Nida Təhlil
ABŞ və Türkiyənin gizli Qarabağ PLANI ORTAYA ÇIXDI: qutu açılacaq, Paşinyan... - SENSASİYA
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra
atdığı addımlar, səsləndirdiyi bəyanatlar onun haqqında birmənalı
fikir yaratmır. Erməni siyasi şərhçi Samvel Akopyanın “Nikol
Paşinyan: tütün qutusunda baş nazir” sərlövhəli məqaləsində irəli
sürdüyü versiyalarsa xüsusilə diqqət çəkir.
Publika.az xəbər verir ki, Akopyan Paşinyanı ABŞ-ın
hakimiyyətə gətirdiyini və qarşısına konkret hədəflər qoyduğunu
deyir.
“Paşinyanın Ermənistanı Rusiya kimi ənənəvi müttəfiqlərindən
ayırması da bu hədəflərdən biridir. Vaşinqtonun əsas hədəflərindən
biri Paşinyanın əli ilə Qarabağ münaqişəsini həll etməkdir. Çünki
Azərbaycanın əraziləri hərbi yolla azad etmək planı və bu işdə NATO
üzvü olan Türkiyənin onu dəstəkləməsi KTMT-nin timsalında Rusiyanın
da məsələyə qarışması ilə nəticələnə bilər. ABŞ bunu NATO ilə
Rusiya arasında hərbi münaqişənin başlanması olaraq görür. Hərçənd,
Qarabağa görə NATO və Rusiyanın toqquşmasını nə Vaşinqtonda, nə
Brüsseldə, nə də Ankarada istəyirlər. Buna görə də ABŞ və Türkiyə
Qarabağın azad edilməsinin fərqli yolunu seçdilər: Ermənistan
cəmiyyəti Qarabağı könüllü şəkildə Azərbaycana qaytarsın.
Paşinyanın korrupsiya ilə mübarizə şüarı altında Qarabağın
“müstəqilliyini” müdafiə etmiş “qəhrəmanları” (Robert Koçaryan və
digərləri nəzərdə tutulur – red.) təqib etməsi də bu planın bir
hissəsidir. O da təsadüfi deyil ki, Paşinyan hakimiyyəti Türkiyə və
Azərbaycanın Qarabağın azad edilməsi ilə bağlı səsləndirdikləri
sərt fikirlərə reaksiya vermir”, - deyə erməni şərhçi
vurğulayır.
Akopyan diqqəti Ermənistanın daxili vəziyyətinə və cinsi azlıqların
aktivləşməsinə yönəldir. O, Respublika Partiyasının deputatı
Artaşes Qeqamyanın Paşinyana müraciətini də xatırladır.
A.Qeqamyan “İravunk” qəzetində Paşinyana ünvanladığı müraciətində
deyirdi: “Sən öz azarkeşlərini inandırırsan ki, erməni xalqının
arasında qara və ağlar var. Nə edirsən et, amma LQBT-ni gizli və
açıq müdafiə edərək, bizim ailə dəyərlərimizi məhv etmə. İrəvanın
polis bölmələrinə, bütün ermənilərin katolikosuna hücum edən
təcavüzkar dini sektaları himayə etmə. Soros tərəfindən
maliyyələşdirilənlər 15-18 noyabrda İrəvanda “Şərqi Avropa və
Mərkəzi Asiyanın LQBT – xaçpərəstlərinin forumu” adı altında
növbəti yığıncaq keçirməyi planlaşdırırlar. Səndən xahiş edirəm,
inqilab və əksinqilab haqqında əsəbi nitqlərinlə insanlara əzab
verməyi dayandır. Bəlkə sən anlamırsan, lakin Ermənistanın milli
təhlükəsizliyi təhlükə altındadır”.
S.Akopyan iddia edir ki, Türkiyə və Azərbaycanın Qarabağı azad
etmək planlarını işə saldığı ərəfədə Ermənistanın daxilindəki
xaotik vəziyyət getdikcə inkişaf edir.
“Artıq şübhə etməməliyik ki, ABŞ tütün qutusunu açacaq, oradan
Nikol Paşinyan çıxacaq və Qarabağı Azərbaycana qaytaracaq”, - deyə
Akopyan iddia edib.
Asif
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ