Nida Təhlil
Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan ABŞ
prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə
təbrik məktubunda qeyd etdiyi “Qarşıdan gələn aylar Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan
əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”
sözlərini şərh edib.
Mnasakanyan deyib ki, “danışıqlar Minsk qrupunun himayəsi altında
yenilənməlidir, lakin Ermənistanın maraqları və hədəfləri öz əksini
tapmalıdır, xüsusilə də Qarabağda “xalqın öz müqəddəratını təyin
etmə” prinsipi əsas götürülməlidir. Bakı İrəvanın bu tələbini
danışıqları pozmaq cəhdi adlandırır. Ekspertlər isə hesab edirlər
ki, danışıqlar artıq ikinci mərhələyə keçir və cəbhədə
toqquşmaların baş verməsi ehtimalı hər keçən gün daha da
reallaşır.
Publika.az xəbər verir ki, Donald Trampın İlham
Əliyevə yazdığı məktubda qeyd olunan fikirlər ABŞ-ın Qarabağ
münaqişəsinin həlli üçün yeni plan hazırlığında olması fikrini
gücləndirir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin İrəvanda düşünürlər ki, danışıqlar arxa plana keçəcəksə, heç
bir plan işə yaramayacaq və təmas xəttində raketlər işə
düşəcək.
Erməni ekspert Naira Ayrumyan yazır ki, hərbi mənbələr təmas
xəttində hər iki tərəfin istehkamlar tikdiyi haqda məlumatlar
verirlər.
“Bu isə neytral zonanın sıradan çıxması ilə nəticələnəcək. Neytral
zonanın sıfırlanması müharibənin başlanması deməkdir”, - deyə o
bildirib.
Asif
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi