
Ermənistanda Nikol Paşinyan komandası ilə Azərbaycanın
işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim
arasında qarşıdurma davam edir.
Publika.az xəbər verir ki, separatçı rejimə bağlı “siyasi
qruplar” keçmiş prezident Robert Koçaryana qarşı qaldırılan cinayət
işinə xitam verilməsini tələb edirlər.
Erməni şərhçi Sərkis Artsruni isə bu tələbi Paşinyan hökumətinə
qarşı sui-qəsd olaraq qiymətləndirib.
Onun iddiasına görə, keçmiş hakimiyyət Paşinyana qarşı Qarabağ
rıçağından sona qədər istifadə etmək niyyətindədir: “Hətta
qarşıdurmanın aktiv fazaya keçməsi ehtimalı hər keçən gün daha da
artır. Qarabağdakı “parlamentin” üzvü olan “siyasi partiyalar”ın
Koçaryana qarşı açılan cinayət işinin ləğv edilməsi haqqında
bəyanatı bu ehtimalı gücləndirir. Burada Rusiya faktoru də var və
Rusiya prezidenti Vladimir Putinin Koçaryanın ad günün xüsusi
olaraq təbrik etməsi bu proseslər fonunda heç də təsadüfi
deyil”.
Erməni şərhçi hesab edir ki, Qarabağdakı separatçılarla İrəvan
arasındakı uçurum dərinləşir və sonda bunun mənfi nəticələri ola
bilər.
Asif