• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

İrəvanda seçki bitdi, Qarabağ münaqişəsinin həlli üçün... - ABŞ kəşfiyyatı Putinin PLANINI AÇDI

İrəvanda seçki bitdi, Qarabağ münaqişəsinin həlli üçün... - ABŞ kəşfiyyatı Putinin PLANINI AÇDI

“Ermənistanda keçirilən parlament seçkilərindən sonra ölkədə siyasi sarsıntılar gözləniləndir”.

Publika.az
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin hazırladığı məqalədə deyilir.

Mərkəz yazır ki, bu parlament seçkiləri təkcə Ermənistan üçün yox, Rusiya üçün də əhəmiyyətlidir: “Seçkidən sonra kimin qələbə qazanacağının Moskva üçün o qədər də əhəmiyyəti yoxdur, çünki ruslar bütün tərəflərlə işləyir. Buna görə də seçkidən sonra parlament üsul-idarəsinə keçən Ermənistanda xarici siyasət kursu dəyişməyəcək.

Lakin nəticələr Rusiya üçün ikiqat qələbənin olacağını göstərir. Çünki hakim partiyanın qələbəsi baş nazir Karen Karapetyanın mövqelərinin güclənməsi deməkdir. Hazırda Karapetyan Sarkisyan hakimiyyətində ən nüfuzlu şəxs hesab oluna bilər. Onun sadə ermənilər üzərində də təsir imkanları genişlənir. Karapetyanın Rusiya ilə birbaşa əlaqələri var. Kreml ümid edir ki, İrəvanda gələcək rejim onun Azərbaycana silah satmasına, həmçinin, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyə görə susacaq.

Eyni zamanda, Moskva İrəvanda təsir dairəsini gücləndirmək üçün Sarkisyanın aparatında müxtəlif gücləri ələ alır. İnformasiyalar var ki, xarici işlər naziri Edvard Nalbandyan Rusiya ilə ailə əlaqələrinə malikdir. Lakin Moskva üçün yeni müdafiə naziri Viqen Sarkisyan əlverişli görünmür. Çünki o, Dağlıq Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edir və Kremlin Ermənistan daxilindəki hansısa adamının danışıqlara rəhbərlik etməsinə imkan verməyi düşünmür”.

“Stratfor” yayılmış məlumatlara istinadən qeyd edir ki, Ermənistanın Müdafiə Nazirliyi Xarici İşlər Nazirliyinin bəzi ənənəvi funksiyalarını öz üzərinə götürüb.

“Seçkidən sonra da Rusiya Ermənistan siyasətinə təsir strategiyasını davam etdirəcək. Sarkisyanın Dağlıq Qarabağla bağlı onun çağırışına qarşı çıxmasından dərs çıxaran Kreml Ermənistan siyasətinin bütün tərəflərində müttəfiqlərinin olmasının əhəmiyyətini anlayır. Rusiya bununla ehtiyac olduğu halda Ermənistan liderlərinə təzyiq göstərəcək”, - deyə mərkəzin məqaləsində vurğulanır.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR