Müharibə ərazisinə UÇUŞ, Paşinyan əraziləri QAYTARMAĞA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Müharibə ərazisinə UÇUŞ, Paşinyan əraziləri QAYTARMAĞA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın sabiq prezidenti Robert Koçaryan öz partiyasını yaratmağa və müxalifətə getməyə hazırlaşır. Rusiya ABŞ-dan İŞİD döyüşçülərinin Suriyadan İraq və Əfqanıstana daşınması məsələsinə aydınlıq gətirilməsini tələb edib. Moskva Ukraynanın Azov dənizində NATO ilə birgə təlimlər keçirə bilməyəcəyini açıqlayıb. Rusiyanın ABŞ sanksiyalarına cavabı fərqli ola, burada assimetrik qərarlar da yer ala bilər. Sorğu Amerika ordusunun növbəti ildə genişmiqyaslı müharibəyə cəlb ediləcəyini ortaya qoyub.

“Rosbalt” agentliyi ABŞ prezidentinin “Amerika qırğısı” kimi tanınan milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun oktyabrın 20-də Rusiya və Cənubi Qafqaz ölkələrinə başlanan səfərini “Amerika qırğısı müharibə ərazisinə uçur” başlığı ilə şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistanın yeni hökuməti əraziləri Azərbaycana qaytarmağa hazırdır”. Bu iddia ilə Ermənistanın Demokrat Partiyasının sədri Aram Sarkisyan ABŞ-ın İrəvandakı səfiri Riçard Millsin “münaqişənin istənilən həll variantı ərazilərin müəyyən qisminin qaytarılması ilə nəticələnəcək” açıqlamasını şərh edərkən çıxış edib.

A. Sarkisyan hesab edir ki, ABŞ səfirinin işğal altındakı ərazilərin qaytarılması ilə bağlı fikirlərini təkcə öz missiyasını başa çatdıran diplomatın son sözləri olaraq qiymətləndirmək olmaz.

“Çünki Mills təkcə postunu tərk edən səfir yox, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin nümayəndəsidir. Bu baxımdan, onun fikirləri bütün həmsədr ölkələrin birgə mövqeyi ola bilər”, - deyə o bildirib.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan öz partiyasını yaratmağa və müxalifətə getməyə hazırlaşır. Koçaryan bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

“Əgər siyasətə qayıdırsansa, onda bu haqda düşünmək lazımdır. İndi müxalifət düşərgəsində çox ciddi boşluğu görürəm və hesab edirəm ki, ölkənin xeyrinə bu boşluğu doldurmaq lazımdır”, - Koçaryan əlavə edib.

Sabiq prezident qeyd edib ki, hər hansı yüksək vəzifəni tutmağa cəhd göstərmir:

“Əgər belə bir cəhd olsaydı, mən 10 il öz şəxsi həyatımı yaşamazdım. Vəziyyət elə inkişaf edir ki, səni prosesə cəlb edir”.

Bu ilin sonunda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirakına gəlincə, Koçaryan sadəcə vaxt çatmadığını vurğulayıb.

Jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı Ər-Riyada təzyiqlərin güclənməsi kral ailəsini vəliəhd Məhəmməd bin Salmanın xələfini axtarmağa məcbur edib. “Le Fiqaro” qəzeti 7 əsas klanı birləşdirən Müdriklər Şurasının artıq bir neçə gündür gizli iclas keçirdiyini yazıb.

“Ekspertlərin fikrincə, bu şura vəliəhd üçün müavin təyin edə bilər. Bu vəzifə 2017-ci ildə Məhəmməd bin Salman vəliəhd təyin olunanda ləğv edilib. Vəliəhdin müavini vəzifəsinə 30 yaşlı Xalid bin Salman təyin edilə bilər. O, vəliəhdin kiçik qardaşıdır və keçən həftə ABŞ-daki səfir vəzifəsindən uzaqlaşaraq geriyə qayıdıb.

Əgər Xalid bin Salman müavin təyin edilsə, bu, Məhəmməd bin Salmanın vəliəhd vəzifəsindən getməsinin yaxın olduğunu göstərəcək. Lakin bu proses dərhal baş verməyəcək”, - məqalədə bildirilib.

Moskva İŞİD terror qruplaşmasının döyüşçülərinin amerikalılar tərəfindən İraq və Əfqanıstana daşınması haqqında məlumatları tez-tez əldə edir. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT France”, “Paris Match” və “Figaro”ya verdiyi müsahibəsində bildirib.

“Bizdə tez-tez faktlar meydana çıxır ki, amerikalılar İŞİD döyüşçülərini İraq və Əfqanıstana daşıyırlar. Bu, həyəcanlı faktlardır”, - Lavrov qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Azov dənizində NATO ilə birgə təlimlər keçirə bilməyəcək, çünki, bunun üçün Rusiyanın razılığı tələb olunur. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “RT France”, “Paris Match” və “Figaro”ya verdiyi müsahibəsində bildirib.

“İndi Ukrayna Azov dənizinə NATO təlimlərini çağırmaq istəyir, amma orada birgə təlimlər keçirilə bilməz. Çünki, Ukrayna ilə müqaviləmiz Azov dənizinə hərbi gəmilərin keçidi üçün ikitərəfli razılıq tələb edir”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.

Rusiya diplomatiyasının başçısının sözlərinə görə, NATO Rusiyanın sərhədlərində silah yığmağa davam edir:

“Avropada nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə kökləniblər ki, Amerikanın və yəqin ki, NATO-nun başqa ölkələrinin ağır silahlarını sərhədlərimizə çatdırmaq daha asan olsun”, - Lavrov deyib.

Praktik olaraq Amerika hərbi qulluqçularının yarısı əmindir ki, ABŞ növbəti ildə genişmiqyaslı müharibəyə cəlb ediləcək. Bunu “Military Times” portalı tərəfindən dərc edilmiş sorğunun nəticələri göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın ABŞ sanksiyalarına cavabı fərqli ola, burada assimetrik qərarlar da yer ala bilər. Bunu “Avronyus” televiziyasına müsahibəsində Rusiya Baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, ABŞ-ın sanksiyalarına cavab hərbi xarakterli olmayacaq:

“Sanksiyalar pis yoldur. Biz bunun haqqında hər zaman deyirik. Bunu biz başlatmamışıq və biz də bitirməyəcəyik”.

Rusiya Suriyada terrorizm təhlükəsi ucbatından əməliyyata başlayıb. Bunu Valday Klubunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.

“Terrorizm bizim ölkə, eləcə də qonşular üçün çox böyük təhlükədir. Məhz buna görə biz Suriyada aktiv əməliyyatlara başladıq. Rusiya qlobal terrorizmə tam qalib gəlməyib, amma biz onlara ağır zərbələr vurmuşuq”, - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya Suriyanın dövlətçiliyini qorumağı bacarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm