Nida Təhlil
Erməni nazirdən MÜHARİBƏ BƏYANATI, 2019-cu İLDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Azərbaycan Ordusunun qüdrətini dəfələrlə etiraf etməyə məcbur olan Ermənistandan növbəti gülünc bəyanat səsləndirilib. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif istefa verib. Böyük Britaniyanın “The Economist” jurnalının ekspertləri dünya iqtisadiyyatı üçün təhdidlərin yeni reytinqini açıqlayıblar. ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela Prezidenti Nikolas Maduroya dəstək verən ölkələri dünya arenasından təcrid etməklə təhdid edib. Yuliya Timoşenko “orduda oğurluqlarla” əlaqədar prezident Pyotr Poroşenkonun impiçmenti prosedurunu başlamağa çağırıb.
Yaxın zamanlarda Ermənistan parlamentinin Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər üzrə Komissiyalarında Dağlıq Qarabağ konfliktinin həllinə dairə dinləmələr təşkil ediləcək. Bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, dinləmələrdə əsas müzakirə mövzusu qondarma rejimin danışıqlar masası ətrafına qaytarılması olacaq.
Qəzet dinləmələrin İrəvanda keçiriləcəyini, amma buraya separatçı rejimin “parlament”indən də nümayəndələrin dəvət olunacağını yazıb.
Azərbaycan Ordusunun qüdrətini dəfələrlə etiraf etməyə məcbur olan Ermənistandan növbəti gülünc bəyanat səsləndirilib. Ermənistanın müdafiə naziri David Tonoyan İctimai televiziyaya müsahibəsində hücum silahları əldə etdiklərini və müdafiə mövqelərində qalmağa hazırlaşmadıqlarını bildirib.
“Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq”, - erməni nazir deyib.
Jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına Tonoyan “niyə də yox” cavabını verib. Rusiyanın verəcəyi 100 milyon dollar kreditlə hansı silahların alınacağına gəlincə, müdafiə naziri bunu “sirr” adlandırıb.
“”S-400”lə bağlı açıqlamaya ehtiyac yoxdur. Bu başa çatdırılmış bir müqavilədir, yalnız çatdırılma vaxtı müzakirə edilir”. Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“Türkiyə verdiyi heç bir sözdən geri dönməmişdir”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirib.
Amerika ordusunun Suriyadan çəkilməsinə toxunan Çavuşoğlu Vaşinqtonun bununla bağlı bir strategiyasının olmadığını, prosesin koordinasiyası üzrə müzakirələrin aparıldığını vurğulayıb.
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif istefa verib. Bu barədə o, İnstaqram səhifəsində məlumat yayıb. İranın “Əntəkab” nəşrinin məlumatına görə, Zərif Suriya rejiminin lideri Bəşər Əsədin Tehran səfərinin onun xəbəri olmadan gerçəkləşdiyinə görə istefa verib.
“Bu gün keçirilən görüşlərdəki fotolardan sonra Cavad Zərifin Xarici İşlər naziri kimi artıq dünyada etibarı yoxdur”, - Zərif nəşrə cavab verib.
Prezident Həsən Ruhani istefanı qəbul etməyib.
ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela Prezidenti Nikolas Maduroya dəstək verən ölkələri dünya arenasından təcrid etməklə təhdid edib. Pens iştirak etdiyi XI Lima Qrupu xarici işlər nazirlərinin toplantısındakı çıxışında Venesuela Milli Assambleyanın spikeri Xuan Quaidoya dəstək verib.
Maduronu "oğru" olaraq dəyərləndirən Pens Quaidonu Venesuelada demokratiya və azadlıq təsis edilənə qədər dəstəkləməyə davam edəcəklərini bildirib.
İŞİD terror qruplaşmasının liderlərindən olan Todjiddin Nəzərov (Abu-Usama Noraki) Moskvada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) obyektində terror aktını həyata keçirməyə hazırlaşırdı. Bu haqda “Kommersant” qəzeti yazır.
Nəşrin məlumatına görə, Nəzərov tərifindən təşkil olunmuş terrorçular qrupu Xoroşevski şosesində QRU qərargahında hərbi qulluqçulara hücüm etməyi planlaşdırırdılar. Həmçinin onlar qatar sərnişinlərinə qarşı terror aktını təşkil etmək fikrində idilər. Qəzet bildirib ki, Federal Təhlükəsizlik Xidməti terrorçuların planlarının qarşısını almağı bacarıb.
edilir ki, Todjiddin Nəzərov İsveç və Tacikistanda terror hücumlarına rəhbərlik edirdi.
ABŞ Venesuelaya hərbi müdaxilə üçün hazırlaşır. Bu haqda ölkənin Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Böyük Britaniyanın “The Economist” jurnalının ekspertləri dünya iqtisadiyyatı üçün təhdidlərin yeni reytinqini açıqlayıblar.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Hindistan və Pakistan arasında gərginlik yenidən artıb. Hindistanın döyüş təyyarələri Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsindən Pakistan hava məkanını pozub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya tərəfindən tammiqyaslı təcavüz təhlükəsi realdır. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko “orduda oğurluqlarla” əlaqədar prezident Pyotr Poroşenkonun impiçmenti prosedurunu başlamağa çağırıb.
“Elan edirik ki, bizi dəstəkləyən başqa fraksiyalarla birlikdə, prezidentin impiçmenti proseduruna başlayırıq”, - partiya lideri qeyd edib.
Timoşenko Ukraynanın müdafiə kompleksində oğurluqlarla bağlı jurnalistlərin dərc etdiyi araşdırmaya istinad edib. Partiya liderinin iddiasına görə, oğurluqların arxasında Poroşenko və onun yaxın şəxsləri dayanır. O, artırılmış qiymətlər üzrə Rusiyadan Ukrayna hərbi texnikası üçün ehtiyat hissələrinin alınmasında prezidenti ittiham edib.
Ömər Dağlı
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi