Aydın Hüseynov: "NATO ilə əməkdaşlıq regionda sülhün bərqərar olmasına gətirib çıxarır”
Bizi izləyin

Nida Təhlil

Aydın Hüseynov: "NATO ilə əməkdaşlıq regionda sülhün bərqərar olmasına gətirib çıxarır”

“Prezident İlham Əliyevin NATO-nun zirvə toplantısında iştirakı onun düzgün siyasətinin göstəricisidir. Bu göstərir ki, Azərbaycanın dövlətçiliyi demokratik prinsiplərə söykənir və dünya dövlətləri arasında xüsusi çəkisi var”.

Bu sözləri Publika.az-aaçıqlamasında millət vəkili Aydın Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO-nun sammitində iştirakını şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycanı narahat edən əsas məsələlərdən biri, əlbəttə, Dağlıq Qarabağ münaqişəsi, ölkənin ərazi bütövlüyü, suverenliyi və hüquqlarıdır: “Bu sahələrlə bağlı da bütün suallar NATO-nun zirvə toplantısında İlham Əliyevin xüsusi dəvətlə iştirak etməsi öz cavabın tapdı. Bu dəvət göstərir ki, dünyanın aparıcı ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ona əhəmiyyət verir. Bununla da Azərbaycan Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həllində üstünlük əldə edir.

Sammitdə İlham Əliyevlə yanaşı, Ermənistanın baş naziri Nikolo Paşinyan da iştirak etdi. Lakin o, gözlədiyi kimi xüsusi təmtəraqla qarşılanmadı və diqqətdən kənarda qaldı. Buna görə də Azərbaycanla Ermənistan müqayisə olunacaq səviyyədə deyil. Çünki dövlətimiz regionda güc, nüfuz sahibidir. Demokratik prinsiplərə görə hər zaman hörmət qazanıb. Ermənistan isə mənfur işğalçı siyasəti ilə daim kölgədə qalıb. Getdikcə dünya ölkələri də dərk edir ki, Ermənistanın işğalçı, separatçı siyasəti Avropanın özündə də normal qarşılanmır. Azərbaycan isə bu gün Avropanın enerji təminatında mühüm ölkələrdəm biridir. Bu gün Avrasiyada strateji coğrafi mövqeyə malikdir. Beləliklə, Paşinyan və onun təmsil etdiyi ölkə ilə bizim ölkəmizin arasında yerlə göy qədər fərq var. Azərbaycan etibarlı tərəfdaşdır. Çünki Azərbaycan terrorizmlə mübarizədə daim ön sıralarda olub. Qüvvələrimiz NATO-nun tərkibində həm Əfqanıstanda, həm Kosovoda çox aktiv iştirak edib. Bu isə ölkəmizin sülh siyasətinin, separatçılıqla mübarizəsinin bariz nümunəsidir. Hazırda Yaxın Şərqdə dramatik proseslər gedir. Azərbaycanın NATO ilə əməkdaşlığı belə dramatik proseslərin qarşını alır və regionda sülhün bərqərar olmasına gətirib çıxarır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm