Milad “HƏDİYYƏSİ”, nüvə müharibəsinə DOĞRU… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Milad “HƏDİYYƏSİ”, nüvə müharibəsinə DOĞRU… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyənin İzmir şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. ABŞ Maliyyə Nazirliyi Milada qədər Rusiya oliqarxlarına qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir. Vaşinqton Suriya prezidenti Bəşər Əsədin vəzifədə saxlanılması imkanlarını nəzərdən keçirir. Suriyanın Hələb şəhərində rejimə bağlı “Şebbiha” gücləri ilə İran tərəfindən nəzarət edilən şiə döyüşçülər arasında silahlı qarşıdurma baş verib.

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Vaşinqton Suriya Prezidenti Bəşər Əsədin vəzifədə saxlanılması imkanlarını nəzərdən keçirir. Bu barədə məlumatı NBC yayıb. Vaşinqtonun ərəb dövləti üçün xüsusi keçid planı hazırladığı iddia edilib.

“Vaşinqton İranı Suriya ərazisindən siyasi və diplomatik rıçaqlar vasitəsilə çıxarmaqda maraqlıdır. Amerikalı analitiklərin fikrincə, bu, gələcəkdə ABŞ-la İran arasında açıq hərbi toqquşma riskini azaldacaq”.

Suriyanın Hələb şəhərində rejimə bağlı “Şebbiha” gücləri ilə İran tərəfindən nəzarət edilən şiə döyüşçülər arasında silahlı qarşıdurma baş verib. Qarət və təsir sahələrinin bölüşdürülməsi məsələləri üzrə anlaşılmazlıqla başlayan qarşıdurmada hər iki tərəfdən 85 nəfər ölüb, 110 nəfər yaralanıb.

Suriya ordusunun qarşıdurmaya müdaxilə etmədiyi bildirilir. Azad Suriya Ordusunun tərkibində yer alan “Ceyş-ul Mücahid” qruplaşmasının keçmiş sözçüsü Zəkəriyyə Mollahafçı Hələbdə davam edən qarşıdurmaları İranla Rusiya arasındakı nüfuz mübarizəsi adlandırıb.

İstanbulda oktyabrın 27-də Türkiyə, Rusiya, Fransa və Almaniyanın liderlərinin iştirakı ilə Suriya üzrə dördtərəfli görüş keçiriləcək. Bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın federal kansleri Angela Merkel Suriyadakı vəziyyəti ətraflı müzakirə edəcək, İdlib üzrə razılaşmaların icrası da daxil olmaqla, münaqişənin siyasi nizama salınması prosesini müzakirə edəcəklər.

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının qətli (Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda yoxa çıxan jurnalistlə bağlı bütün versiyalar onun öldürülməsi ilə bağlıdır – red.) üzrə məsuliyyəti vəliəhd şahzadə Məhəmməd ibn Salmanın yüksək vəzifəli məsləhətçilərindən biri, kəşfiyyat səlahiyyətlisi general Əhməd əl-Assirinin üzərinə atmağa hazırlaşır. Bu iddia ilə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belə görünür ki, Camal Qaşıqçı öldürülüb. Bunun nəticələri ağır olacaq. Bu sözləri ABŞ Prezident Donald Tramp deyib. Yaranmış situasiyanın pis olduğunu vurğulayan ABŞ prezidenti istintaqın nəticələrini gözlədiyini bildirib.

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı Tvitter üzərindən bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın əleyhinə əməliyyat keçirməyi planlaşdırırdı. Bu plan İsrail tərəfindən ifşa edilərək Məhəmməd ibn Salmana bildirilib. Bundan sonra isə Qaşıqçının təhdid prosesi başlayıb.

Bu haqda Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qərb ölkələri Rusiya ordusunun yeni “Armata T-14” tankının “qatil”inin hazırlanmasına başlayıb. Bu haqda “Focus” nəşri yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Maliyyə Nazirliyi Milada qədər Rusiya oliqarxlarına qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir. Bu haqda siyası “Nezıqar” Teleqram-kanal yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

10-a yaxın ölkə Rusiya ilə S-300 və S-400 sistemlərinin alınması üçün danışıqlar aparır. Bunu “RİA Novosti”yə açıqlamasında Dünya Silah Ticarəti Analizi Mərkəzinin rəhbəri İqor Korotçenko deyib.

“Rusiya artıq Yaxın Şərq və Şimali Afrika ölkələriylə silah tədarüküylə bağlı müqavilələr paketi imzalayıb. Bu barədə rəsmi şəkildə silah tədarükü bitdikdən sonra açıqlama veriləcək. Yaxın Şərq və Şimali Afrika ölkələrinin Rusiyanın silah tədarükündəki payı hər il artır. Eyni strategiyanı Suriyaya S-300 tədarükü zamanı istifadə etmişik. S-300-lərin Əsədə verilməsindən sonra bunu elan etdik”, – deyə o bildirib.

Sanksiyalar, ticarət müharibələri və yüksək mübahisəlik şəraitində beynəlxalq siyasət gərginliyin pikinə nail olub. Bu haqda Qazaxıstan prezidenti Nursultan Nazarbayev, ASEM (Asiya-Avropa) sammitinin plenar sessiyasında çıxışında bildirib.

O, mövcud geosiyasi vəziyyəti Karib böhranı (SSRİ ilə ABŞ arasında sovet raketlərinin 1962-ci ilin oktyabrında Kubada yerləşdirilməsi ilə bağlı yaranan və dünyanı nüvə müharibəsinin bir addımlığına gətirən gərginlik - red.) ilə müqayisə edib. Nazarbayev qeyd edib ki, ABŞ, Rusiya, Çin, Avropa İttifaqı və başqa dövlətlər dünyada mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün sammit çağırmalıdır.

“Əgər Suriya, Ukrayna və başqa ölkələrdə problemlərin nizama salınması ilə məşğul olmasaq, vəziyyət daha da pisləşəcək. Ballistik raketlərin yayılması təhlükəsi mövcud olduqca, beynəlxalq terrorizm əsas problem olaraq qalacaq”, - Qazaxıstanın dövlət başçısı deyib.

“Rusiya Sovet İttifaqının dağılmasına gətirib çıxaran durğunluq mərhələsinə daxil olub. Düşünürəm ki, əgər prezident Vladimir Putinin belə siyasəti davam edərsə, onda Rusiyanı çətin zamanlar gözləyir Rusiya tezliklə SSRİ-nin taelyini təkrarlayacaq”. Bunu Ukraynanın “Apostrof” nəşrinə təhlükəsizlik məsələləri üzrə ekspert, xarici kəşfiyyat veteranı, general-leytenant Vasiliy Boqdan bildirib.

“Fikrimcə, Rusiyada müəyyən proseslər baş verəcək. Düşünürəm ki, onlar kənarlardan, ya xud da mükündür ki, mərkəzdən başlanacaq. Çünki belə bir düstur var ki, Ukraynada hakimiyyət Meydanda, Rusiyada isə saray çevrilişləri yolu ilə dəyişir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm