Nida Təhlil
Sülh əvəzinə ƏRAZİLƏR, düşmən QORXU İÇİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir. Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma dərinləşir. Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. ABŞ Hərbi-Dəniz Qüvvələrinə aid “Boinq P-8A Poseydon” təyyarəsi Qara dəniz sahilləri, Kerç boğazı və Sevastopol şəhəri üzərində kəşfiyyat uçuşu həyata keçirib.
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək. Səfər İran tərəfinin dəvəti əsasında gələn ayın əvvəllərinə nəzərdə tutulub.
Səfər zamanı azərbaycanlı nazir bir sıra ikitərəfli görüşlər keçirəcək və ölkələr arasındakı əməkdaşlığın müxtəlif məsələləri ətrafında müzakirələr aparacaq.
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir. Bunu XİN-nin sözçüsü Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan münaqişənin nəticələrini aradan qaldıracaq bütün məqsədyönlü görüşlərin keçirilməsinin tərəfdarıdır və buna hazırdır: “Həmsədrlərlə də bu məsələ müzakirə olundu. Hələlik görüşün tarixi və yeri dəqiq məlum deyil. Bu barədə qərar verildikdən sonra ictimaiyyəti məlumatlandıracağıq”.
Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma dərinləşir. İndiyə qədər “Qarabağ klanı” baş nazir Nikol Paşinyanın yumşalma siyasətinə qarşı çıxırdısa, indi prezident Armen Sarkisyan da eyni cəbhəyə dəstək verir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
21-22 fevral tarixlərində Türkiyənin Ermənistan sərhədində yerləşən Qars vilayətində “Qış-2019” hərbi təlimləri keçirildi. 15 ölkənin, həmçinin Azərbaycan, Bosniya və Herseqovina, Qətər, Böyük Britaniya, Almaniya və İtaliya hərbşilərinin iştirak etdiyi təlimlərə 5 “ATAK” helikopteri, 1 “CH-47 Chinook” helikopteri, 4 “F-16” qırıcısı, 2 “CN-235 CASA” təyyarəsi, 402 zirehli texnika, 762 silah və 2087 hərbçi cəlb olunmuşdu. Təlimlər Ermənistanda böyük qorxu yaradıb. “Sputnik” agentliyinə danışan erməni eksperti David Arutyunovun sözlərinə görə, təlimlərə Dağlıq Qarabağ münaqişəsini nəzərə alaraq, Rusiya və Ermənistana təzyiq elementi kimi baxmaq olar.
“Türkiyə bir çox ölkələrlə hərbi sferada əməkdaşlıq edir, bu onların strategiyasıdır. Digər tərəfdən, müəyyən geosiyasi kontekstin mövcudluğu haqqında danışmaq olar”, - o deyib.
Türkiyə Suriya haqqında Rusiyayla, xüsusi halda təhlükəsizlik zonalarına nəzarət və kürd məsələsi üzrə mürəkkəb sövdələşmələr apardığını deyən erməni eksperti 2016-cı il aprel müharibəsinin kəskin Rusiya-Türkiyə qarşıdurması fonunda başlandığını iddia edib.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin baş naziri Nikol Paşinyanla münasibətlər və ictimaiyyətin müxtəlif dairələrində bu kontekstdə yayılan iddialarla əlaqədar məqalə qələmə alıb. Məqalə “ilur.am” saytında dərc edilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu məlumatı Kremlin mətbuat xidməti yayıb. Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Rusiya-Ermənistan əməkdaşlığı və regional problemlər olub.
Rusiya Prezidenti Vladimir Putinin Yaxın və orta mənzilli raketlər razılaşmasının ləğvinin ABŞ üçün nəticələri barədə növbəti təhdidləri boş sözlərdir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını məhz Rusiya pozub:
“Bəli, Putin bir daha guya Rusiyanın Amerika raket sistemlərinin Avropada yerləşdirilməsinə Rusiyanın cavab verməyə və rus silahlarını Amerikaya göndərməyə hazır olduğunu bəyan etdi. Şübhəsiz, bu, Moskvadan səsləndirilən sərt ifadələrdir. Bu sözlər əsas çağırışı gizlətməyə yönəlib”, – deyə o bildirib.
ABŞ Hərbi-Dəniz Qüvvələrinə aid “Boinq P-8A Poseydon” təyyarəsi Qara dəniz sahilləri, Kerç boğazı və Sevastopol şəhəri üzərində kəşfiyyat uçuşu həyata keçirib. Bu uçuş ABŞ tərəfindən iki gün ərzində bölgədə aparılan ikinci kəşfiyyat uçuşu olub.
“PlaneRadar” müşahidə nəşrinin verdiyi məlumata görə, "Poseydon" təyyarəsi İtaliyadakı Siqonella avia- bazasından havaya qalxıb və Bolqarıstan hava sahəsindən sonra Kerç boğazında və Krım körpüsündən təxminən, 125 km məsafədə kəşfiyyat uçuşu həyata keçirib.
Qeyd edək ki, son zamanlarda, xüsusilə, ABŞ başda olmaqla, xarici ölkələrə aid kəşfiyyat təyyarələri Rusiyanın sərhəd bölgələrində aktivlik göstərir.
Rusiya Müdafiə Nazirliyi Vaşinqtonun kəşfiyyat fəaliyyətlərinin artmasına diqqət çəkərək ABŞ-a bu növ əməliyyatlara son vermək çağırışı edib. Lakin Pentaqon buna rədd cavabı verib.
ABŞ çətin ki, Avropada nüvə döyüş başlıqlarının yerləşdirilməsinə gedəcək, amma orada qanadlı raketləri yerləşdirə bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, “VestiNedeli” proqramının aparıcısı Dmitry Kiselyov Dmitri Kiselyov Rusiyanın “Sirkon” raketinin Amerika böyük şəhərlərinə çatma vaxtını hesablayıb. Kremlə yaxınlığı ilə seçilən Dmitri Kiselyovun sözlərinə görə, Rusiya gəmilərini Amerika sahillərindən 400 kilometr uzaqlıqda yerləşdirmək olar.
“Qərarların qəbul olunması mərkəzləri, həmçinin sahildən belə uzaq deyil. Deyək ki, 400 kilometr, maksimum 800 kilometr”, - o qeyd edib.
Aparıcı sonra dəqiqləşdirib ki, “Sirkon” raketi saatda 11 min kilometr sürətlə uçur. Kiselyov hesablamalar apararaq belə nəticə çıxardıb ki, Rusiya hərbçiləri beş dəqiqə ərzində operativ zərbə vura biləcəklər. O, Rusiya raketlərinin hədəfləri arasında Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşən Pentaqon binası və prezidentinin Vaşinqton yaxınlığındakı Kemp-Deviddə yerləşən qərargahını da göstərib.
“Bu, üçüncü sinif məktəblisi üçün məsələdir”, - o yekunlaşdırıb.
Ömər Dağlı
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi