Rusiyanın işğal edəcəyi ÖLKƏLƏR, böyük müharibəyə qalan 5 GÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Rusiyanın işğal edəcəyi ÖLKƏLƏR, böyük müharibəyə qalan 5 GÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Ordusunun hərbi təlimləri Ermənistanda ciddi qorxuya səbəb olub. İrəvanın Şuşanı qondarma DQR rejiminin “paytaxtı” etmək istədiyi barədə xəbərlər yayılıb. ABŞ Ermənistanda parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi prosesinə başlayıb. Türkiyə ilk dəfə uzaqmənzilli raket sınağı həyata keçirib. ABŞ PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə veriləcək ağır silahlarla əlaqədar Türkiyəyə təhlükəsizlik zəmanətləri verib. ABŞ Şimali Koreyaya qarşı sonuncu kartını işə salır.

Azərbaycan Ordusunun hərbi təlimləri Ermənistanda ciddi qorxuya səbəb olub. Təlim çərçivəsində ordumuzun tankları, zirehli texnikası cəbhənin Talış istiqamətinə doğru hərəkət ediblər.

Ermənistanın mediası 10-11 may tarixlərində cəbhənin şimal istiqamətində Azərbaycan tanklarının hərəkətliliyinin müşahidə edildiyini yazıb.

“Lragir” saytının məlumatına görə, mayın 10-da saat 13:30 radələrində tanklar Talış istiqamətinə doğru hərəkət edib. Saat 14:55-də isə əvvəlki vəziyyətinə qayıdıb. Sayt mayın 11-nə keçən gecə də cəbhədə hərəkətliliyin olduğunu qeyd edib.

Xatrladaq ki, Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirir.

Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma DQR rejimi yaradan Ermənistan Şuşanı bu rejimin “paytaxtı” etmək istəyir. Bu barədə ermənipərəst “Regnum” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb. Mənbə deyib ki, qondarma rejimin “paytaxtı”nın Xankəndindən Şuşaya köçürülməsi prosesi başlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan almalarının idxalına görə Ermənistanda 4 nəfər həbs edilib. Bu barədə Ermənistanın baş prokurorluğu və xüsusi istintaq idarəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan almalarının Ermənistana İrəvan sakinləri A.E və A.F, həmçinin, Tavuş rayonunun sakinləri A.X və Q.T aparıb. Onlar Baqrateşen gömrüyünün əməkdaşlarının səhlənkarlığı nəticəsində məhsulu Ermənistana keçirə biliblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Ermənistanda parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi prosesinə başlayıb. Parlament seçkilərini saxtalaşdırmaqda şübhəli bilinən hakim Respublika Partiyasının bir sıra üzvünün ABŞ hökumətinin maliyyələşdirdiyi layihələrdə iştirakına qadağa qoyulacaq.

“Jamanak” qəzeti öz mənbələrinə istinadən yazır ki, sanksiyalar tətbiq ediləcək şəxslərin adı “qara siyahı”ya salınacaq və onların ABŞ-a girişi qadağan olunacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın Rakka əməliyyatı üçün PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə ağır silah və sursatların çatdırılması barədə qərarı Ankarada şok effekti yaratdı. Hazırda Türkiyənin atacağı addımları maraqla gözlənilir.

Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytının yazarları Mehmet Acet və Taha Dağlı Türkiyənin ata biləcəyi addımlarla bağlı fikirlərini irəli sürüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 16-da amerikalı həmkarı Donald Trampla görüşünə diqqət çəkən Acet qeyd edir ki, bir nəticə əldə olunmasa, Türkiyə YPG-ye qarşı yalnız havadan deyil, qurudan da hərəkətə keçə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın Şərqdə Türkiyəsiz qərar verilə bilməz. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Türkiyə üzərində oyunlar oynanılan ölkədir. Lazım gəldiyində tədbirlər görəcəyik. Qabaqlayıcı tədbirlər görməsək, sıxıntı yaşayacağıq. PYD-YPG-ni düşünün. NATO-da bərabər olduğumuz ölkələr bunlarla işbirliyi edirlər. Bu qəbuledilməzdir. NATO-da sizinlə bərabər olanlar bizik, terror təşkilatları yox.

Yaxın Şərqdə Türkiyəsiz qərar verilməməlidir. Türkiyənin fikrini almadan qərar verənlər bunun qarşılığını çox ağır ödəyirlər. Onlar həm iqtisadi, həm də insan itkisi verirlər”, – deyə o bildirib.

ABŞ PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə veriləcək ağır silahlarla əlaqədar Türkiyəyə təhlükəsizlik zəmanətləri verib. “New York Times” nəşrinin yazdığına görə, təhlükəsizlik zəmanətləri ABŞ-a gedən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və prezident administrasiyasının sözcüsü İbrahim Kalından ibarət türk nümayəndə heyətinə verilib.

ABŞ-ın Türkiyəyə verdiyi zəmanətlər aşağıdakılardır:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp PYD-yə (PKK terror təşkilatının Suriya qolu - red.) ağır silahların verilməsi barədə qərarı mayın 9-da təsdiqləsə də, Vaşinqtonun hiyləgər planı daha əvvəl icra etməyə başladığı ortaya çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə ilk dəfə uzaqmənzilli raket sınağı həyata keçirib. Bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. O, ilk uzaqmənzilli Bora raketini Sinop bölgəsində uğurla sınaqdan keçirdiklərini açıqlayıb. 610 millimetr çaplı “Bora” raketi yüksək texnologiya əsasında hazırlanıb.

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt mahalının Tendürek dağı bölgəsində təhlükəsizlik gücləri ilə PKK terrorçuları arasında şiddətli döyüş baş verib. Əməliyyatda 2 əsgər şəhid olub, 11-i yaralanıb, 5 terrorçu öldürülüb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə görüşüb. Bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində dərc edilmiş bəyanatda deyilir.

Görüşdə Klimkindən başqa, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy və ABŞ-ın vitse-prezidenti Maykl Pens iştirak edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Fox News” telekanalı Federal Təhqiqatlar Bürosunun (FTB) başçısı postuna iddiaçıların adlarını açıqlayıb. Kanal iddiaçıların adlarını özünün Tvitter səhifəsində yerləşdirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa İttifaqı Şurası Ukraynaya vizasız rejimi təsdiq edib. Vizasız rejim Şengen zonasında azad hərəkəti nəzərdə tutur. Şengen zonasına Avropa İttifaqının 22 ölkəsi, Avropa İttifaqına 4 üzv olmayan (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə) və Şengenə 4 namizəd ölkə (Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya) daxildir.

Viza 180 gün ərzində 90 gündən çox olmayan müddət üçün verilir.

ABŞ Şimali Koreyaya qarşı sonuncu kartını işə salır. ABŞ “Koreya Xidməti Mərkəzi” yaradır.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) məlumatına görə, bu mərkəz Şimali Koreya təhlükəsinə qarşı istifadə ediləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya “Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır. Bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Təlimlərdə Kalininqrad dəhlizinin yaradılmasının təqlid edilməsi nəzərdə tutulur. Bu, reallıqda Litva və Polşaya qarşı təcavüzsüz ötüşmək mümkün deyil”, - o deyib.

Qeyd edək ki, bu “Qərb-2017” təlimləri ilə bağlı ilk analoji bəyanat deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Lavrovla Trampın görüşündən sonra prezident Vladimir Putinin 2014-cü ildə Krımı anneksiya etməsi ilə başlayan “soyuq müharibə” başa çatır. Bu sözləri Feysbuk səhifəsində rusiyalı ekspert Andrey Zubov paylaşıb.

“Budəfəki müharibə də birinci kimi Putinin “Rusiya Federasiyası adı ilə saxladığı” SSRİ-nin bu hissəsinin tam məğlubiyyəti ilə başa çatır. Ağ Evin danışıqların nəticələri haqqında bəyanatı, diplomatik dili oxumağı bilənlərə başqa bir şeyi düşünməyə imkan vermir. Prezident Tramp cənab Putinə kapitulyasiya şərtlərini diktə edir, cənab Lavrov danışıqların konstruktiv və praqmatik keçməsini alqışlayır. Danışıqların yaxşı keçdiyini Trampın özü də söyləyib”.

Ekspertin sözlərinə görə, Moskvaya təqdim olunan kapitulyasiya bəndləri iki cəbhəyə - Suriya və Ukraynaya aiddir:

“Suriyadakı aviabazaya zərbə və Şimali Koreyaya qarşı sərt tonla çıxış etməklə prezident Tramp Rusiyaya aydın şəkildə göstərdi ki, dünyada yalnız bir qlobal güc var. Sanksiyaların sosial nəticələrindən qorxan Kreml “ikinci dərəcəli qlobal güc” rolunu oynamaqdan imtina edir. Görünür, o, Trampın şərtləri ilə razılaşıb”.

Zubov bildirib ki, Trampa Amerika xalqına Putini yalnız onun dayandıra biləcəyini göstərmək vacib lazımdır:

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm