Bakı Qarabağda separatçı “ovuna” başladı: MÜHARİBƏ HAZIRLIĞI
Bizi izləyin

Nida Təhlil

Bakı Qarabağda separatçı “ovuna” başladı: MÜHARİBƏ HAZIRLIĞI

Müharibə hazırlığı başladı

Ukrayna Donetskdə separatçılara qarşı yeni müharibəyə hazırlaşır.

Publika.az
xəbər verir ki, mütəmadi olaraq baş verən qarşıdurmanın hər an qızğın mərhələyə keçəcəyi gözləniləndir.

Müharibə gözləntisi fonunda Ukraynanın Azərbaycandan silah almaq istəyi də diqqət çəkir.


Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bildirib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr olacaq.

“Hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası tezliklə keçiriləcək. Bakıya böyük nümayəndə heyəti gələcək. Hərbi-texniki sferada Azərbaycanla dərin əməkdaşlıq etmək niyyətindəyik”, - deyə səfir qeyd edib.

Səfirin açıqlamasında diqqətçəkən digər məqam Ukraynanın 1990-cı illərdə I Qarabağ müharibəsində Azərbaycana hərbi yardım etdiyinin xatırlanması idi.


I Qarabağ müharibəsində Azərbaycan çətin vəziyyətdə idi və həqiqətən o zaman Ukrayna hərbi dəstək vermişdi. İki ölkə arasında hərbi əməkdaşlıq sonrakı dövrdə daha da gücləndi. Xüsusilə güclü ordu qurmaq istiqamətində addımlayan Azərbaycan Ukraynadan silah-sursat aldı. Ukrayna mənbələrinə görə, bu ölkə Azərbaycana 48 ədəd T-72 tankı, 32 zirehli avtomobil, RSZO “Qasırğa” sistemləri və çox sayda zirehli texnika satıb. Azərbaycan Ukraynadan həmçinin, 16 ədəd An-29, 12 ədəd Mi-24 vertolyotu da alıb. Məlumatlara görə, 2003-2008-ci illər ərzində Azərbaycan Ukraynadan ümumilikdə 364 milyon dollarlıq silah alıb. Bu əməkdaşlıq 2008-ci ildən sonra da davam edib.


Prezident Pyotr Poroşenko Azərbaycana sonuncu səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə Ukraynanın An-178 hərbi-nəqliyyat təyyarəsinin Azərbaycan ərazisində birgə istehsalı ilə bağlı təklif irəli sürdü. Bütün bunlar ərazi bütövlüyü pozulmuş hər iki ölkənin hərbi qüdrətinin artırılması üçün vacib məqamlardır. Lakin Kiyevin müharibəyə hazırlaşdığı vaxtda Bakıdan silah istəməsi bir tərəfdən Azərbaycanın müdafiə sənayesinin güclənməsini aydın şəkildə göstərir, digər tərəfdən, Avropanın ən güclü ordularından olan Ukrayna ordusunun vəziyyətinə dair suallar yaradır.


Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, keçən müddət ərzində Ukrayna ordusu öz gücünü tükəndirib, Azərbaycan isə hərbi-sənaye kompleksini ardıcıl olaraq gücləndirib: “Beynəlxalq müdafiə sənayesinin (ADEX-2014) Bakıda keçirilən birinci sərgisində Azərbaycan 900 adda hərbi məhsulunu nümayiş etdirdi. Bura atıcı silahlar, döyüş sursatları Aerostar və orbiter 2M (İsrail lisenziyası üzrə) pilotsuz uçan aparatlar, müasirləşdirilmiş zirehli avtomobil, BRDM, BRDM-2 tırtıllı kəşfiyyat-gözətçi maşınları, “Paramount Group” (CAR) şirkətinin texnologiyası üzrə istehsal edilmiş Matador zirehli avtomobil pulemyotları və avtomat qumbaraatanla təchiz edilmiş “Gurza” zirehli patrul avtomobilləri kimi texnikalar daxil idi. 2014-cü ildən keçən dövr ərzində Azərbaycan silah istehsalını daha da inkişaf etdirib. Kiyev bu silahlarla tanışdır və müharibəyə hazırlaşdığı dövrdə ona lazım ola biləcəyini düşünür. Lakin ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirməsə, müharibə təxirə salına bilər. İndi gözləmək lazımdır. Digər tərəfdən, Rusiya Donetsk və Luqanskdakı qüvvələrə hərbi yardım etdiyini gizlətmir. Ukraynanın silah üçün Azərbaycana ödəməyə pulunun olacağı da hələlik sual altındadır. Çünki bu ölkənin iqtisadiyyatında ciddi problemlər var”.

O da qeyd olunmalıdır ki, Bakı və Kiyev separatçılara qarşı mübarizədə birgə hərəkət etmək niyyətindədir.

A.Mişenkonun sözlərinə görə, Azərbaycan və Ukrayna Donetskdən və Dağlıq Qarabağdan gələn mallara qadağa qoyulması ilə bağlı razılaşıb.


“Hər iki ölkənin işğal olunmuş ərazilərində istehsal edilən məhsulların satışı qadağan edilib. Yəni Kiyevin icazəsi olmadan Donetskdən gələn hər hansı məhsul Azərbaycana buraxılmayacaq, Qarabağda istehsal edilən məhsulların da Bakının icazəsi olmadan Ukraynaya girişi qadağan ediləcək”, - deyə səfir bildirib.

Bu, faktiki olaraq, iki ölkənin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşı, Qarabağda və Donetskdəki separatçılara birgə zərbə vurmaq gedişi hesab oluna bilər. Bakı indiyə qədər Ermənistanın, o cümlədən, İrəvanın Dağlıq Qarabağda yaratdığı separatçı rejimin təcrid olunması siyasətini izləyir. Kiyevlə anlaşma isə Ermənistana ciddi zərbədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm