Aprelin 5-dək QARABAĞDA, 7 saat əvvəl Putinə MESAJ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Aprelin 5-dək QARABAĞDA, 7 saat əvvəl Putinə MESAJ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Partlayışla digər iki hadisənin üst-üstə düşməsi diqqətdən qaçmayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycanda rəsmi səfərə gəlib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ konfliktinin həll üzrə danışıqlarda razılaşdırılmayan, amma mürəkkəb məsələlərin qaldığını bildirib. Ermənistanın Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən parlament seçkilərinin nəticələrini açıqlayıb. ATƏT-in Demorkatik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistandakı seçkilərin nəticələrini tanımayıb. Bu gün Sankt-Peterburq şəhərinin metrosunda terror aktı törədilib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycanda rəsmi səfərə gəlib. Nazarbayevin Bakı səfəri böyük əhəmiyyətə malikdir. Xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında əsas söz sahiblərindən olan Astananın Ermənistanın qarşısında qaya kimi dayanması, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini sonuna kimi dəstəkləməsi fonunda bu səfər diqqət çəkir. Son iki ildə Bakı Qarabağ məsələsində Astananın dəstəyini açıq şəkildə hiss edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şərəfinə rəsmi qəbul təşkil olunub. Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Dağlıq Qarabağ konfliktinin həll prosesinin aktiv iştirakçısıdır. Bunu “Novoye Vremya” nəşrinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“Əksər məsələlərdə razılıq əldə etmək mümkün olub. Bir neçə, amma daha mürəkkəb məsələ qalıb. Lakin aydındır ki, işə yekun vurulması, ilk növbədə, ölkələrin öz siyasi iradəsindən və onların kompromis qərarlara getməyə hazır olmasından asılıdır", – deyə o bildirib.

Rusiyalı politoloq Oleq Kuznetsov iddia edib ki, aprelin üçü axşam Dağlıq Qarabağda müharibə başlaya bilər. Onun sözlərinə görə, Serj Sarkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı hücum hazırlığı ilə bağlı əmr verib.

“Sarkisyan Qarabağda Azərbaycanı hədələyən fikirlər səsləndirdi. Əslində o, bu fikirləri seçkiqabağı təbliğat formasında səsləndirməklə, səfərin əsil məqsədini gizlətdi. Aprelin 3-dən 5-dək Azərbaycan Ordusu döyüşə hazır olmalıdır”, - deyə o bildirib.

Ermənistanın Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən parlament seçkilərinin nəticələrini açıqlayıb. Hakim Respublika Partiyası seçicilərin 49,21 faizinin səsini alıb.

“Sarukyan” bloku – 27,33 faiz
“Çıxış” bloku – 7,75 faiz
Daşnaksütyun partiyası – 6,59 faiz
“Erməni dirçəliş” partiyası – 3,75 faiz
“Ohanyan-Raffi-Oskanyan” bloku – 2,08 faiz
“Erməni Milli Konqresi” – 1,63 faiz
“Azad demokratlar” partiyası – 0,94 faiz
Ermənistan Kommunist Partiyası – 0,75 faiz.

Qeyd edək ki, Ermənistanda dünən keçirilən parlament seçkiləri total saxtakarlıqla müşahidə olunub.

“Heç kim şübhələnmirdi ki, Ermənistanda parlament seçkilərinin seçkiqabağı texnologiyalarından biri rüşvət olacaq. Cəmiyyətin ağır ictimai durumunu nəzərə alsaq, bu texnologiya kifayət qədər effektiv oldu”. Bu barədə erməni siyasi şərhçi Musa Mikaelyan Ermənistanda dünən keçirilən parlament seçkilərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, seçkilər Ermənistan üçün kütləvi biabırçılıqla nəticələndi.

“Seçkilər və onun nəticələri biabırçılıqdır. Lakin bunun əksini kimsə gözləyirdimi? Doğrudanmı, kimsə hesab edirdi ki, Sarkisyan və Respublika Partiyası seçkiləri saxtalaşdırmayacaq? Ermənistanda “ənənəvi” seçki baş tutdu və bunun qarşısını yalnız qeyri-ənənəvi strategiya ilə almaq mümkün idi. Lakin müxalifət “ənənəvi” ardıcıllığa kömək etdi. 2 aprel Ermənistan üçün kütləvi biabırçılıq günü olaraq tarixə keçdi”, - deyə o bildirib.

Ermənistan Baş prokurorluğu parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları barədə 2000-ə yaxın məlumatla tanış olub. İdarənin mətbuat xidməti bildirib ki, qanun pozuntularından təxminən 392-də cinayət əlamətləri var.

ATƏT-in Demorkatik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ermənistandakı parlament seçkilərini izləyən müşahidə missiyasının koordinatoru İqnasio Sançes Amor deyib ki, seçicilərin ələ alınması seçkinin nəticələrinə ciddi təsir göstərib.

Onun sözlərinə görə, seçkilərdə vətəndaşlara təzyiq göstərilib, həmçinin, müəssisələr öz işçilərinin səsini ələ alıb.

“Təzyiqlər haqda etibarlı məlumatlar var. Seçki günü sakit keçdi, lakin müdaxilələrin olması problemi yaşandı. Partiya nümayəndələri və polislər seçicilərə müdaxilə edirdi. İnsanlar seçki pozuntuları haqda danışmırlar, çünki hüquq-mühafizə orqanlarından çəkinirlər”, - deyə o bildirib.

Bu gün Sankt-Peterburq şəhərinin metrosunda partlayış törədilib. Hadisə “Texnoloji institut” və "Sennaya ploşad" stansiyaları arasında baş verib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, terror, məişət və kriminal da daxil olmaqla bütün versiyalara baxılır. Daha sonra isə Rusiya Baş Prokurorluğu hadisəni terror aktı adlandırıb. Şəhər qubernatoru Georgi Poltavçenko hadisə nəticəsində 10 nəfərin həlak olduğunu, təxminən 20 nəfərin yaralandığını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sankt-Peterburq şəhərinin metrosunda baş verən partlayışla digər iki hadisənin üst-üstə düşməsi diqqətdən qaçmayıb. Bu gün Vladimir Putin Sankt-Peterburda olub. O, hadisənin baş verdiyi dəqiqələrdə Belarus prezidenti Aleksandr Lukaşenkonu qəbul edib.

Lukaşenko peterburqluları möhkəm olmağa səsləyib.

“Bizə heç kim rahat yaşamağa imkan verməyəcək. Ona görə də biz hər şeyə hazır olmalıyıq. Dünyada böyük sayda çağırışlar var və biz dünyadan təcrid olunmuş vəziyyətdə yaşamırıq”, – deyə o bildirib.

Digər bir hadisə isə Moldova ilə Putinin “Yeni SSRİ”si adlandırılan Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasıdır. Memorandum Moldova prezidenti İqor Dodon və Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyan tərəfindən imzalanıb.

Rusiyameyli hesab olunan İqor Dodon prezident seçildikdən sonra ilk səfərini Moskvaya edib. O, Putinlə görüşdə Avrasiya İqtisadi İttifaqına üzv olmaq niyyətini açıqlayıb.

Kiyev sakini Sankt-Peterburq metrosunda baş verən terror aktı barədə 7 saat əvvəl xəbər verib. Yekaterina Rubanova Instagram səhifəsində yazdığı mesajında bu gün terror aktının verəcəyini deyib.

“Çoxdandır terror aktları baş vermir. Bu gün olacaq. Gözləyin”, - o yazıb.

Kiyev mərkəzi mesajın göndərildiyi yer hesab olunur.

Polşa baş prokurorluğu Smolenskdə Tu-154M təyyarəsinin qəzaya uğramasına görə Rusiya dispetçerləri və “üçüncü şəxs”in ünvanına ittihamlar səsləndirib. İttihamları Varşavada Polşanın baş prokurorunun müavini Marek Poşenek mətbuat konfransında irəli sürüb.

“İstintaqın gedişatında əldə edilən sübutlar prokurorlara aviadispetçerlər barəsində yeni ittihamları irəli sürməyə imkan verir. Həmçinin uçuşları idarə edilməsi məntəqəsində olan üçüncü şəxs qəzanı qəsdən provokasiya edib. Bu, çox sayda insanın həlak olmasına gətirib çıxarıb”, - Marek Poşenek deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Rusiya üzrə xüsusi bölməni yaratmağı planlaşdırır. “Financial Times” nəşri bildirib ki, xüsusi bölmə ABŞ-da ötən il keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi haqqında araşdırmanın koordinasiyası ilə məşğul olacaq. Bölməyə bütün ölkədən çağırılmış 20 agent daxil ediləcək.

Nəşrin məlumatına görə, FTB-nin müstəntiqləri həmçinin cinayət işinin qaldırılması imkanını qiymətləndirəcəklər. Ancaq çoxları hesab edirlər ki, Rusiyanın seçkilərə müdaxiləsi haqqında sübutlar əldə etmək çətin olduğundan belə bir perspektiv mümkünsüz görünür.

Qeyd edək ki, Amerika xüsusi xidmət orqanları Moskvanı ABŞ-dakı seçkilərə müdaxilə cəhdində ittiham edirlər. Moskva isə ittihamları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm