Nida Təhlil
Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq HƏR ŞEYİ AÇDI
Rusiya mətbuatı iddia edir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair gizli danışıqlar gedir. Bu iddiaya əsas olaraq isə münaqişə ətrafında vəziyyətin dəyişməsini, tərəflərin hərbi bəyanatlardan nisbi sakitliyə keçməsini göstərirlər: “Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər”.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq, sabiq diplomat Fikrət Sadıxov isə bildirir ki, həqiqətdə belə bir şey yoxdur:
“Ermənistanla Azərbaycan arasında heç bir gizli danışıq getmir. Bütün danışıqlar rəsmi şəkildə Minsk qrupunun həmsədrləri vasitəsilə aparılır, ya da nazirlərin təkbətək görüşləri keçirilir. Artıq xarici işlər nazirləri bir neçə raund görüş keçirib. Dövlət başçımız da Davosda Ermənistanın baş naziri ilə saat yarım söhbət edib. Rəsmi İrəvanın ziddiyyətli bəyanatlarına baxmayaraq, müsbət dinamikanın elementləri hiss olunur. Amma nəticələr haqqında nəsə demək hələ ki, tezdir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Armen Sarkisyan Almaniyada çıxış edərkən bildirib ki, tərəflərin münaqişəni həll etmək üçün sülhdən başqa yolu yoxdur. Bu, bizim üçün Amerikanı yeni kəşf etməkdir. Lakin biz özümüz də istəmərik ki, Qarabağda yenidən müharibə alovlansın. Elə buna görə də 25 ildir, danışıqlar formatındayıq. Ona görə biz uzun illər ərzində çalışırıq ki, diplomatik, dinc yolla bu məsələni həll edək. Ermənistan isə nə torpaqları azad edir, nə münaqişənin həllinə maraq göstərir, nə də ki, beynəlxalq hüquq normalarına əməl edir. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Əgər erməni tərəfi müharibənin alovlanmasından narahatdırsa, onda bunu nəzərə alaraq nəticə çıxarmalıdırlar”.
Politoloq bildirib ki, Armen Sarkisyanın bu çıxışını Ermənistanın geri addımı kimi dəyərləndirmək olmaz:
“Açıq deyim, mən bu çıxışı müsbət addım kimi dəyərləndirə bilmərəm. Çünki burada niyyət başqa da ola bilər. Əgər Ermənistan düşünürsə ki, müharibənin alovlanmaması üçün torpaqları azad etmək lazımdır, o zaman bu çıxışı müsbət dəyərləndirmək olar. Amma əgər hesab edirlərsə ki, torpaqlar azad olunandan sonra Dağlıq Qarabağda müstəqil bir dövlət qurulacaq və bu məsələ yekun mərhələsinə gəlib çatacaq, o zaman yanılırlar. Mən bu həqiqətləri nəzərə alıb bu yanaşmanı irəli sürürəm”.
Fikrət Sadıxovun sözlərinə görə, Armen Sarkisyanın bu çıxışı Nikol Paşinyanla arasında dərin ziddiyyət yaratmayacaq:
“Onların məsələyə yanaşma forması başqa cür olsa da, məzmunca
eyni fikirləri səsləndirirlər. Sarkisyan daha yumşaq ifadələrlə
fikirlərini çatdırır. Paşinyan isə daha ziddiyyətli və sərt
bəyanatlar səsləndirir.
Amma hər bir halda, onlar Dağlıq Qarabağı müstəqil dövlət kimi
görmək istəyirlər. Azərbaycan isə buna heç vaxt imkan
verməyəcək”.
Zümrüd
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ