Nida Təhlil
İrəvan bu rayonları qaytarmağa razıdır - Papyan danışıqların bütün GİZLİ DETALLARINI AÇDI
“Ermənistan ərazilərin Azərbaycana qaytarılması ilə
bağlı güzəştlərə həmişə hazır idi, lakin Bakı şərtlərlə
razılaşmadı”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Ara
Papyan deyib.
Erməni politoloq “Kazan sənədi”ni və “Madrid prinsipləri”ni
xatırladıb və qeyd edib ki, İrəvan Dağlıq Qarabağın siyasi
statusunun tanınması əvəzində rayonları Azərbaycana qaytarmağa
hazır idi: “Biz onlara 7 rayonu verməyə hazır idik, əvəzində
Qarabağı özümüzdə saxlamağı planlaşdırırdıq. Bu, indiyə qədər
belədir. Lakin Azərbaycan bununla razılaşmadı və bundan sonra da
razılaşmayacaq”.
A. Papyan iddia edir ki, Ermənistan Qarabağ məsələsində mövqeyini
kəskinləşdirir.
“Nikol Paşinyanın Qarabağda səsləndirdiyi bəyanat İrəvanın öz
mövqeyini kəskinləşdirdiyini göstərir. Lakin bu bəyanatların
praktiki nəticəsi olmayacaq, çünki tərəflər danışıqlar masasına
qayıda bilmir. Paşinyanın Qarabağın tanınması ilə bağlı şərti ilə
nə Bakı razılaşacaq, nə də Minsk qrupunun həmsədrləri. Bu məsələ
danışıqlar masasında olmayıb, bu, sadəcə özünü aldatmaqdır. Dağlıq
Qarabağın beynəlxalq səviyyədə müstəqilliyinin tanınması xəyalı da
ciddi deyil. Çünki Qarabağ Ermənistandan asılıdır, şəxsiyyət
vəsiqələrindən başlayaraq, dövlət büdcəsinə qədər. Fikrimcə,
danışıqlar masasına qayıtmaq lazımdır”, - deyə Papyan bildirib.
Asif
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?