Nida Təhlil
Paşinyana AĞIR ZƏRBƏ: Ermənistan tarixində ilk dəfə...
Dünən Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi
“Mənim addımım” blokunun qələbəsi ilə başa çatan parlament
seçkiləri ən az seçici fəallığı ilə bu ölkənin tarixinə düşüb.
Publika.az xəbər verir ki, seçkilərə erməni seçicilərin 50
faizindən azı qatılıb.
“İravunk” qəzeti yazır ki, seçkilərə cəmi 48,63 faiz seçici
qatılıb: “Bu, Ermənistanın seçki tarixində ən aşağı göstəricidir.
“Məxməri inqilab”dan sonra Nikol Paşinyana ciddi zərbə aldı. Çünki
ən azı seçicilərin yarısı onun parlamentini dəstəkləmir. Bu o
deməkdir ki, yeni hakimiyyətin tənqidləri çox olacaq. Paşinyan
“məxməri inqilab”ın nəticələrini bərkitmək üçün müxtəlif yollara əl
ata bilər. Dünən günorta 14:00-a olan seçici fəallığının
göstəricisi isə kədərli idi: 24,53 faiz. Paşinyan xahiş etdi ki,
“hava tutqundur, lakin evdə qalmayın, gedin səs verin”. Lakin
seçicilərin yarısından çoxu bu çağırışa səs vermədi və onların evdə
qalmasına səbəb heç də tutqun hava deyildi”.
Qəzet qeyd edir ki, heç bir rayon və şəhərdə seçici fəallığı 50
faizi keçmədi.
“Gümrüdə cəmi 39,22 faiz, Vanadzorda 46,66 faiz seçici seçkiyə
gəldi. İrəvanın da heç bir rayonunda seçicilərin 50 faizdən çoxu
seçki məntəqələrinə gəlmədi. Hərçənd, “Mənim addımım” bloku 550 min
dollarlıq seçki kampaniyası keçirmişdi. Bütün bunlar “məxməri
inqilab”ın ümumxalq istəyi olmadığını sübut etdi”, - deyə qəzet
yazır.
Respublika Partiyasının sədr müavini Armen Aşotyan Feysbuk
səhifəsində bildirdi ki, “seçicilərin laqeydliyi və xalqın
məyusluğu Nikol Paşinyanın şıltaqlığının nəticəsi idi”.
Asif
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək