Nida Təhlil
Moskvadan HÜCUM XƏBƏRDARLIĞI, işğal olunmuş ƏRAZİLƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif fevral ayında Tehranda görüşəcəklər. Ermənistanın eks-prezidenti Serj Sərkisyan yaxın zamanlarda həbs ediləcək. Avropa İttifaqının İranla ticarət üzrə xüsusi mexanizmi İrana ABŞ-ın sanksiyalarından yan keçməyə imkan verəcək. ABŞ Senatının xarici işlər üzrə komitəsi “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı hazırlanan qətnaməyə baxacaq. BMT səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı hesabatını açıqlayıb.
Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif fevral ayında Tehranda görüşəcəklər. Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevral ayının sonunadək İrana səfər edəcək.
Görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Ermənistanın Respublika Partiyasının (rəhbəri keçmiş prezident və baş nazir Serj Sarkisyandır –red.) mətbuat katibi Eduard Şarmazanov yeni hökumət proqramı ilə bağlı fikirlərini bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistanın eks-prezidenti Serj Sərkisyan yaxın zamanlarda həbs ediləcək. Bu məlumatı “Politik.am” saytı etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, onun həbsi haqqında qərar hakimiyyətin yuxarı eşelonlarında artıq qəbul edilib.
Qeyd edək ki, Serj Sərkisyan 1 mart hadisələriylə bağlı bir müddət əvvəl istintaqa dəvət edilib və 5 saat dindirilib.
Türkiyə Suriyanın Münbiç şəhəri və Fəratın şərqində terror təşkilatlarına qarşı hərbi müdaxiləyə hazırlaşdığı bir vaxtda, 7 ölkə öz qüvvələrini bölgəyə yerləşdirmək üçün hərəkətə keçib. ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xarici işlər nazirləri Vaşinqtonda ortaq bəyannamə yayımlayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Suriyanın İdlib vilayətində Türkiyə və Rusiya arasında razılaşdırılan silahsızlaşdırılmış zona indiyə qədər işləməyə başlamayıb. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin bildirib.
Rusiya diplomatı Türkiyəni öz vədlərinin icrasını maksimum sürətləndirməyə çağırıb.
Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların nəticəsinə görə, iki ölkənin müdafiə nazirləri İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzalayıblar və vilayətdə silahsızlaşdırılmış zonanın yaradılması barədə razılaşıblar.
Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin Suriyanın İdlib vilayətində hərbi əməliyyatın keçirilməsi imkanını qiymətləndirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İranın raket proqramının qarşısının alınması üçün beynəlxalq məhdudiyyətləri sərtləşdirmək lazımdır. Bunu öz Tvitter səhifəsində ABŞ Dövlət katibi Mayk Pompeo paylaşıb.
“Sonuncu raket buraxılışı növbəti dəfə sübut edir ki, İranla nüvə razılaşması onun raket proqramının qarşısını almağa yardım etmir. İran ballistik raket potensialını artırmaqla BMT Təhlükəsizlik Şurasına meydan oxuyur. Biz İranın raket proqramının qarşısını almaq üçün sərt məhdudlaşdırıcı tədbirləri bərpa etməliyik”, – deyə o bildirib.
“Amerikaya ölüm!” şüarı sadə amerikalılara, xalqa deyil, ABŞ Prezidenti Donald Tramp, onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və dövlət katibi Maykl Pompeo kimi siyasətçilərinə yönəlib”. Bunu İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ölkəsinin Hərbi Hava Qüvvələri komandanları, pilotları və bəzi rəsmilərlə görüşündə bildirib.
Qeyd edək ki, “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları 1979-cu ilin fevralında İranda baş vermiş İslam inqilabının ilk illərindən indiyə kimi səslənir.
Avropa İttifaqının İranla ticarət üzrə xüsusi mexanizmi İrana ABŞ-ın sanksiyalarından yan keçməyə imkan verəcək. Bu haqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “RT Arabic” kanalına (“Russian Today” telekanalının ərəb xidməti –red.) müsahibəsində bildirib.
Xatırladaq ki, ötən həftə Almaniya, Fransa və Böyük Britaniya Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları şəraitində İranla ticarət etməyə imkan verən mexanizm yaradıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
BMT səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı hesabatını açıqlayıb. Hesabatda cinayətin Səudiyyə Ərəbistanı dövlət rəsmiləri tərəfindən planlaşdırıldığı və Türkiyənin hadisəni aydınlaşdırmaq cəhdlərinə ciddi maneələr yaradıldığı ifadə olunub.
"Dəlillər Camal Qaşıqçının Səudiyyə Ərəbistanı dövlət rəsmiləri tərəfindən plnlaşdırıldığı və vəhşiliklə həyata keçirildiyini göstərir", - deyə hesabatda bildirilir.
Qeyd edək ki, Camal Qaşıqçı ötən il oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.
Rusiya, Çin və İran ABŞ üçün əsas təhdidlər sırasındadır. Bunu ABŞ Dövlət Departamentinin Qlobal Qarşılıqlı Fəaliyyət Mərkəzinin yeni rəhbəri olacaq Lia Qabriel deyib.
ABŞ Senatının xarici işlər üzrə komitəsi “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı hazırlanan qətnaməyə baxmaq niyyətindədir. Bu haqda Konqresin yuxarı palatasının saytında xəbərdə deyilir.
Senatorlar Cim Riş, Ron Conson, Robert Menendes, Cin Şaxin və Dik Durbin sənədin həmmüəllifləridir.
“”Şimal axını-2” kimi layihələr Avropanın energetika təhlükəsizliyi üçün təhlükə təşkil edir və biz Avropa Parlamenti ilə həmfikirik ki, layihə ləğv edilməlidir”, - qətnamə layihəsinin mətnində deyilir.
Donbasda yaradılan “Donetsk Xalq Respublikası” separatçı rejimi 300 məhbusu Kiyevə verməyə hazırlayır. Bu haqda separatçıların “ombudsman”ı Darya Morozova bildirib.
Onun sözlərinə görə, məhbuslar Donbasda münaqişənin başlanmasına (2014-cü ilin aprel ayı-red.) qədər ittiham edilmişdilər və indi cəzalarını Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərdə çəkmək arzularını ifadə ediblər.
Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Donbasa muxtar region statusu verilməsi üzrə təşəbbüslərə qarşı çıxıb.
“Bu, tamamilə yolverilməzdir. Bu, bizim ərazimizdir, bu, bizim torpağımızdır”, - siyasətçi “1+1” telekanalının efirində deyib. O qeyd edib ki, Donetsk və Luqansk vilayətlərinin xüsusi statusu haqqında qanun Donbasa birbaşa muxtariyyət verməsə də, bu qanunla real muxtariyyət təsdiq edilib.
Timoşenko həmçinin Budapeşt formatında (ABŞ, Ukrayna, Böyük Britaniya və Rusiya) vəziyyətin nizama salınması üzrə danışıqlar aparmağa çağırıb.
Xatırladaq ki, Ukraynanın tərkibində Donbas muxtar regionu yaratmaq təklifi ilə daha əvvəl “Ukraynanın seçimi – xalqın hüququ” ictimai hərəkatın lideri Viktor Medvedçuk çıxış edib.
Ömər Dağlı
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi