Nida Təhlil
Qarabağda genişmiqyaslı müharibə: Ermənistanı çalxalayan GÖRÜNTÜLƏR
![](https://publika.az/storage/2017/02/09/muh.jpg?v1722039643)
Bloger Aleksandr Lapşinin Bakıya ekstradisiyasının ardınca cəbhdə erməni diversiya qrupunun məhv edilməsi Ermənistanın məğlubiyyət qorxusunu gücləndirib.
Publika.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qrupunun məhv edilməsinin görüntülərini yayıb. Bu görüntülər Ermənistanı sözün əsil mənasında çalxalayıb. Bu görüntülərə istinadən edən Ermənistan mediası isə “müharibə başlayır” deyə həyəcanlı xəbərlər yayıblar.
“Lragir” saytı yazır ki, Dağlıq Qarabağda vəziyyət kifayət qədər
kəskindir.
Sayt çoxsaylı erməni əsgərinin məhv edildiyi haqda xəbərlərin
yayıldığını yazıb və qeyd edib ki, bu, dəqiqləşməsə belə, konkret
təkzib də olunmur.
Saytın müəllifi Naira Ayrumyan yazır ki, Bakı Qarabağda
status-kvonu dəyişdirmək istiqamətində ciddi addımlara strat
verib.
“Qarabağda genişmiqyaslı müharibənin olması ehtimalı yüksəkdir. Bu
ehtimal İrəvanda politoloqlarla yanaşı, rəsmi dairləri də də
həyəcanlandırır”, - deyə o qeyd edir.
Erməni politoloq Tiqran Abramyan Ermənistan rəhbərliyini cəbhədə
hərəkətə keçməyə çağrıb.
Ermənistan mediası həmçinin, “Karnegi” fondunun eksperti Tomas de
Vallın bu yaxınlarda verdiyi proqnozu xatırladır.
“Dağlıq Qarabağda 2017-ci ildə müharibənin başlaması riski
böyükdür”, - deyə Vall bildirmişdi.
“Lragir”in məlumatına görə, İrəvanda siyasi dairələr rəqibin
strateji obyektlərinə zərbə endirilməsinin vacibliyi haqda
danışırlar: “Lakin bu, heç də asan məsələ deyil. Hakimiyyət nə
qədər təbliğat aparsa da, Azərbaycanın hərbi potensialının güclü
olduğu faktdır. Müharibə bizim üçün heç də yaxşı nəticələr
doğurmaya bilər”.
Asif
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO