TÜRK PLANI: ərazilərin azad olunması üçün... - ASTANA FORMATI

"Bütün bu proseslər Dağlıq Qarabağ münaqişəsinə də birbaşa təsir edəcək”.

Dağlıq Qarabağ zonasında maraqların toqquşması fəallaşacaq və Rusiya, İran, Türkiyə, həmçinin, Qazaxıstanın özü belə status-kvonu dəyişdirmək üçün birgə hərəkət edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Pavel Dallakyan “regionda maraqların çarpazlaşması fonunda Qarabağda status-kvo” adlı məqaləsində yazıb.

Erməni şərhçi hesab edir ki, Qərbə qarşı böyük koalisiya yaradılır: “ABŞ Suriyada “təhlükəsizlik zonaları” yaratmaq təklifi ilə çıxış edir. Əgər Rusiya bu təkliflə razılaşarsa, o zaman, Astanada Suriya görüşünün digər iki tərəfi – Türkiyə və İran narazı qalacaq. Türkiyə ilə müqayisədə İranın vəziyyəti daha dramatikdir. ABŞ Tehrana qarşı açıq hücuma keçib. Bu mərhələdə Rusiya Tehran və Ankaraya münasibətdə iki cür addım ata bilər. Birincisi, ABŞ-la anlaşa bilər ki, bu avtomatik olaraq narazılıq yaradacaq. İkincisi isə üçlər ittifaqı olaraq hərəkət etməyə üstünlük verə bilər. Xüsusilə İrana qarşı ABŞ-İsrail hücumu bölgədə vəziyyəti qarışdırır. Bütün bu proseslər Dağlıq Qarabağ münaqişəsinə də birbaşa təsir edəcək”.

Dallakyan hesab edir ki, Astanada Suriya danışıqları Dağlıq Qarabağ üçün yeni presedent yaratdı.

“Mümkündür ki, ATƏT-in Minsk qrupu arxa plana keçirilsin və Rusiyanın vasitəçiliyi ilə Qarabağ üçün Astana görüşü təşkil edilsin. Bu, həm də Moskva, Ankara və Tehranın regionda İsrailin aktivləşməsinə, ümumilikdə Qərbə qarşı yeni koalisiya qurmasından irəli gələn məsələdir. Məqsəd təkcə münaqişənin həlli yox, həm də ittifaqı möhkəmləndirmək ola bilər. Moskva status-kvonu nəzarətdə saxlamaq üçün də bu formatda danışıqların aparılmasında maraqlıdır. Rusiya türklərə münaqişənin həllində yaxından iştirak etməyə imkan verəcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz qardaşına – Azərbaycana sevə-sevə kömək edəcək. Ən çətin vəziyyətdə olan İran yeni koalisiyanın möhkəmliyi üçün buna gedəcək”, - deyə erməni şərhçi vurğulayıb.

Dallakyan qeyd edib ki, Ermənistan münaqişənin həllində Türkiyənin vasitəçiliyini həmişə rədd edib: “Lakin bu dəfə buna nail olması çətin görünür. Türk həmrəyliyi münaqişənin həllinə start verə bilər və burada Bakının mövqeyinin güclü olacağı da aydın məsələdir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm