Nida Təhlil
Rusiya təyyarənin vurulduğu faktını necə gizlətmək istəyir? - Moskvanın oyunu
Kremlin sözçüsü Dmitri Peskov təyyarənin vurulmasına görə Azərbaycandan üzr istəməklə bağlı məsələyə münasibət bildirərkən deyib ki, istintaqdan nəticə çıxarılana qədər bunu etməyəcəklər.
Lakin Rusiyanın istintaqın nəticəsindən sonra da üzr istəmək və günahkarları cəzalandırmaq istəmədiyi görünür. Bunu Peskovun açıqlamasındakı bir detal da deməyə əsas verir. Kremlin sözçüsü fikrinin davamında bildirir ki, “bunu edə biləcək (yəni istintaqı apara biləcək) aviasiya səlahiyyətlilərimiz var və bu məlumatlar yalnız onlarda ola bilər”.
Bu o deməkdir ki, Rusiya tərəfi “yalnız öz mütəxəssislərinin fikrini əsas götürmək” niyyətindədir. Moskvanın üzr istəməkdən yayınmaq üçün istintaqın nəticələrinə təsir etmək cəhdləri də müşahidə edilir. Bu kontekstdə üç məqam xüsusilə diqqət çəkir.
- Kadırov Bakıya yaralılara və həlak olanların ailələrinə kömək təklifi edib: bu, Rusiya rəhbərliyinin göstərişi ola bilər və məqsəd məsələnin ciddiliyini Bakı-Qroznı marşrutuna endirmək, məsuliyyəti Kadırovun üzərinə qoyaraq, həll etməkdir; baş verənlərə görə Kadırov məsuliyyət daşıyır, çeçen liderin qardaşı oğlunu təltif etməsi həm də təyyarənin vurulduğunun dolayısı ilə etirafı hesab oluna bilər, lakin Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir;
- Rusiya və Qazaxıstanın hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılması, reallığın gizlədilməsi və Moskvanın istədiyi nəticənin çıxarılması məqsədi daşıyır;
- Və nəhayət, hökumətdəki mənbələrin təyyarənin vurulduğu faktını mediada təsdiq etməsi, eləcə də Azərbaycanın hər iki təklifdən – Kadırovun yardım və məsələnin MDB müstəvisinə çıxarılması – imtina etməsi o deməkdir ki, rəsmi Bakıda baş verənlərin Rusiya tərəfindən gizlətmək cəhdinə dair məlumatlar var;
Bu məqamlar fonunda Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrovun “Qroznı hava limanında sıx duman olub, təyyarənin komandiri təyyarəni ora endirmək üçün iki uğursuz cəhd edib. Qroznıya enməyə cəhd etdikdən sonra təyyarə komandirinə başqa hava limanları təklif edilsə də, o, Aktauya getməyə qərar verib” iddiası Moskvanın gerçək niyyətinin rəsmi şəkildə elan edilməsidir.
Lakin Bakının hadisənin və “qara qutu”nun beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılması tələbi Moskvanı fakt qarşısında qoyacaq. Rusiya üçün bu məsələdən yeganə çıxış yolu etiraf etmək və Azərbaycandan üzr istəməkdir.
Asif Nərimanlı
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)

.jpg)



.jpg)



















