Millət vəkilindən SƏRT SÖZLƏR: Onlar avaradır
Bizi izləyin

Nida Təhlil

Millət vəkilindən SƏRT SÖZLƏR: Onlar avaradır

Noyabrın 17-i, Azərbaycan Milli Dirçəliş Gününü qeyd etdiyi bir zamanda özünü “Milli Şura” adlandıran qurumda birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında icazəsiz aksiya keçirməyə cəhd göstərib. Milli Dirçəliş günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunub. Onlar qanunsuz aksiya iştirakçılarını polislə toqquşmaya təhrik edib və qeyri-qanuni əməllərini cəhd edərkən həmişəki kimi olduqları məkanın fərqinə varmayıblar.

Lakin onların bu cəhdi baş tutmayıb. Hüquq-mühafizə orqanlarının dərhal qeyri-qanuni aksiyaya müdaxilə edərək, asayişi təmin edib.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə sanksiyalaşdırılmamış aksiyaya dair fikirlərini Publika.az-la bölüşüb.

A.Əlizadə bildirib ki, qeyri-qanuni aksiya keçirməyə təşəbbüs göstərən insanlar avaradır:

“Bu cür hərəkətlər edirlər ki, adları gündəmdə qalsın. Mənası yoxdur. İnsanın insafı olar, vicdanı olar. Şəhidlər Xiyabanına getməyin mənası nədir həmin günü? Həmin günün Şəhidlər Xiyabanı ilə nə əlaqəsi var? Onlar ancaq təxribat edir və cavablarını da alırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm