Dəhşətli PLANIN DETALLARI, görünməyən SİLAHLA ÖLÜM… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dəhşətli PLANIN DETALLARI, görünməyən SİLAHLA ÖLÜM… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan baş nazirinin həyat yoldaşı A.Hakopyanın işğal olunmuş ərazilərimizə qanunsuz səfərlə bağlı təşəbbüsü ilə əlaqədar RF Xarici İşlər Nazirliyi (XİN) qarşısında məsələ qaldıracaq. ABŞ radikal islamı ölkə üçün başlıca təhlükə adlandırıb. "Şimal axını 2” qaz kəməri işə düşsə, Kiyev ehtiyat planını işə salacaq. Rusiya və Hindistan arasında S-400 “Triumf” raketdən müdafiə sistemlərinin tədarükü ilə bağlı razılaşma imzalanıb.

Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan baş nazirinin həyat yoldaşı A.Hakopyanın işğal olunmuş ərazilərimizə qanunsuz səfərlə bağlı təşəbbüsü ilə əlaqədar RF Xarici İşlər Nazirliyi (XİN) qarşısında məsələ qaldıracaq. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada PKK/PYD terror təşkilatını 19 min TIR və 5 min yük təyyarəsi silah-sursatla təmin edən ABŞ Şimali İraqın Sincar bölgəsində “ikinci Qəndil” qurmaq istəyir. 2014-cü ilin avqustunda İŞİD bəhanəsi ilə PKK tərəfindən işğal edilən Sincarda terror təşkilatının varlığı gələcəkdə Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhdid yarada bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi Vaşinqton Rusiyanın Suriyaya S-300 zenit raket kompleksləri yerləşdirməsinə cavab məqsədilə İsrailə əlavə olaraq yeni nəsil F-35 qırıcılarının verilməsinə hazırlaşır. Pentaqon İsrailə F-35-lərin çatdırılmasının operativliyini təmin etmək məqsədilə qırıcıların ABŞ Hərbi Hava Qüvvələrinin fəaliyyətdə olan eskadriliyasının tərkibindən verilməsini qərara alıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp qırıcıların İsrailə dərhal çatdırılması üçün göstəriş verib. Ağ Ev bu addımı Suriya ordusunun HHM imkanlarının gücləndirilməsinə baxmayaraq, ABŞ-ın İsrailin Suriyada təşkil etdiyi əməliyyatları dəstəkləmək qərarının qəti olduğunu nümayiş etdirmək məqsədilə atdığı bildirilir.

Suriyaya tədarük edilən S-300-lər İsrail aviasiyasını izləmək gücündə deyillər. Bunu jurnalistlərə açıqlamasında İsrail Regional Əməkdaşlıq naziri Saxi Xaneqbi deyib.

“Bu komplekslər bizim aviasiyamızın qarşısını ala bilməyəcək. Bizim Hərbi Hava Qüvvələrimizin əməliyyat imkanları o cürdür ki, S-300-lər onların effektivliyinin qarşısını ala bilməz. S-300-lər hətta İsraildəki F-35-ləri də izləmək gücündə deyil. Biz strateji planlaşdırmamızda çoxdan bu sistemlərin imkanlarını nəzərə alırıq”, – deyə o bildirib.

ABŞ-ın terrorizmlə mübarizə ilə bağlı yeni strategiyasında radikal islamın ölkə üçün başlıca təhlükə olduğu qeyd edilir. Bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

“Radikal islam terrorçu qrupları aparıcı təhlükə olaraq qalır”, – deyə Bolton bildirib.

O, eyni zamanda İŞİD üzərində qələbədən, onun praktiki olaraq məhv edilməsindən də bəhs edib.

Rusiya və Hindistan arasında S-400 “Triumf” raketdən müdafiə sistemlərinin tədarükü ilə bağlı razılaşma imzalanıb. Razılaşma Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modi arasında Dehlidə imzalanıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müqavilənin 5 milyard dollar dəyərində olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya prezidentinin müşaviri Yuri Uşakov Vladimir Putinin Hindistana səfəri zamanı S-400 raketdən müdafiə sistemlərinin tədarükü ilə bağlı 5 milyard dollarlıq müqavilə imzalanacağını bildirmişdi.

Rusiya və Hindistan BMT Təhlükəsizlik Şurasında reformların vacibliyini təsdiqləyiblər. Bu sözlər Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modinin birgə bəyanatında yer alıb. Bəyanatda reformların müasir dünya nizamını özündə əks etdirməsi üçün vacib olduğu bildirilib:

“BMT TŞ qlobal çağırışlara daha effektiv reaksiya verməlidir. Rusiyanın Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə daxil olması ilə bağlı dəstəyi dəyişməz olaraq qalır”.

Alimlər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bioloji silah - genetik modifikasiya olunmuş virusun yayılması üçün həşəratların yaradılması üzərində iş aparmasına şübhə edirlər. İstehsalçıların özləri isə iddia edirlər ki, texnologiya bitkilərin xüsusiyyətlərinin yaxşılaşması üçün lazımdır və yalnız fayda üçün istifadə olunacaq. Fransada Təkamül Elmləri İnstitutu və Almaniya Frayburq Universitetinin alimlərinin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrdə istifadə üçün yeni texnologiyalar hazırlayan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) “Həşərat-müttəfiqlər” (Insect Allies) layihəsi çərçivəsində genetik modifikasiya olunmuş virusların yayılması üçün istifadə edilmiş ola bilərlər.

Alimlər öz qorxularını “Science” jurnalında dərc olunan məqalədə ifadə ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əgər “Şimal axını 2” qaz kəməri işə düşsə, Kiyev ehtiyat planını işə salacaq. Bunu jurnalistlərə açıqlamasında Ukraynanın “Naftoqaz” şirkətinin kommersiya direktoru Yuri Vitrenko deyib. Onun sözlərinə görə, Kiyevin ehtiyat planı Rusiyadan 12 milyard dollar kompensasiya tələb etməkdir.

O, Kiyevin bu kompensasiya hesabına öz zərərlərini qarşılayacağını bildirib.

Ukrayna 1,5 kilometr uçuş məsafəsi olan raket yaratmağa qadirdir. Bu haqda hərbi ekspert və yazıçı Valentina Badrak “UkrLife” onlayn-nəşrinə müsahibəsində bildirib.

“Hətta deyərdim ki, Ukrayna artıq 1,5 min kilometr uçuş məsafəsi olan raketi yaratmaq imkanına və qabiliyyətinə nail olub. Bu raket Moskvaya qədər çata bilər”, - o deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm