Nida Təhlil
Kremlin İrəvana 100 milyonluq silah verməsinin SİRLƏRİ

Rusiya Ermənistana 100 milyon dollarlıq silah krediti
verir. Bunun sadəcə kağız üzərində kredit olduğu şübhəsizdir, çünki
silahlar işğalçı ölkəyə ödənişsiz verilir. Rəsmi sənəddə göstərilən
10 faiz ilkin ödəniş isə formal xarakter daşıyır. Milli Məclisin
beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvü Rasim Musabəyov da hesab edir ki, “Ermənistana müasir
silahların çatdırılması kredit kimi rəsmiləşir, hətta əvvəlcədən 10
faiz ödəniş də edilir. Lakin bu silahlar ödənişsiz verilir. Artıq
Rusiya Ermənistanı əsrin 1/4 hissəsidir ki, pulsuz
silahlandırır”.
Musabəyovun fikrincə, Rusiya bunu Ermənistanın Qarabağ
danışıqlarında inadkar davranmağa ürəkləndirmək məqsədilə edir.
“Çünki Dağlıq Qarabağ münaqişəsi Moskvanın dalanından çıxdı və
müzakirə məkanı kimi Cenevrə seçildi”, - deyə o, oktyabrın 16-da
keçiriləcək prezidentlərin görüşünə işarə vurub.
Publika.az xəbər verir ki, bu ehtimal mümkündür,
lakin Rusiyanın indiki məqamda Ermənistana 100 milyon dollarlıq
silah krediti verməsinin arxasında başqa səbəblərin olması
versiyası da mövcuddur.
Sarkisyanın şantajı: Ermənistan parlamentində
müxalifət fraksiyası olan “Yelk” bloku ölkənin Avrasiya İqtisadi
İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından
çıxması ilə bağlı təkliflər paketi hazırladı. Bu məsələ parlamentdə
qəbul olunmasa da, ciddi müzakirələrə səbəb oldu və müzakirələrin
hələ də davam etdiyi müşahidə olunur. “Yelk” müxalifət blokudur və
hesab etmək olar ki, qərbyönümlü siyasi qüvvələr Rusiya buxovundan
xilas olmağın yollarını axtarır. Lakin Moskva hesab edir ki, “Yelk”
bloku Serj Sarkisyan hakimiyyətinin gizli layihəsidir. Təklif də
əslində Baqramyan 26-da (Ermənistan Prezident Administrasiyasının
ünvanı) hazırlanıb. Sarkisyan bu təklifi “Yelk”in adından irəli
sürməklə həm özünü hədəfdən yayındırır, həm də Moskvanı şantaj
edir. Bu prosesin nəticəsində Ermənistan “Putin ittifaqlarından”
çıxmadı, lakin cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi gündəmə
gətirildi. Rusiyanın indiki məqamda Ermənistana 100 milyon
dollarlıq silah krediti ayırması Sarkisyanın şantajının işə
yaradığını göstərir.
Çərçivə Sazişi: Lakin Moskvanın ayırdığı
“kredit”in arxasında Sarkisayanın oyunundan daha çox, Avropa
İttifaqının Ermənistanı ələ keçirməsi gözləntilərinin dayandığını
deyə bilərik. Noyabr ayında Avropa İttifaqı ilə Ermənistan arasında
Çərçivə Sazişinin imzalanması gözlənilir. İttifaq dünən 357
səhifəlik yeni sazişi dərc etdi. 2013-cü ildə Ermənistanın son anda
Brüsselə “atdığını” nəzərə alsaq, bu dəfə də analoji halın
yaşanacağı gözləntisi böyükdür. Çünki “Putin ittifaq”ında təmsil
olunmaqla hakimiyyətini qoruyan Sarkisyan bu riskə getməz. Amma
Ermənistan prezidentinin avropalı qonaqları İrəvanda qarşıladığı da
müşahidə olunur. Sarkisyan bununla Moskvaya mesaj verir, həmçinin,
özünün “Ermənistanda ruslar üçün alternativsiz” olduğunu sübut
etməyə çalışır. Çünki 2018-ci ilin aprelində prezident postunu
təhvil verəcək Sarkisyan Təhlükəsizlik Şurasının katibi olaraq ölkə
üzərində nəzarəti saxlamaq niyyətindədir. Bunun üçün də ilk növbədə
Moskvanın dəstəyi lazımdır. Sarkisyanın “blef” etdiyini güman ki,
Rusiya da anlayır, amma Moskvaya indiki məqamda Ermənistana “kötək”
yox, “kökə” göstərmək sərfəlidir. 100 milyon dollarlıq silah
kreditini də məhz “rus kökəsi” adlandırmaq olar.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bu ehtimallar 2015-ci ilin 22 iyulunda İrəvanda baş verən
“elektromaydan” aksiyasının təcrübəsi fonunda da inandırıcıdır.
Həmin vaxt Sarkisyan “elektromaydan” təşkil edərək, ruslardan 200
milyon dollar silah krediti qopartmağı bacarmışdı.
Asif Nərimanlı

-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq