​​​​​​​ABŞ kəşfiyyatının QARABAĞ PLANI, müharibəyə aparacaq ÜÇ FAKTOR... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

​​​​​​​ABŞ kəşfiyyatının QARABAĞ PLANI, müharibəyə aparacaq ÜÇ FAKTOR... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi birləşmələri hazır vəziyyətə gətirilib. Ermənistanda vəziyyət gərgin olaraq qalır. Ermənistanın hakim Respublika Partiyası parlamentdə baş nazir seçkilərində müxalifət lideri Nikol Paşinyanın namizədliyə qarşı səs verib. Suriyada Bəşər Əsədə sadiq hərbçilər və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi hərbi baza raket atəşinə tutulub. Ukrayna prezidenti Donbasda terrorçuluğa qarşı əməliyyatın dayandırılması haqqında qərar verib və ərazidə birləşmiş güclərin əməliyyatına keçidi elan edib. ABŞ prezidenti Donald Trampla KXDR-in lideri Kim Çen Inın görüşünün yeri və vaxtı məlum olub. İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına dair yeni kəşfiyyat məlumatları açıqlaması gündəmdə bomba effekti yaratdı. Knesset baş nazir Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə verən qanunu təsdiqləyib. ABŞ-ın Nyu-York məhkəməsi İranın 11 sentyabr 2011-ci il terror aktının qurbanlarının qohumlarına milyardlarla dollar ödəməsi barədə qərar çıxarıb.

Azərbaycan, Dağlıq Qarabağ

Ötən həftə ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mayk Pompeonu dövlət katibi postuna təsdiq edib. Pompeo ABŞ-ın xarici siyasətindən məsul şəxs kimi ilk açıqlamalarında İranı və Rusiyanı hədəfə aldı. M.Pompeo Brüsseldə NATO ölkələrinin XİN rəhbərləri ilə görüşdə “Moskva Minsk razılaşmaları (Ukrayna böhranı ilə bağlı - red.) üzrə öz öhdəliklərini yerinə yetirmədiyi müddətdə, Şimal Alyansı Rusiya ilə münasibətlər qurmağa hazırlaşmır” deyə bildirdi.

Rusiya Elmlər Akademiyasının təhlükəsizlik problemlərinin tədqiqatı Mərkəzinin eksperti Konstantin Bloxin Pompeonun bu açıqlamasının ciddi siqnallardan xəbər verdiyini deyib.

Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə Rusiyaya qarşı yeni fiziki addımlar ata bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ münaqişəsində vəziyyət artıq dəyişdi. Hətta Ermənistanın baş naziri Paşinyan yox, bir başqası olsa belə, bundan sonra yeni hökumət üçün güzəştə getmək daha çətindir. Bu isə münaqişə zonasında müharibə riskini artırır”. Bu barədə erməni politoloq Riçard Kirakosyan deyib.

Erməni politoloq bundan sonra münaqişədə Ermənistanın vəziyyətinin daha çətin olacağını qeyd edib.

“Azərbaycanın əraziləri qaytarmaq üçün hərbi varianta əl atması ehtimalı güclənir. Birincisi, güzəştlər olmayacaqsa, Azərbaycan məsələnin uzanmasına imkan verməyəcək. İkincisi, Ermənistanda qeyri-stabil vəziyyət Bakının əlini gücləndirir. Üçüncüsü, “aprel müharibəsi”ndən iki il keçməsinə baxmayaraq, münaqişənin danışıqlar yolu ilə həllində irəliləyişlər yoxdur. Bu üç faktor Azərbaycanın hərəkətə keçməsinə zəmin yaradır”, - deyə o bildirib.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi birləşmələri hazır vəziyyətə gətirilib. İşğal olunmuş torpaqlarda yaradılan qondarma DQR-in “prezidenti” Bako Saakyan separatçı rejimin “müdafiə nazirliyi”ndə müşavirə keçirib.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezidenti” Bako Saakyan və “müdafiə naziri” Levon Mnasakyan təmas xəttindəki postlara gəlib. Qondarma rejimin “rəhbərliyi” müdafiə xəttinin gücləndirilməsi tapşırığını verib.

Beynəlxalq Böhran Qrupu Ermənistanda daxili vəziyyəti qiymətləndirərək, Dağlıq Qarabağda eskalasiyanın baş verməsi ehtimalını irəli sürüb. Qrupun Avropa və Mərkəzi Asiya proqramlarının direktoru Maqdalena Qronu üç təhlükəli ssenarini irəli sürüb.

BİRİNCİ SSENARİ: Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən erməni hərbi birləşmələri İrəvanın siyasi rəhbərliyi və qondarma rejimin hərbi komandirlərinin təşəbbüsü ilə Azərbaycan Ordusuna hücum edə bilər.

İKİNCİ SSENARİ: Azərbaycan tərəfi Ermənistanda yaranmış siyasi vəziyyətdən istifadə edərək, ərazilərin azad olunması üçün hərəkətə keçə bilər.

ÜÇÜNCÜ SSENARİ: vəziyyət nəzarətdən çıxa və genişmiqyaslı toqquşmalar başlaya bilər.

Ermənistan

Ermənistan parlamentinin lideri Nikol Paşinyan parlamentdə jurnalistlərlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. “Bu halda effektiv danışıqları aparmaq mümkün deyil”, - deyən Paşinyan Bakının İrəvanın Azərbaycanın tarixi torpaqları olması barədə bəyanatları xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aprelin 30-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel Ermənistan xarici işlər naziri Edvard Nalbandyana zəng edib. Telefon söhbətində tərəflər İrəvandakı vəziyyəti müzakirə ediblər.

Müzakirələrdə Ermənistandakı daxili siyasi vəziyyətin konstitusiyaya uyğun tənzimlənməsinin vacibliyi qeyd olunub.

Diplomatlar həmçinin, Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlərini bəyanatı əsasında təmas xəttində gərginliyin azaldılmasının vacibliyini təsdiqləyiblər.

Mayın 1-də Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclası keçirilib. “Xalqın namizədi” adlandırılan Nikol Paşinyan baş nazir seçilmək üçün lazım olan 53 səsi toplaya bilməyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan hakimiyyət dəyişikliyindən sonra Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü qalacaq. Bu, ümumxalq hərəkarın məntiqinə söykənir”. Bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.

“Xalq daxili həyatda və ictimai-iqtisadi siyasətdə dəyişikliklər tələb edir. Xalq xarici siyasət dəyişikliklərini tələb etmir”, - baş nazir postuna yeganə namizəd deyib.

O qeyd edib ki, Rusiya Ermənistanın strateji müttəfiqi olaraq qalır. Bundan başqa, müxalifətçinin sözlərinə görə, ölkə İran, Avropa İttifaqı ölkələri və ABŞ-la əməkdaşlığı davam etdirəcək.

“Heç bir şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək”. Bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın təhlükəsizlik səviyyəsini və müdafiə qabiliyyətini yüksəldəcək. Baş nazir postuna namizəd qeyd edib ki, bu həm də Dağlıq Qarabağ münaqişəsinin “ermənilərin xeyrinə” həlli üçün ilkin şərtləri yaradacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan hərbi xərclərin artımına ehtiyac duyur”. Bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən xüsusi iclasda çıxışı zamanı bildirib.

“Ermənistanda hərbi xərclər regiondakı vəziyyətlə adekvat olmalıdır. Hesab edirəm ki, indi Ermənistan hərbi xərclərin artımına ehtiyac duyur və biz bunu büdcə daxilolmaların artması ilə paralel edə biləcəyik”, - Paşinyan deyib.

Mayın 2-də səhər saatlarından Ermənistanın paytaxtı İrəvanda etirazlar yenidən başladı. Aksiyanın rəhbəri, müxalifət lideri Nikol Paşinyan aksiyaçıları respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.

Nikol Paşinyanın çağırışı ilə küçələrə axışan etirazçılar paytaxtdan "Zvartnos" hava limanına gedən avtomobil yolunu bağlayıb. Həmçinin paytaxt istiqamətinə gedən digər alternativ yollar da etirazçılar tərəfindən bağlanıb.

Hava limanına gedən yolun açılması üçün əraziyə polis qüvvələri cəlb edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistanda vəziyyət böyük müharibəyə doğru gedir və ABŞ-ın əsas məqsədi Gümrüdəki Rusiya bazasının məhv edilməsidir”. Bu barədə rusiyalı politoloq Yevgeni Satanovski Ermənistanda Paşinyanın tərəfdarlarının daha genişmiqyaslı aksiyalara başlamasını şərh edərkən deyib.

Y.Satanovski qeyd edib ki, Ermənistandakı hadisələrin nə ilə nəticələnəcəyini demək çətindir.

“Lakin ABŞ-ın Ermənistandakı hədəfi məlumdur. Amerikalılar proseslərin nəticəsində Gümrüdəki Rusiya bazasını sıradan çıxarmaq və Moskvaya ağır zərbə vurmağı planlaşdırır”, - deyə o bildirib.

Rusiyalı politoloq Vaşinqtonun Dağlıq Qarabağda da müharibənin başlanması ssenarisi üzərində düşündüyünü iddia edib: “Əgər bu münaqişə yeni dalğa ilə partlayacaqsa, onun nəticələri daha ağır və uzunmüddətli olacaq”.

Qeyd edək ki, dünən Paşinyanın parlamentdə baş nazir seçilməməsindən sonra Ermənistanda xalq hərəkatı güclənib. Hazırda İrəvanda yollar blokanıb, həmçinin Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Gümrüdə də kütləvi aksiyalar başlanıb.

“Respublika Partiyasının nümayəndəsi baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısı qalacağı halda, növbədənkənar seçkilərin boykotu istisna edilmir”. Bunu müxalifət lideri, etiraz aksiyalarının başçısı, parlamentin “Yelk” fraksiyasının başçısı Nikol Paşinyan deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın Baş nazirini yalnız parlamentdə seçmək olar. Bu sözlər Karen Karapetyanın ölkədəki hazırkı gərginliklə bağlı yaydığı bəyanatında yer alıb.

“Ermənistanın hakim Respublika Partiyası baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək, ancaq əmin edir ki, ikinci turda hökumət başçısı seçiləcək”. Bu haqda Respublika Partiyasının parlament fraksiyasının başçısı Vaqram Baqdasaryan bildirib.

“Ermənistan maın 8-də baş nazirə malik olacaq. Ermənistanın Respublika Partiyası bu posta öz namizədini irəli sürməyəcək və parlamentin üçdə birinin irəli sürdüyü namizədi dəstəkləyəcək”, - o deyib.

O həmçinin Ermənistanda etiraz aksiyalarının iştirakçılarını yolları və magistralları bloklamağa son qoymağa çağırıb.

Ermənistanda hakim Respublika Partiyasının siyasi qanadı mayın 8-də keçiriləcək baş nazir seçkilərində Nikol Paşinyanın əleyhinə səs verəcək. Bu barədə “Joxovurd” qəzeti yazıb.

Lakin qəzet qeyd edir ki, Respublika Partiyasının fraksiyası ümumilikdə Paşinyanın xeyrinə səs verəcək.

“Milli azıqların nümayəndələri Arsen Mixaylov və Knyaz Həsənov Paşinyanı dəstəkləyəcək. Həmçinin, generallar da Paşinyana səs verəcəklər. Misal üçün, Seyran Saroyan artıq mövqeyini açıqlayıb. Bununla yanaşı, bir neçə biznesmen də 8 may seçkisində Paşinyana səs verəcək”, - deyə qəzet yazıb.

Ermənistanın müxalifət hərəkatının lideri Nikol Paşinyan baş nazir postuna namizədliyin irəli sürülməsi üçün parlamentin deputatlarının üçdə birinin imzasını toplayıb. Bu haqda “Yelk” (“Çıxış”) parlament fraksiyasından deputat Ararat Mirzoyan jurnalistlərə bildirib.

“Biz parlamentin deputatlarının üçdə birinin imzalarını yığa bildik. Paşinyan ya bu gün, ya da sabah namizədliyini rəsmən irəli sürəcək”, - Mirzoyan qeyd edib.

“Çarukyan” fraksiyasının nümayəndəsi, deputat Naira Zoqrabyan jurnalistlərə bildirib ki, fraksiyasının 31 deputatından 27-si artıq sənədi imzalayıb. Paşinyanın namizədliyini həmçinin “Daşnaksütyun” fraksiyası da dəstəkləyib.

Ermənistan hakimiyyəti ölkəni bürüyən xalq hərəkatını yatırmaq üçün ordunu küçələrə çıxarır. Paytaxt yaxınlığında yerləşən ordunun xüsusi təyinatlı dəstələri hazır vəziyyətə gətirilib.

Müdaxilə olarsa, Ermənistandakı rus hərbiçilərindən də istifadə ediləcəyi deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistanda inqilab Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına hazırlıqdır”. Bu iddia ilə rusiyalı jurnalist-ekspert Roman Jilin çıxış edib. Jilin hesab edir ki, İrəvandakı proseslərin nəticəsində Ermənistan Qarabağı qaytarmağa məcbur ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

2016-cı ilin 15 iyulunda – hərbi çevriliş gecəsi prezidenti Rəcəb Tayyib Ərdoğanı zərərsizləşdirmək üçün 31 gəmiyə səfər əmri verən “Fəthullah Terror Təşkilatı” (FETÖ) ilə əlaqədar daha bir detal ortaya çıxıb. FETÖ-nün lideri Fəthullah Gülənə aid səs qeydində “Uqandadan ananas gəlmiş” deyərək şifrəsini verdiyi almaz və brilyant kimi qiymətli daşların qaçaqmalçılıq yolu ilə döyüş gəmiləriylə daşındığı məlum olub.

Xəbərə görə, FETÖ-nün təlimatı ilə Afrikada liman-liman gəzən Dəniz Qüvvələrinə məxsus gəmilərindən qiymətli daşların daşınması üçün istifadə edilib. Dəniz Qüvvələri Komandirliyində yerləşədirilən “imamlar” da FETÖ üzvü olan admiralların hər addımda Gülənin təlimatı ilə hərəkət etdiklərini etiraf ediblər.

Son olaraq 2014-cü ildə Türk Dəniz Vəzifə Qrupunun Afrika qitəsi ətrafında turu zamanı marşrut Gülənin təlimatı ilə müəyyən olunub. Gəmilərin yan aldıqları limanlar isə FETÖ-yə aid məktəblərin olduğu ölkələrə məxsusdur. Gəmilər ümumilikdə 24 ölkənin 25 limanıı ziyarət edib.

Türkiyənin Səadət Partiyası (SP) prezidentliyə namizədini açıqlayıb. Partiyanın sədri Temel Karamollaoğlu SP-nin namizədi olub.

İyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri öncəsi müxalif partiyalar ittifaq qurmağa qərar verib. Türkiyənin Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası seçkilərlə əlaqədar ittifaq yaratmaq barədə razılığa gəliblər.

MHP Rəcəb Tayyib Ərdoğanın namizədliyi barədə rəsmi qərar qəbul edib. Bu barədə partiyanın TBMM qrupunun iclasında yekun qərar açıqlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 iyunda keçiriləcək seçkilərdə namizədliyinin irəli sürülməsi təklifi rəsmən qəbul edilib.

Türkiyədə ölkənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) prezident postuna namizədinin adını açıqlayıb. Namizədin adı may ayının 4-də CHP-nin qapalı keçirilən toplantısında qərarlaşdırılıb. Yekdilliklə Muharrem İncinin prezidentliyə namizəd olacağı elan edilib.

Yaxın Şərqin parçalanaraq yenidən dizayn edilməsi üçün tətbiq olunması istənilən “əsrin razılaşması“ layihəsinin hədəflərindən biri Türkiyədir. Bunu Qətərin paytaxtı Dohada təşkil edilən forumda məşhur misirli akademik Seyfuddin Abdulfəttah bildirib.

Onun sözlərinə görə, Türkiyə “əsrin razılaşması”na qarşı mübarizə aparır və çox əhəmiyətli siyasi döyüşün içindədir. Akademik ABŞ-ın Qüdslə əlaqədar qərarının “əsrin razılaşması”nın bir hissəsi olduğunu ifadə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aprelin 30-da gecə saatlarında Suriyada Bəşər Əsədə sadiq hərbçilər və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi hərbi baza raket atəşinə tutulub. Nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb. Raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub.

Suriyaya hava zərbələrinin hansı ölkə tərəfindən endirildiyi hələlik məlum deyil. ABŞ, Böyük Britaniya və İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməyiblər. Suriyada hərbi bazanın bombalanması nəticəsində 18 iranlı hərbçi həlak olub.

“İSNA” agentliyi xəbər verir ki, onların arasında İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli zabitləri də var. Hərbi bazanın bombalanması nəticəsində 18 iranlı hərbçinin həlak olduğu bildirilir.

Suriyanın Deyr əz-Zor bölgəsində PYD/PKK terror təşkilatı ilə Bəşər Əsəd rejiminin qüvvələri arasında yaşanan qarşıdurmanın detalları məlum olub. Qarşıdurmada ABŞ, İsrail və PKK terror təşkilatının rejimə qarşı birgə əməkdaşlığı olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Müdafiə naziri Ceyms Mettis isə deyib ki, ABŞ aprelin 30-da Suriya ərazisinə heç bir zərbə endirməyib. Mettis hazırda Suriya Demokratik Qüvvələrinin əlində 400 İŞİD döyüşçüsünün əsir olaraq saxlanıldığını bildirib.

İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə edib. Bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

O, ifşaedici bəyanat ilə 3 il əvvəl İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmalara yenidən baxılmasına dair beynəlxalq müzakirələrin qızğın vaxtında yerli televiziyanın canlı yayımında çıxış edib.

"Bu fayllar inandırıcı şəkildə sübut edir ki, İran onda heç vaxt hərbi nüvə proqramının olmadığı yalan deyib", - Netanyahu bildirib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl İsrail kəşfiyyatı İranda "Əhməd" adlı layihənin olduğunu sübut edən 55 səhifəlik mətn sənədləri də daxil olmaqla yarımton material əldə edib.

İranın xarici işlər nazirinin müavini Abbas Araqcı İsrailin baş naziri Binyamin Netanyahunun Tehranın hərbi nüvə sahəsində əldə etdiyi nailiyyətlər barədə bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb. "Netanyahunun etdiyi uşaq hərəkəti və mənasız şoudur və bunu biz artıq son illər müşahidə etmişik, lakin bunu əvvəllər ikiüzlülər qrupu göstərirdi (İranın solçu radikal "İran xalqının mücahidləri təşkilatı" qrupu. – red)", - deyə Araqcı bildirib.

"Bu bəyanat mənasızdır: İran bu cür mühüm sənədləri sahibsiz sənaye anbarında necə saxlaya bilər?", - neyə nazir müavini bildirib.

"İsrailin Tehranda gizli hərbi nüvə proqramının olmasına dair ittihamları "köhnədir" və ötən illərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən baxılıb". Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"ABŞ prezidenti Donald Tramp sövdələşməni ləğv etmək üçün IAEA tərəfindən əvvəllər nəzərdən keçirilən başqa cür ifadə edilmiş köhnə bəyanatlardan yapışıb. Necə də münasibdir. Mayın 12-nə cəmi bir neçə gün qalmış "canavarlar" qışqıran oğlan uşağının ehtimal edilən kəşfiyyat tapıntılarının planlaşdırılmış vaxt seçimi. Lakin Trampın bayram etmək səyləri həqiqəti ortaya çıxardı" – deyə Zərif öz "Twitter" səhifəsində yazıb.

İsrailin İranın nüvə silahı işləyib hazırlamasına dair bəyanatı ABŞ-ın çox əvvəl bildiklərini təsdiq edir. Bu barədə Ağ evin "Twitter" mikrobloqunda yazılıb.

"İsrailin İranın nüvə silahı işləmləri haqqında bəyanatı ilə bağlı: Bu faktlar Birləşmiş Ştatların çox əvvəl bildikləri ilə üst-üstə düşür. İran nüvə silahının gizli işlənmə proqramına malikdir, o bunu dünya ictimaiyyətindən və öz xalqından gizlətməyə çalışsa da, buna nail ola bilmədi", - deyə bəyanatda bildirilir.

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına dair yeni kəşfiyyat məlumatları haqqında Rusiya prezidenti Vladimir Putinə məlumat verib və materiallarla ətraflı tanış olmaq üçün işçi qrupunu göndərməyi təklif edib. Bu haqda “RİA-Novosti” agentliyinə Qüdsdəki yüksək vəzifəli mənbə bildirib.

“Netanyahu telefon söhbətində materialların məzmunu haqqında Putinə məlumat verdi. O, materiallarla tanış olmaq üçün işçi qrupunu dəvət etdi”, - agentliyin həmsöhbəti deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail parlamenti Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə verən qanunu təsdiqləyib. Qanuna əsasən, baş nazir və müdafiə naziri hökumətdən razılıq almadan müharibənin başlanmasına qərar verə biləcək.

Qanunun əleyhinə 41, lehinə 62 deputat səs verib.

Hazırda 2015-ci ildə anlaşma imzalandığı dövrdən daha yüksək səviyyədə uranın zənginləşdirilməsinə texniki olaraq hazırıq. Bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ABŞ Prezidenti Donald Trampın nüvə sazişindən imtina edilməsi ilə bağlı xəbərdarlıq xarakterli çıxışlarına münasibət bildirərkən deyib.

Salehi Trampın özünə gəlməli olduğunu bildirib və nüvə sazişindən imtina edilməməsi barədə çağırış edib.

İranın ali dini lideri Əli Xamenei ABŞ-ı Yaxın Şərqdə böhranı gücləndirmək cəhdlərində ittiham edib. O bildirib ki, ABŞ Səudiyyə Ərəbistanını İrana qarşı kökləməyə çalışır.

“Amerikalılar regionda Səudiyyə Ərəbistanı və bəzi başqa dövlətləri İrana provokasiya etməyə çalışırlar. Amma əgər onlarda müdriklik varsa, onda onlar ABŞ-a aldanmamalıdır”, - Xamenei deyib.

O əlavə edib ki, Yaxın Şərqdə böhranın yaradılması Birləşmiş Ştatların hədəfidir.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, İran Yaxın Şərqdə stabilliyi pozur.

ABŞ-ın Nyu-York məhkəməsi İranın 11 sentyabr 2011-ci il terror aktının qurbanlarının qohumlarına milyardlarla dollar ödəməsi barədə qərar çıxarıb. Bu haqda məhkəmənin sənədlərinə istinadən “The Hill” nəşri bildirib.

Məhkəmənin qərarına əsasən, İran İslam İnqilabı Keşikçilər Korpusu və İranın Mərkəzi Bankı 1008 nəfərin ölümündə günahkar tanınıb. Qərarda bildirilir ki, bununla əlaqədar olaraq İran hakimiyyəti həlak olanların qohumlarına kompensasiya ödəməlidir.

Kompensasiyanın məbləği qohumluğun dərəcəsindən asılı olaraq dəyişir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterriş İranla nüvə razılaşmasından imtina etməməyə çağırıb. O, bu haqda BBC-yə müsahibəsində bildirib.

“Nüvə proqramı üzrə razılaşmadan imtina etməyi düzgün hesab etmirəm. Hələ ki bizdə onun münasib alternativi yoxdur”, - baş katib deyib.

Quterrişin sözlərinə görə, İranla razılaşma əhəmiyyətli diplomatik qələbədir və onu saxlamaq lazımdır.

İran nüvə sazişi barəsində bir daha heç bir sövdələşmə aparmayacaq və əsla müzakirə masasına əyləşməyəcək. Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

ABŞ-ın saziş çərçivəsində öhdəsinə düşən öhdəlikləri kobud şəkildə pozduğunu bildirən XİN rəhbəri eyni zamanda Vaşinqtonun anlaşmanı imzalayan digər ölkələrə qarşı “zorbalıq” etdiyini qeyd edib.

ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişi haqda qərarını açıqlayacağı tarix yaxınlaşdıqca, Tehrana qarşı təzyiqlər artır. İsrailin baş naziri Binyamin Netanyahunun İrana aid nüvə dosyalarını ələ keçirdiklərini iddia etməsindən sonra hədəfə alınan Tehrana qarşı diplomatik hücum başlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əfqanıstanda bazar ertəsi səhər saatlarında iki partlayış törədilib. 25 nəfəin öldüyü, təqribən, 50 nəfərin yaralandığı terror hücumlarına görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

Çin Cənubi Çin dənizində yerləşən mübahisəli adalarda gəmi əleyhinə qanadlı raketləri və zenit-raket komplekslərini gizli qurub. Bu haqda Amerika kəşfiyyatının məlumatları ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib.

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) anonim nümayəndəsi bildirib ki, adaların sonrakı hərbiləşdirilməsi bu əraziyə iddia edən tərəflər arasında gərginliyin və etibarsızlığın artmasına xidmət edəcək. Daha əvvəl “Wall Street Journal” qəzeti bildirib ki, Çin mübahisəli adalarda xüsusi avadanlıqlar yerləşdirib. Bu avadanlıqlar radiolokasiya sistemlərinin fəaliyyətinə maneələr yaratmağa qadirdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünyada çoxlu məsələ yığılıb və onları Moskva ilə Vaşinqtonun əməkdaşlığı olmadan həll etmək mümkün deyil. Bunu İtaliyanın “Panorama” jurnalına müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Hələ ki çoxları Vaşinqtonda rusofobiyaya yüklənməyə davam edir. İşlərin durumu dünyada vəziyyətə mənfi təsir edir. Ümid edirəm ki, Vaşinqtonun dəhlizlərində sağlam düşüncə zamanla qalib gələcək. Biz ABŞ-la dost münasibətlərin qurulmasını istəyirik, amma bunu Rusiyanın prinsipləri və Rusiyanın milli maraqlarıyla ticarət etməklə deyil”, - Lavrov vurğulayıb.

Koreya böhranı

Cənubi Koreya bu ilin iyun-iyul aylarında ABŞ və KXDR ilə üçtərəfli sammit keçirilməsinə hazırlaşır. Bu barədə Cənubi Koreya "Munhva İlbo" qəzeti məlumat yayıb.

"İyun-iyul aylarında Cənub-Şimal və ABŞ arasında yüksək səviyyəli danışıqlar aparılması imkanı nəzərdən keçirilir. Mayda isə ABŞ-Şimali Koreya sammitinin keçiriləcəyi isə təsdiq edilib", - qəzetdə yazılıb.

Nəşrin yazdığına görə, hər şey rəvan gedərsə, bu il Şimali Koreya və Yaponiya arasında münasibətlər normallaşa və Koreya yarımadasının nüvə silahlardan təmizlənilməsi üzrə "yol xəritəsi"nin həyata keçirilməsi üzrə altıtərəfli danışıqlar bərpası mümkün ola bilər.

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla Şimali Koreya ilə Cənubi Koreya arasındakı Sülh Evində görüşmək istəyir. Bu haqda ABŞ prezidenti Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, Kim Çen Inla görüşün yeri və vaxtı bəlli olub. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, mövzu bağlı təfərrüatlar yaxın zamanda açıqlanacaq.

Ukrayna

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda terrorçuluğa qarşı əməliyyatın dayandırılması haqqında qərar verib və ərazidə birləşmiş güclərin əməliyyatına keçidi elan edib. “30 aprel 2018-ci ildə Donetsk və Luqansk vilayətlərinin ərazilərində terrorçuluğa qarşı genişmiqyaslı əməliyyat başa çatır. Biz indi ərazi bütövlüyü və müstəqilliyin təminatı üçün Ukraynanın Silahlı qüvvələrinin rəhbərliyi altında hərbi əməliyyata başlayırıq”, - dövlət başçısının fərmanında deyilir.

Xatırladaq ki, bu ilin yanvarında Ali Rada Donbasın reinteqrasiyası haqqında qanunu qəbul edib. Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş adlandırılıb. Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib.

Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların nəzarətindədir. Kiyev və Qərb Donbasda Rusiyanın nizami qoşunlarının olduğunu iddia edir. Lakin Moskva Donbas münaqişəsində tərəf olmadığını dəfələrlə bəyan edib.

“ABŞ-ın “Javelin” tank əleyhinə komplekslərini Ukraynaya çatdırması Donbasda vəziyyəti dəyişdirəcək, çünki Rusiya qoşunlarında bu silahın analoqu yoxdur”. Bu haqda jurnalist və hərbi ekspert Yuri Butusov “Qordon” nəşrinə bildirib.

“Ukraynaya “Javelin” komplekslərinin çatdırılması müdafiə qabiliyyətimizin səviyyəsinin yüksəlməsindən xəbər verir. Biz ilk dəfə analoqu Rusiyada olmayan yeni nəsil silahlar aldıq. O, istənilən analoji Rusiya texnikasını keyfiyyətdə üstələyir. Bu bizə taktiki üstünlük verir və Donbasda döyüş əməliyyatlarının xarakterini dəyişdirməyə imkan verir”, - o vurğulayıb.

Butusovun sözlərinə görə, Rusiya qoşunlarının hücum cəhdləri halında döyüş əməliyyatları açıq ərazidə zirehli tank bölmələri arasında keçiriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya Ukrayna ilə heç bir müharibə aparmır”. Bunu İtaliyanın “Panorama” jurnalına müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Hər şeydən əvvəl, prinsipial bir məsələyə diqqəti yönəltmək istəyirəm: Rusiya Ukraynayla heç bir müharibə aparmır. 2014-cü ilin fevralında hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlmiş millətçilər öz xalqına qarşı müharibəyə başladılar. Müharibə Kiyevlə Ukraynanın regionları arasında gedir”, - o deyib.

Nazir vurğulayıb ki, Ukraynada daxili siyasət böhranı kənardan – bütün dünyanı öz təsiri sferasına aid edən ABŞ-ın başçılıq etdiyi qərb dövlətləri qrupu tərəfindən provakasiya edilmişdi.

Lavrovun sözlərinə görə, ABŞ-ın rəhbərliyi altında Qərb ölkələri tərəfindən başladılan böhrana görə, Ukrayna faktiki olaraq müstəqilliyi və iqtisadiyyatından məhrum olub.

“Uzun illər ərzində Kiyevi məcbur edirdilər ki, bizimlə və ya bizə qarşı anlamında olan seçimi etsin. Bu da Ukrayna dövlətçiliyinin çöküşünə gətirib çıxardı. Ukraynadakı hazırkı böhranın günahkarı ABŞ-n rəhbərlik etdiyi Qərb ölkələri qrupudur”, – deyə o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm