7 il əvvəlki TAKTİKA, Azərbaycan qan TÖKÜLMƏDƏN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

7 il əvvəlki TAKTİKA, Azərbaycan qan TÖKÜLMƏDƏN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyü məsələsində veto hüququndan istifadə edəcəyini bildirib. Türkiyə ordusu ağır itki verib. İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ-ı növbəti dəfə təhdid edib. ABŞ Vyana Diplomatik Münasibətlər Konvensiyasından geri çəkilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət tendensiyaları alqışlayırıq. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında meydana gələn bütün müsbət tendensiyaların inkişafına kömək edəcək.

“Biz bütün müsbət tendensiyaları alqışlayırıq. İndi onları inkişaf etdirmək və ehtiyatsız ritorika ilə zədələməmək əhəmiyyətlidir. Öz tərəfimizdən bu müxbət tendensiyalara bütün lazımı köməyi göstərəcəyik”, - Rusiyanın xarici siyasət idarəsinin sözçüsü vurğulayıb.

Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, hətta müşahidəçisi belə olmayacaq. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Azərbaycan üzvlük üçün müraciət etsə, Ermənistan mane olacaq:

“Ermənistan heç vaxt izn verməyəcək ki, Azərbaycan İrəvan üçün ən vacib hərbi-siyasi təşkilatda üzv və ya müşahidəçi olsun. Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı söhbətlərin əsası yoxdur”.

Ermənistan yenidən silkələnir və elə görünür ki, ölkə vətəndaş müharibəsi astanasındadır. Bunu rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov Ermənistandakı son hadisələri şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Batman vilayətinin Gercüş mahalında PKK terrorçuları zirehli hərbi avtobilin keçdiyi vaxt yola yerləşdirdiyi partlayıcını işə salıb. Hadisə nəticəsində 7 əsgər şəhid olub, 2-si yaralanıb.

Birləşmiş Ştatlar Suriyaya “S-300” zenit-raket komplekslərinin göndərilməsində cavab olaraq “F-22” stels-qırıcılarından (gözəgörünməz –red.) və “F-16CJ” anti-radar təyyarələrindən əməliyyatlar zamanı istifadə etməyi nəzərdə tutur. Bu haqda “The Drive” nəşri yazıb.

Amerika Hərbi-Hava Qüvvələrləri hələ Suriyada hərbi kampaniyanın başlanğıcında - Suriya qoşunlarının mümkün cavab addımlarının naməlum olduğu vaxtda (2011-ci il –red.) “F-22” və “F-16CJ”-ləriı tətbiq edirdi.

“İndi Birləşmiş Ştatlara, ehtimal ki, özünün əvvəlki taktikasına qayıtmalı olacaq”, - “The Drive” hesab edir.

Xatırladaq ki, Rusiya “S-300” zenit-raket sisteminin çatdırılması çərçivəsində Suriyaya texnikanın 49 vahidini çatdırıb. Bu haqda ötən gün Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə müdafiə naziri Sergey Şoyqu bildirib.

Qeyd edək ki, “S-300” zenit-raket sisteminin Suriyaya çatdırılması haqqında qərar Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasından sonra verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Suriyaya göndərdiyi S-300 sistemləri havadan müdafiəni daha yaxşı təşkil edəcək, bunun ardından başqa addımlar da atılacaq. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin danışıb.

“S-300 HHM sistemlərinin qurulması tamamlandı. Bu yeni bir hava müdafiəsi səviyyəsi yaratdı. Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun açıqladığı digər addımlar da atılacaq”, - Verşinin deyib.

İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ-ı növbəti dəfə təhdid edib. Xamenei ölkəsinin ABŞ-ı məğlub edəcəyini bildirib.

ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında çıxışı zamanı söylədiyi “İran rejimi ABŞ sanksiyalarına görə qarşıdakı aylarda yıxılacaq” sözlərini xatırladan dini lider Allahın lütfu ilə sanksiyaları məğlub edəcəklərini, bunun isə ABŞ-ın məğlub edilməsi anlamına gəldiyini bildirib.

Xamenei “xarici düşmənlər”in nəzarətindəki medianın “kimyəvi silahlar” qədər təhlükəli ola biləcəyini vurğulayıb.

ABŞ Vyana Diplomatik Münasibətlər Konvensiyasından geri çəkilib. Bu barədə məlumatı ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton verib.

Bolton Fələstinə görə ABŞ-ın konvensiyadan geri çəkildiyini bildirib. Belə ki, Fələstin ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsinə görə iddia qaldırıb.

Bolton Trampın sözügedən konvensiyadan çıxmaq barədə qərar verdiyini söyləyib.

NATO ölkələrinin müdafiə nazirləri bu gün Rusiyanın davranışlarına ittifaqın cavabını müzakirə edəcəklər. Bu haqda Nazirlər Şurasının plenar iclasının açılışında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Biz bu gün Rusiyanın daha inadlı davranışlarını və cənub sərhədlərimizdə qeyri-sabitlik də daxil olmaqla, ittifaqın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəyik. Biz ittifaqın uyğunlaşdırılmış komanda strukturunun reallaşdırılmasına baxacağıq. Bu, istənilən istiqamətdən təhdidlərə reaksiya göstərmək üçün əsas yaradır”, - Stoltenberq deyib.

Müdafiə nazirlərinin iclasının qalan hissəsi bağlı qapılar arxasında keçəcək.

Qeyd edək ki, daha əvvəl Stoltenberq Qara dənizdə Rusiyanın hərbi baxımdan gücləndirilməsindən və Azov dənizindəki vəziyyətdən narahatlığını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm