Nida Təhlil
Putin Paşinyanı devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ: Qagikdən QƏFİL GEDİŞ
Rusiya Nikol Paşinyanı devirmək üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, Ermənistan mediası parlamentdə
“Sarukyan” blokunun lideri Qagik Sarukyanın Moskvaya qəfil
səfərinin İrəvanda yeni çevrilişə hazırlıq olduğunu yazıb.
Erməni şərhçi Qarnik Qevorqyan yazır ki, Sarukyan Moskvada Rusiya
hakimiyyətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşüb.
“Maraqlıdır ki, Sarukyanın Moskvaya qəfil səfəri hökumətin
proqramını açıqlayacağı haqqında bəyanatından sonra oldu. Proqramda
növbədənkənar parlament seçkilərinin keçiriləcəyi qeyd olunur.
Böyük ehtimalla Sarukyanın Moskvaya gedişini seçkiqabağı səfər
saymaq olar. O, seçkilərdə Rusiyanın mövqeyini dəqiqləşdirmək, yeni
reallıqda digər rusiyayönümlü gücləri birləşdirmək və digər
hədəflərlə bağlı müzakirə aparıb. Ermənistandakı inqilab təkcə
Sarkisyanı hakimiyyətdən məhrum etmədi, həm də Rusiya təsirini
azaltdı. İndi növbədənkənar parlament seçkilərində təkcə erməni
siyasi qüvvələr yox, həm də Moskva hazırlanır. Yaxın vaxtlarda
Ermənistandakı rusiyayönümlü qüvvələrlə əməkdaşlıq güclənəcək. Bu
baxımdan, Sarukyanın ilk olaraq Moskvaya getməsi təsadüfi deyil.
Sarukyan Rusiya rəhbərliyi, eləcə də Belarus prezidenti Aleksandr
Lukaşenko ilə yaxşı münasibətləri var. Həmçinin, o, Robert Koçaryan
kimi hakimiyyətin dayaqlarından biridir. Yəni Sarukyan Ermənistanda
Rusiyanın dayaqlarından biri hesab olunur”, - deyə o bildirib.
Q. Qevorqyan Sarukyanın Moskva səfərindən sonra Ermənistanın daxili
siyasətində dəyişikliklərin olacağını qeyd edib: “Həmçinin görünən
odur ki, Moskva təkcə Sarukyan və Respublika Partiyası ilə deyil,
ölkə daxilində bir neçə subyektlə işləyəcək. Ötən illərin təcrübəsi
bunu təsdiqləyir. Sadəcə olaraq, Rusiya seçkilərə qədər mövcud
Paşinyan hakimiyyəti ilə işləyəcək, seçkilərdə isə öz qüvvələrinə
dəstək verəcək. Paşinyanı devirmək üçün yaxın günlərdə
Ermənistandakı rus qüvvələri hərəkətə keçəcək”.
Asif
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər