Tarixin sınağından keçmiş STRATEGİYA, Bakıya hücum PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Tarixin sınağından keçmiş STRATEGİYA, Bakıya hücum PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb. Gürcüstanın ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində ASAL-a terror təşkilatı yenidən qurulur. ABŞ prezidenti Rusiyanın G8-ə qaytarılmasını təklif edib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Kaspşik Xankəndində separatçı rejimin “prezidenti” Bako Saakyanla görüşüb.

Görüşdə təmas xəttindəki vəziyyət müzakirə olunub.

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən və ərazilərin qaytarılması ehtimalından danışıb. Nəşrin “İrəvandan Qarabağ münaqişəsinin nizamlanmasında yeni yanaşmalar gözləmək olarmı? Güzəştlər olacaqmı, xüsusilə 2016-cı ildə “aprel müharibəsi”ni xatırlayarkən...” sualına cavabında Mnasakanyan “Bizdə 2016-cı ilin “aprel müharibəsi”nin ağır amili qalır, həmçinin, danışıqların dinamikası və ATƏT-in Minsk qrupu formatı var”, - deyə cavab verib.

Mnasakanyan qeyd edib ki, onlar danışıqlar masasındakı detalları qiymətləndirirlər.

“Bizim həmsədrlər formatı çərçivəsində sülh nizamlanması kursunu davam etmək niyyətimiz var. Lakin bizim üçün əsas amil Dağlıq Qarabağ “xalqı”nın təhlükəsizliyi və Qarabağın statusudur. Biz sülh və bütün regionun təhlükəsizliyi üçün danışıqlar prosesini davam etdirmək istəyirik”, - deyə o bildirib.

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlsə də, parlamentdə əsas çoxluq hazırda müxalifətə keçən Respublika Partiyasındadır. Bu isə faktiki olaraq, İrəvanda ikihakimiyyətliliyin yaranmasına səbəb olub. Paşinyanın dünən açıqladığı hökumətin proqramında növbədənkənar parlament seçkilərinin keçirilməsini əsas prioritetlərdən biri elan edilib. Nikolun əsas hədəfi seçkini keçirərək, parlamentdəki çoxluğu Respublika Partiyasından almaqdır. Lakin növbədənkənar seçkilər bu ilin sonunda nəzərdə tutulub və İrəvanda həmin müddətə qədər ikihakimiyyətlilik davam edəcək.

Ermənistan mediası Respublika Partiyasının qanunverici orqanda çoxluq təşkil etməsinin yeni hökumətin işinə ciddi maneələr yaratdığını yazır. Erməni ekspertlər isə hakimiyyətin ikiyə bölünməsinin Dağlıq Qarabağ məsələsində İrəvanın mövqelərinə ciddi zərbə vurduğunu deyirlər.

Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan separatçı rejimin keçmiş “xarici işlər naziri”, politoloq Arman Melikyan iddia edir ki, Azərbaycan İrəvandakı ikihakimiyyətlilikdən istifadə edərək, münaqişəni hərbi yolla həll etmək planını işə salacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstanın ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində ASAL-a terror təşkilatı yenidən qurulur. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

ASALA-nın bu bölgədə yenidən “dirilməsi”nin strateji hədəfi var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk – Kanal D ortaq canlı yayımında qonaq olub. Qəndil və Sincar bölgələrinə təşkil edilən hərbi əməliyyatları dəyərləndirən prezident canlı yayımda yeni hərəkatın siqnalını verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri Afrindən sonra PKK-nın əsas bazası olan Qəndili təmizləmək üçün hərəkətə keçib. Şimali İraqa keçən “Mehmetçik” terror yuvasını boğacaq mühasirəni gerçəkləşdirməyə başlayıb.

Şimali İraqda əməliyyat 3 aydır davam etsə də, böyük əməliyyat hələ başlamayıb. PKK-ya tarixi zərbəni endirəcək genişmiyaslı əməliyyatın başlanması an məsələsidir. Türkiyə KİV-inin yazdığına görə, genişmiqyaslı əməliyyatda 5 bəndlik plan həyata keçiriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Haber7” saytının mənbələrdən əldə etdiyi məlumata əsasən, əməliyyat zamanı Şri-Lanka ordusunun “Tamil Pələngləri” terror təşkilatına qarşı əməliyyatda həyata keçirdiyi strategiya tətbiq olunacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyanın Münbiç mahalı PKK terror təşkilatının Suriya qolu olan YPG-dən təmizlənir. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlunun iyunun 4-də etdiyi Vaşinqton səfərində təsdiqlənən “yol xəritəsi”nə əsasən YPG 3 ay ərzində Fərat çayının şərqinə keçməlidir. Bəzi məlumatalara görə, təşkilatın bir neçə lideri Münbiçi artıq tərk etməyə başlayıb.

ABŞ Münbiç sazişinin icrası müddətini 6 aya qədər uzatmaq istəsə də, Türkiyə bu müddətin çox olduğunu bildirib və müddətin yarıya endirilməsinə nail olub. Nəşrin yazdığına görə, sazişlə bağlı ən maraqlı məsələ iki ildən çoxdur ki, Türkiyənin Münbiçlə bağlı tələblərinə qulaq asmayan ABŞ-ın niyə Ankaranın istədiyi nöqtəyə gəlməsidir. Bunun 4 təməl səbəbinin olduğu bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Krımla bağlı verdiyi bəyanatı şərh edib. Senator Çavuşoğlunun bəyanatını Qərbin təzyiqi ilə izah edib.

“Türkiyə iki istiqamət üzrə Qərbin böyük təzyiqini hiss edir: ölkədəki siyasi islahatlar və Suriyada kürdlərə qarşı əməliyyatlar. Fərz etmək olar ki, nazirin bəyanatı Qərbin diqqətinin Rusiyaya dəyişdirilməsi cəhdi və bir növ yayındırıcı manevrdir”, - Kosaçev deyib.

O vurğulayıb ki, bu, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasına imkan yaratmayacaq.

Xatırladaq ki, Mövlud Çavuşoğlu ukraynalı həmkarı Pavel Klimkin və Krım tatarlarının dəvəti ilə qatıldığı iftar mərasimində çıxışı zamanı Krımın ilhaqını tanımadıqlarını və tanımayacaqlarını bildirib. O, Türkiyənin hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.

“Rusiyanı yenidən G8-in (“Böyük səkkizlik”) tərkibinə qəbul etmək lazımdır”. Bu haqda ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Pekində görüş keçirilib. Danışıqların nəticəsinə görə birgə bəyanat imzalanıb.

15 səhifəlik bəyanatda ikitərəfli münasibətlərə aid müxtəlif məsələlər, həmçinin beynəlxalq problemlər əksini tapıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ali Radanın deputatları Odessada vəziyyət üzrə iclasın çağırılması xahişiylə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının başçısı Aleksandr Turçinova müraciət ediblər. Bu haqda “Batkivşina” Partiyasından olan deputat İqor Lusenko feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, şəhərdə fəallara qarşı terror hücumları görünməmiş miqyasa çatıb.

“Odessada vəziyyət üzrə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırmağı xahiş edirəm. Şəhərdə fəallara qarşı terror hücumları çoxdan görünməmiş miqyasa çatıb. Biz Odessanı Donbas ssenari üzrə Odessanı itiririk. Odessada Əhmədov (məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən varlı insanı Rinat Əhmədov –red.) və Yanukoviçin (Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç –red.) əvəzinə Qalanternik və Truxanov (Odessa biznesmenləri Vladimir Qalanternik və Gennadi Truxanov –red.) var", - xəbərdə deyilir.

“Kreml Ukraynanın bölünməsini nəzərdə tutan “Novorossiya” planında müvəffəqiyyətsizliyə uğrayıb. Plan təxirə salınıb, amma Rusiya istənilən əlverişli anda ona yenidən qayıtmağa hazırdır”. Bu haqda “ObozTV”nin efirində Ukraynanın Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin sabiq rəhbəri, general-mayor Vasiliy Vovk bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm