Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE, Moskvadan ƏMR… GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE, Moskvadan ƏMR… GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib. Ermənistan ordusu Suriyada hərbi əməliyyatlarda iştirak edə bilər. Vaşinqton Ankaranı Rusiyanın raket əleyhinə müdafiə sistemlərini almamağa çağırıb. 2014-cü ildən bəri Yaxın Şərqdə terror fəaliyyəti ilə məşğul olan İŞİD-in büdcəsi açıqlanıb. ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını əvəz edən və orta mənzilli ballistik raketlərə sahib ölkələrin daxil olduğu yeni razılaşmanın imzalanmasına hazırdır.

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib. Paşinyan əvvəlki kimi “Dağlıq Qarabağ xalqı”nın öz taleyinin təyin edilməsində iştirakının vacib olduğunu, buna görə də danışıqlar masasında tərəf kimi çıxış etməsi fikrini səsləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezident seçkiləri” keçiriləcək. Separatçı rejimin hazırkı rəhbəri Bako Saakyanın “namizədliyini” verməyəcəyi deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus Ermənistanla adət etdiyi münasibəti bir daha görməyəcək. Bunu Qavaredə icma rəhbərləri ilə görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bizə kiçik ölkə, kiçik xalq kimi münasibət göstərməyə davam edəcəklər. Mən dəqiq şəkildə deyə bilərəm ki, belə olmayacaq.

Ermənistan ordusu Suriyada hərbi əməliyyatlarda iştirak edə bilər. Bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Tonoyan qeyd edib ki, Ermənistanın humanitar missiyası Suriya hökumətinin müraciətindən sonra bu ölkəyə göndərilib.

“Bu missiya tam şəkildə qanuna uyğundur. Əgər hərbi əməliyyatlarda iştirak ehtiyacı yaranarsa, Ermənistan qanunauyğun formada iştirak edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Rusiyanın istəyindən sonra Suriyaya humanitar missiya göndərib. D. Tonoyanın Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdən sonra belə açıqlama verməsi ehtimal etməyə imkan verir ki, erməni hərbiçilərin hərbi əməliyyatlarda iştirakını da Moskva tələb edir.

Vaşinqton Ankaranı Rusiyanın raket əleyhinə müdafiə sistemlərini almamağa çağırır. Bu haqda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bildirib.

“Biz Rusiyanın istənilən növ zenit-raket sistemlərinin müttəfiq ölkələr tərəfindən alınmasından narahatıq”, - o deyib.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə ABŞ “Patriot” sistemlərinin alınması təklifinə baxacaq, ancaq “S-400” Rusiya komplekslərindən imtina etməyəcək.

Almaniyada PKK terror təşkilatına ağır zərbə vurulub. PKK ilə bağlı olan “Mesopotamiya” nəşriyyat evi və “MIR” multimedia şirkəti bağlanılıb.

ABŞ prezidenti Donald Tramp tvitterdə İrana qarşı sərt ifadələr işlədib. Tramp yaranmasının 40-ci ildönümünü qeyd edən İran hökumətinin yalnız uğursuzluq əldə etdiyini yazıb.

“40 illik qanunsuzluq, təzyiq və terror. İrandakı rejim sadəcə 40 illik uğursuzluq istehsal etdi. İran xalqı isə daha parlaq gələcəyə layiqdir”,- Tramp bildirib.

Prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton isə İranı açıq şəkildə təhdid edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrailin baş naziri Benyamin Netanyahu İrandan gələn “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” açıqlamasına reaksiya verib. Baş nazir bu təhdidə elə təhdidlə cavab verib.

Netanyahu bildirib ki, İran buna cəhd edərsə, bu, onların qeyd etdiyi son inqilab bayramı ola bilər: “İrandan gələn təhdidləri gözardı etmirik. Qorxmuruq da. Əgər bu rejim (İran) Təl-Əviv və Hayfanı yox etməyi sınamaq xətası buraxarsa ki, bunu bacarmaz – bu, onların son bayramı ola bilər. Bunu da nəzərə almalıdırlar”.

Qeyd edək ki, İslam İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Yadulla Cavani İRNA agentliyinə verdiyi açıqlamada “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” sözlərini demişdi.

2014-cü ildən bəri Yaxın Şərqdə terror fəaliyyəti ilə məşğul olan İŞİD-in büdcəsi açıqlanıb. BMT baş katibinin köməkçisi və Terrorla Mübarizə Dairəsinin prezidenti Vladimir Voronkov fərqli qaynaqlardan əldə etdiyi bilgilərə görə, İŞİD-in 50-300 milyon dollar arasında büdcəsi olduğunu deyib.

Təşkilatın mövcud durumu haqqında bilgi verən Voronkov İraqdakı terrorçuların 14-18 min nəfərinin, Suriyadakı terrorçuların isə 3 min nəfərinin xarici vətəndaş olduğunu qeyd edib.

Rusiyalı diplomat İŞİD-in təhdidinin Yaxın Şərqlə Afrikanın şimalı, qərbi və şərqindən Avropaya, Mərkəzi, Cənub və Cənub-şərqi Asiyaya qədər uzandığını əlavə edib.

Amerika lideri Donald Trampla Rusiya prezidenti Vladimir Putinin yeni görüşü hazırda planlaşdırılmır. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, hazırda ölkələrin liderlərinin hər hansı əlaqələri müzakirə edilmir.

“Top Vaşinqtonun tərəfindədir”, - Peskov yekunlaşdırıb.

Daha əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov bildirib ki, Vladimir Putin və Donald Trampın mümkün görüşü ciddi hazırlıq tələb edir. Onun sözlərinə görə, prezidentlərin söhbətləri həmişə beynəlxalq vəziyyətə müsbət təsir edir.

Rusiya və Çinin Latın Amerikası ölkələrində təsiri bu region üçün dağıdıcı gücə malikdir. Bu sözləri ABŞ-ın Kolumbiyadakı səfiri Kevin Uitaker deyib.

O bildirib ki, sözügedən ölkələr demokratik ənənələri təmsil etmir:

“Onların maraqları bu yarımkürədə yaşayan amerikalıların maraqlarından xeyli uzaqdır”.

Soyuq müharibənin bitməsindən sonra yaranan dünya nizamını yeni Rusiya, Çin və ABŞ toqquşması əvəzləyə bilər. Bu məlumat Münhen Təhlükəsizlik Konfrasının hesabatında yer alıb. Hesabatda bütün beynəlxalq liberal nizamın parçalandığı vurğulanıb:

“Bu, SSRİ-nin parçalanmasından sonra beynəlxalq təhlükəsizliyə maksimal təhdiddir. Bu gün Rusiya, ABŞ və Çin arasında rəqabətlə bağlı yeni era başlayıb”.

Sənəddə həmçinin ABŞ üçün Çinin ciddi, Rusiyanın isə daha təcili problem olduğu vurğulanıb.

Rusiyaya təzyiqlərin Kremlin siyasətində dəyişikliyə səbəb olmadığı da qeyd edilib.

Rusiya sputniklər əleyhinə lazer silahı yaradır. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında deyilib.

Bildirilib ki, Rusiyanın lazer kompleksləri orbital aparatları və onların ötürücülərini məhv etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, yayımlanan hesabatda Rusiya və Çin kosmosda ABŞ-a başlıca rəqib olaraq görülür.

Rusiyanın “Poseydon” strateji pilotsuz sualtı aparatlarının həqiqi hədəfi NATO-nun dağıdılmasından ibarətdir. Bu haqda ABŞ-ın “Business Insider” nəşrinə ekspertlər bildiriblər.

Qeyd edilir ki, sualtı aparatlar bütöv qitəni məhv edə bilərlər. Ekspertlərin fikrincə, bu aparatlar Amerika tərəfini Rusiyanın təcavüzünə cavab vermək fikrindən daşındıracaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını əvəz edən və orta mənzilli ballistik raketlərə sahib ölkələrin daxil olduğu yeni razılaşmanın imzalanmasına hazırdır. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beyli Hatçison deyib.

“Rusiya Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının iştirakçısıdır. Bununla bərabər raketlərə sahib olan digər dövlətlər də var ki, bu razılaşmaya zidd davranırlar. Biz nüvə silahsızlanmasına, silahlanmaya nəzarətə tərəfdarıq. Bizim hökumət orta mənzilli raketlərə sahib bütün ölkələrin daxil olduğu silahlanmaya nəzarətlə bağlı yeni razılaşma imkanları axtarır”, – deyə o bildirib.

Suriyadakı münaqişə göstərdi ki, müasir dünyada müharibə yeni formaya bürünüb, indi bir-birinə qarşı nizami ordular dayanmır. Bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

Generalın sözlərinə görə, təhdidlərin əhatə dairəsi genişlənib və Rusiya Silahlı Qüvvələri yeni çağırışlara hazırlıqlı olmalıdır.

“Biz Suriyadakı qarşıdurmanın silahlı münaqişənin tamamilə fərqli bir növü olduğunu görürük. Bu növ nizami orduların bir-birinə rəqib olduğu klassik müharibədən prinsipial şəkildə fərqlənir”, - nazir bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko gələn həftə Konstitusiyaya dəyişikliklər haqqında qanunu imzalayacaq. Bu haqda prezidentin özü Kiyevdə keçirilən investisiya forumunda bildirib.

“Ali Rada Avropa İttifaqı və NATO kursunun möhkəmləndirilməsi üzrə prezidentin təşəbbüsünü dəstəklədi və gələn həftə qanunu imzalayacağam”, - Poroşenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm